Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:03

Səni göylərdə tapdım mən...


Aytən Nəsibbəyli
Aytən Nəsibbəyli

-

Aytən Nəsibbəyli

Dekor

Stəkan doludurmu, boşdurmu, bilməzsən.

Başın hansı tərəfə düşsə,

Oradan baxacaqsan dünyaya.

Eynilə bir balıq kimi.

Eynilə mənim kimi

onda anlayacaqsan

əslində təbiət

sadə detallarla sunur həyatı

sənə,

mənə

anlayana və anlamayana.

Anlamaqsa, əslində, çox asanmış.

Yetər ki sən

suyu bir içimlik,

stəkanı dekor,

balığı isə qızartma etməyəsən.

Cazibə qüvvəsi

Sevdiyimiz qızın
saçını dartıb qaçacaq qədər
sevdi çoxumuz.
Əslində sevgi
şeytanın bir uşağın qəlbinə
sığa bildiyi qədər idi.
Məsum və təhlükəli.

Bilirəm,
ayrı-ayrı yerlərdə dayanmışdıq biz.
Sənə gedən yollar var idi:
Uzun, döngəli.
Mən döngəni döndüm.
Yol bitdi.
O an gözlərindəki təbəssüm nə idi elə?
Məsum və təhlükəli.

Səni göylərdə tapdım mən.
Yerlərdə nə işin var?
Söylə, hörmətli fizik, söylə.
Niyə,
nədən cazibə qüvvəsi yalan olmaz bir dəfə?
İnsan dediyimiz
hər dəfəmi yenik düşər təbiətə?

Buna da bax:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG