Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:17

QHT rəhbərinin son sözü iyulun 14-nə qaldı


Həsən Hüseynli məhkəmədə son sözü iyulun 14-də deyəcək...
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

-

İyulun 11-də Gəncə şəhər Nizami rayon Məhkəməsində hüquq müdafiəçisi Həsən Hüseynlinin məhkəməsi davam edib.

Yazı yenilənib. Ən son xəbər yazının əvvəlindədir.

MƏHKƏMƏ AYIN 14-NƏ QALDI

Həsən Hüseynli fasilədən sonra yenidən məhkəmədən son söz demək üçün bir həftə vaxt verilməsini istəyib:

«Mənə son söz demək üçün bir həftə vaxt verilməsini istəyirəm. Hesab edirəm ki, 7 il cəza üçün bir həftə çox vaxt deyil».

Həsən Hüseynlinin bu çıxışından sonra hakim növbəti prosesi iyulun 14-nə təyin edib.

VƏKİLLƏR SƏNƏDLƏRİ TƏLƏB EDİRLƏR

İyulun 11-də Gəncə şəhər Nizami rayon məhkəməsində «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin işi ilə bağlı məhkəmə davam edib.

Vəkillər yenidən prosesə aid bir çox sənədin indiyədək onlara təqdim edilməməsinə məhkəmənin aydınlıq gətirməsini tələb etdilər. Şahidlərdən birinin hadisə günü «102» xidmətinə zəng etməsinə dair protokol da verilməyən sənədlər arasındadır. Hakim bu sənədləri prosesə aid saymadıqlarını bildirərək bu tələbi rədd edib.

SON SÖZ ÜÇÜN 2 SAAT VAXT VERİLDİ

Daha sonra Həsən Hüseynli son söz üçün məhkəmədən bir həftə vaxt verilməsini istəyib.

Müşavirə otağına gedən hakim qayıdandan sonra Həsən Hüseynliyə 2 saat vaxt verildiyini və prosesin saat 16:00-da davam etdiriləcəyini bəyan edib.

İyulun 4-də keçirilən prosesdə dövlət ittihamçısı təqsirli bilindiyi maddələr üzrə Həsən Hüseynliyə 7 il həbs verilməsini istəyib.

Həsən Hüseynli isə bildirib ki, prokurorun nəzərdə tutulan müddətin maksimumunu tələb etməsi bu işin sifarişlə görüldüyünü bir daha təsdiqləyir:

«Cinayət işi qondarma və şər-böhtandan ibarət olsa da, burda cəzanın bir həddi var – 3 ildən 7 ilədək. Müstəntiqin təqdim etdiyi ittiham aktını hecalaya-hecalaya oxuyan prokuror üst-üstə gəlib 7 il iş istədi. Bu işin absurd və böhtan olduğunu sübut elədi. Prokuror işi oxumadan bu cəzanı istəyirsə, deməli, şər və böhtandan söhbət gedir».

HƏSƏN HÜSEYNLİ NƏDƏ İTTİHAM OLUNUR

Həsən Hüseynli 2014-cü il martın 31-də Gəncədə saxlanıb. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda günahlandırılır. Polisdə 48 saat saxlanan Həsən Hüseynli daha sonra müstəntiqin qərarına əsasən, polis nəzarətində olmaqla azadlığa buraxılıb.

Həsən Hüseynli ictimai fəaliyyətinə görə saxlandığını düşünür.

Onun rəhbərlik etdiyi «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi Azərbaycanın Qərb bölgəsində açıq cəmiyyət ideyalarını yaymağı, vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməyi özünə məqsəd bilir.

Mərkəz gənclərin ictimai fəallığının və liderlik qabiliyyətinin yüksəldilməsini hədəfləyən layihələr gerçəkləşdirir.

XS
SM
MD
LG