Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:16

Qərb-Rusiya cəbhə xəttinin açarı Azərbaycandan keçir...


-

İyulun 11-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

EVLƏR 32 FAİZ BAHALAŞIB

«Azadlıq»: Son illər mənzil bazarında fantastik həddə qiymət artımı baş verdi və bu proses davam etməkdədir. Ümumiyyətlə daşınmaz əmlak bazarında qiymətlər son 5 ildə ən yüksək həddə çatıb. Dəqiq rəqəmlərlə ifadə etsək qiymət artımı 2011-ci ildə 4 faiz, 2012-ci ildə 12 faiz, 2013-cü ildə 26 faiz olub. Bu il isə daşınmaz əmlak bazarında bahalaşma 32.6 faiz təşkil edib. Ekspertlər bu tendensiyanın davam edəcəyi qənaətindədir. Artımın səbəbləri sırasında mənzil monopoliyası, sənədləşmə göstərilir.

BLOQQERİN KAMERASI QANUNLA HƏYATA KEÇİRİLİB...

Ömər Məmmədov
Ömər Məmmədov

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məhbus bloqqer Ömər Məmmədovun atası Elyar Məmmədovun açıqlamasına münasibət bildirib. İyulun 6-da Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında oğluna baş çəkən Elyar Məmmədov «Mediaforum» saytına deyib ki, Ömərin məhkəmədəki son sözü ona münasibəti sərtləşdirib və onu çox pis, şəraitsiz bir kameraya köçürüblər.

İyulun 10-da Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən «Mediaforum» saytına deyiblər ki, Elyar Məmmədovun oğlunun saxlanma şəraiti ilə bağlı mətbuata verdiyi məlumatlar həqiqəti əks etdirmir: «Ömər Məmmədovun saxlanıldığı kameranın dəyişdirilməsi prosesi də qanunla həyata keçirilib. Bu onun barəsində artıq məhkəmə hökmünün mövcudluğu ilə bağlıdır. İstintaq təcridxanalarının daxili nizam-intizam qaydalarına uyğun olaraq barəsində məhkəmə hökmü çıxarılmış təqsirləndirilən şəxslərlə istintaq altında olan şəxslərin kameraları müxtəlifdir».

QƏRB-RUSİYA CƏBHƏSİNİN AÇARI - AZƏRBAYCAN

«Yeni Müsavat»: GUAM ölkələrindən üçü - Ukrayna, Gürcüstan və Moldova ötən ay Avropa İttifaqı ilə assosiasiya sazişi imzaladıqdan sonra Rusiyadan əhəmiyyətli şəkildə üzülüşmüş sayıla bilərlər. Bunu Kremldə də yaxşı anlayırlar. Qalır GUAM-ın «A»sı - Azərbaycan. Hazırda Qərb-Rusiya rəqabətində cəbhə xətti bölgənin açar ölkəsi olan Azərbaycandan keçir yazsaq, yəqin ki, yanılmarıq.

Təbii, üzdə bu rəqabətin elementlərini görmək asan deyil. Ancaq bir şey dəqiqdir ki, Dağlıq Qarabağ məsələsində Rusiyanın daha çox zahiri, Qərbin isə faktiki fəallaşması Qarabağdan çox, region uğrunda, onun açar ölkəsi olan Azərbaycan və bir də Ermənistan uğrunda başlamış yeni geosiyasi savaşın tərkib hissəsidir.

ERMƏNİ GÜLLƏSİNƏ GÖRƏ KOMPENSASİYA DÜŞMÜR?

Arxiv foto
Arxiv foto

«Bizim Yol» yazır ki, Azərbaycanın Ermənistanla sərhəd ərazilərində yaşayan vətəndaşlarının ciddi problemi var. Onlar erməni hərbçilərinin atdığı güllələrin əlindən dövlətin onlara verdiyi pay torpaqlarını əkib-becərə, otlaq sahələrində mal-heyvanlarını otara bilmirlər. Əksər vətəndaşların evləri daim atəş altındadır, bəzilərinin isə malına-mülkünə ziyan dəyir. Bəs bu vətəndaşları kim qorumalıdır, onlara dəyən zərəri kim qarşılamalıdır? Axı müharibə onların problemi deyil.

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli deyir ki, Müdafiə Nazirliyi bu cür halların statistikasını aparmalı, hesablamalı və həmin insanlara yardım üçün Maliyyə Nazirliyinə müraciət edilməlidir: «Bu insanlara yardım məqsədilə büdcədən vəsait ayrılmalıdır. Sözsüz ki, hər hansı bir ziyan onların arzularından kənarda baş verir. Odur ki, dövlət onlara yardım etməlidir. Necə ki, hansısa ərazilərdə sel daşqınları, zəlzələ zamanı evini, malını itirən insanlara dövlət yardım edir. Əlbəttə erməni gülləsindən insanlara dəyən zərəri də dövlət qarşılamalıdır. Bu təbii fəlakət deyil, amma məqsədyönlü şəkildə yaradılmış faciədir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG