Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:49

Qırğız-tacik sərhədində atışma olub


-

İyulun 11-də qırğız-tacik sərhədində yenə atışma olub, iki tacik yaralanıb. Xəbəri İnterfaks yayıb. Tacik mediası da xəbəri təsdiqləyir.

Öncə Qırğızıstanda Vorux tacik anklavında qırğız sərhədçilərlə yerli sakinlər arasında konflikt olub, bir tacik ölüb, yeddi nəfər yaralanıb.

Cümə günü səhər Voruxda dinc mitinq keçirilib. Ancaq sonda qırğız sərhədçilər atəş açıb.

Düşənbə baş verənlərə görə məsuliyyəti qırğız sərhədçilərin üzərinə qoyur. Bişkek də Tacikistan vətəndaşlarının təxribat yaratdığını söyləyir.

İki ölkə baş nazirlərinin müavinləri danışıqlar aparır.

XS
SM
MD
LG