Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:17

Ukrayna qüvvələri Siversk şəhərini ələ keçirib


Siverskdə əslən Özbəkistandan olan Rusiyayönlü separatçı Bəxtiyar
Siverskdə əslən Özbəkistandan olan Rusiyayönlü separatçı Bəxtiyar

İyulun 10-da Ukrayna qüvvələri ölkənin şərqində bir şəhəri geri alıb və Donetsk aeroportunu tutmağa çalışan separatçılarla toqquşub.

Ordunun sözçüsü Vladyslav Seleznyov deyib ki, hökumət qüvvələri Slavyanskın şərqində Siversk şəhərini ələ keçirib, separatçılar qaçıb.

Separatçılar da hökumətin dediyini təsdiqləyib, bunun «az və ya çox düzgün olduğunu» bildirib.

Seleznyov söyləyib ki, Donetsk beynəlxalq aeroportunu qoruyan Ukrayna əsgərləri iyulun 10-da minomyot atəşinə tutulub, ancaq hücum dəf olunub.

Yaraqlılar aeroportu mayda tutublar, ancaq hərbçilər onu geri ala bilib. Həmin döyüşdə onlarla adam ölüb.

XS
SM
MD
LG