Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:51

-

İyulun 11-də İsrail Qəzzaya zərbələri davam etdirib. Rafahda islamçı yaraqlının evi dağıdılıb, 5 fələstinli öldürülüb.

Fələstinlilər deyir ki, İsrail dəniz qüvvələri Qəzza şəhərində təhlükəsizlik obyektinə də mərmi atıb.

İsrail iyulun 7-də Qəzzaya hava hücumlarını başladandan 80-dən çox fələstinli ölüb. İsrail Həmasın raket atəşinə cavab verdiyini deyir.

ABŞ prezidenti Barack Obama İsrailin baş naziri Benjamin Netanyahu-ya deyib ki, Vaşinqton İsraillə Həmas hərəkatı arasında atəşkəs üçün danışıqlar aparmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG