Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:28

ABŞ dövlət katibi John Kerry Əfqanıstana gözlənilməz səfər edib. Məqsəd prezident seçkisindən sonrakı gərginliyi azaltmaqdır. İlkin nəticələr ölkədə zorakılıq və etnik iğtişaşlar qorxusu yaradıb.

Dövlət Departamentinin sözçüsü Jeff Rathke deyib ki, Kerry prezidentliyə namizədlər Abdullah AbdullahAshraf Ghani, eləcə də hazırkı prezidenti Hamid Karzai ilə görüşəcək.

Müstəqil Seçki Komissiyası Ghani-nin seçkinin ikinci turunu 56.44 faiz səslə udduğunu bildirib. Ancaq rəsmi nəticələr iyulun 22-də elan olunacaq.

Birinci raundu udmuş Abdullah ilkin nəticələri əfqan xalqına qarşı «çevriliş» adlandırıb.

Kerry öncə bildirib ki, Əfqanıstan Karzai-dən sonra hakimiyyətin demokratik ötürülməsi yolunda «kritik mərhələ» yaşayır. Karzai Talibandan sonra 10 il hakimiyyətdə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG