Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Rusiyada magistr və aspirantların sayı kəskin azalacaq


Foto: Arxiv
Foto: Arxiv

-

Rusiyanın bir çox ali məktəbləri tezliklə tələbələrə təkcə bakalavriat proqramı əsasında dərs keçəcəklər. «Arqumentı i faktı» qəzeti bu məlumatı Rusiya Federasiyasının təhsil və elm naziri Dmitry Livanov-un açıqladığını bildirir.

Magistratura və aspirantura yalnız bəzi nisbətən güclü universitetlərdə qalacaq. Ölkə rektorlar şurası önündə çıxış edən nazir həmin ali məktəblərin adını çəkməyib.

Dmitry Livanov-un sözlərinə görə, magistratura və aspiranturaların azaldılması Rusiyadakı demoqrafik durumla bağlıdır. 2003-cü ildə orta məktəbləri 1.4 milyon adam bitirdiyi halda indi bu rəqəm 650 min nəfəri aşmır. Nazir hazırda ölkədə 5.7 milyon tələbənin olduğunu, amma bir neçə ildən sonra bu göstəricinin 4 milyona düşəcəyini də diqqətə yetirib və sözlərinə əlavə edib:

«Müəllimlərin sayı xeyli azalacaq, bu üzdən onların maaşını artırmağa tələsmək lazım deyil».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG