Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

-

HRW-un tədqiqatçısı yazır ki, Azərbaycandakı reallıq İlham Əliyevin dediyi reallıqdan fərqlidir və fərq böyüyür.

İnternet oğurluğunun, casusluğunun illik həcmi 445 milyard dollardır, bu da Avstriya iqtisadiyyatı boydadır.

ABŞ-la Rusiya dil tapsa, Ukrayna böhranı həll olunacaq.

Dünya mediası bu gün nədən yazır?

2 DÜNYA

«İlham Əliyevin paralel reallıqları» adlı məqaləsində Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya bölməsində Cənubi Qafqaz üzrə baş tədqiqatçı Giorgi Gogia yazır ki, o , Azərbaycan prezidentinin Avropa Şurası Parlament Assambleyasında çıxışını gözləyirdi, Azərbaycanın insan haqları sahəsində problemlərini bildiyinə görə, onun İlham Əliyevin çıxışından gözləntiləri böyük deyildi. Ancaq Gogia da gözləmirdi ki, İlham Əliyev Azərbaycanda insan haqları ilə bağlı hər hansı bir problem olduğunu danacaq.

Gogia yazır ki, prezidentin təsvir etdiyi dünya ilə insan haqları qruplarının və başqa hökumət tənqidçilərinin yaşadığı reallıq fərqlidir. Və bu fərq böyüyür.

Və əgər İlham Əliyev AŞPA üzvlərinə belə deyirsə, onda «onun tənqidçilərinin Azərbaycandakı gələcəyi haqda biz qorxuya düşməliyik».

HƏTTA ŞƏRQİ ALMANİYA BELƏ ETMİRDİ

Wall Street Journal qəzeti yazır ki, «bizim dostlarımız almanlar» Mərkəzi Kəşfiyyat İdarəsi CİA-in Almaniyadakı rəhbərini ölkədən çıxarır. ABŞ-ın baş kəşfiyyat rəhbərinin ölkədən çıxarılması hətta Şərqi Almaniyada nadir hadisə idi. İndi isə ABŞ-ın müqavilə ilə qoruduğu tərəfdaşı onun kəşfiyyat rezidentini qovur.

Almaniyanın bu hərəkətinin səbəbi media xəbərləridir ki, iki alman kəşfiyyatçısı ölkənin sirlərini ABŞ-a ötürüb. Ancaq bu məlumatlar hələ təsdiqlənməyib. Bununla belə, kansler Merkel bu məsələ ilə bağlı susmayıb. O da yəqin, çoxdan narazıdır, çünki Edward Snowdenin verdiyi sənədlərə görə, ABŞ kəşfiyyatı onun da telefonuna qulaq asırmış.

Ancaq qəzet yazır ki, bu günlər rus kəşfiyyatçıları Almaniyada doludur, KGB polkovniki Putin 1980-ci illərdə Drezdendə işləyib. Soyuq müharibə dövründə kansler Brandtın köməkçisi, məlum oldu ki, Şərqi Almaniyaya işləyir.

Qəzet yazır ki, Almaniyanın Rusiya və İranla kommersiya və siyasi əlaqələri istənilən Qərb ölkəsinin bu ölkələrlə əlaqələrindən çoxdur. ABŞ bu əlaqələri başa düşməlidir. Kəşfiyyat belə işlər üçün lazımdır.

Qəzet qeyd edir ki, ABŞ Almaniyaya təhlükə deyil.

Ancaq amerikalılar soruşa bilərlər: «niyə hətta bizim dostlarımız belə fikirləşirlər ki, Amerika kəşfiyyatçılarını asanlıqla qova bilərlər və buna görə heç bir haq ödəmirlər.»

KEÇƏN İL 800 MİLYON RƏQƏMSAL İNFORMASİYA OĞURLANIB

Economist jurnalı kiber təhlükəsizlik barədə yazır ki, bəzi Qərb şirkətlərinin rəhbərləri Çinə gedib-qayıdandan sonra öz mobil telefonlarını, kompüterlərini atırlar ki, bunları Çində yarıblar.

Keçən il dünyada 800 milyon rəqəmsal informasiya, o cümlədən kredit kart detalları oğurlanıb. Bu da bir il əvvəlkindən 3 dəfə çoxdur. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamasına görə qlobal kiber cinayətin və internet casusluğunun bir illik qiyməti 445 milyard dollardır. Bu da Avstriya kimi ölkənin Ümumi Daxili Məhsulu böydadır.

CİSCO şirkətinin ehtimalına görə, 2020-ci ilə dünyada internetə qoşulan cihazların sayı 50 milyard olacaq. Hazırda bunların sayı 11 milyarddır. Kompüter, telefon və s. bu kimi belə cihazların sayının çoxluğu və onların internetə simsiz qoşulması hakerlərə geniş imkanlar verir.

Jurnal sonda yazır ki, ya texnoloji şirkətlər internetə qoşulan cihazlara müdafiə vasitələrti tapacaqlar, ya da adamlar bu cihazlarsız keçinməyi öyrənəcək.

TÜRKİYƏ-ÖZBƏKİSTAN ƏLAQƏLƏRİ BƏRPA OLUNUR

Türkiyənin Sabah qəzeti yazır ki, Türkiyə və Özbəkistan öz münasibətlərində yeni mərhələ açır. Bu mərhələyə gedən yol iki ölkə öz arasındakı siyasi və iqtisadi əlaqələri genişləndirməkdən ibarətdir.

İyulun 10-dan 12-nə kimi Özbəkistanda olan Türkiyənin xarici işlər naziri Davutoglunun səfərində məqsəd siyasi mübahisələrə görə dayandırılmış əlaqələri canlandırmaqdır. Öz bəyanatında Davutoglu deyib ki, 2006-cı ildə bu əlaqələr anlaşılmazlıqlara görə dayandırılıb, ancaq indi hər iki ölkə əlaqələri xilas etmək istəyir.

Davutoğlu əmindir ki, yeni başlanğıc güclü olacaq.

UKRAYNA BÖHRANI NİYƏ HƏLL OLUNMUR?

National interest dərgisi yazır ki, Ukrayna xaosa doğru gedir. «Ərazi bütövlüyü» ilə «öz müqəddəratını həll etmə» arasında gərginlıik artır.

National interest yazır ki, gərginliyin səngiməməsinin əsas səbəbi ABŞ və Rusiyanın bu münaqişədə öz tərəfdaşlarını geri çəkmək istəməməsidir.

Dərgi yazır ki, ABŞ Ukraynanın şərqindəki yaraqlılara «separatçılar», Ukrayna hakimiyyəti isə «terrorçular» deyir və Dövlət Departamenti Ukrayna hakimiyyətinin bu terminologiyadan istifadəsini pisləmir.

ABŞ Ukrayna hakimiyyətinin hərbi əməliyyatını «təmkinli və ölçülü-biçili» adlandırır, Ukrayna hakimiyyəti üçünsə bu ölüm-dirim davasıdır, Yeni müdafiə naziri bəyan edir ki, «biz dayanmayacağıq».

National interest yazır ki, eyni vəziyyət Rusiya tərəfdədir. Yaraqlıların lideri İgor Girkin Ukrayna ordusunu «faşistlər», «quldurlar», «soyğunçular» adlandırır.

National interest hesab edir ki, Ukraynada indiki böhranın həlli yolu ABŞ-ın və Rusiyanın qarşılıqlı güzəştindən keçir və onlar razılığa gəlsə, onlar Ukraynadakı tərəfdaşlarına təsir göstərə biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG