Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Chaplin bolşevik idi?


Charlie Chaplin "Böyük diktator" filmində
Charlie Chaplin "Böyük diktator" filmində

-

Dünya kinosunun ən parlaq ulduzlarından olan Charlie Chaplin sən demə vaxtilə Britaniya kəşfiyyatnın hədəfində olub. Onun bolşevik olub-olmadığını yoxlayıblar.

Britaniyanın təhlükəsizlik idarəsi - Mİ-5 bu yoxlamanı Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin xahişi ilə aparıb: 1952-ci ildə aktyorun Londona səfəri ərəfəsində.

MKİ aktyorun aparıcı kommunist təşkilatlarına gizlincə pul buraxmasından şübhələnirmiş. ABŞ vətəndaşı olmasa da, Chaplin onilliklərdi Amerikada yaşayırmış və MKİ onu yaşayış iznindən məhrum etmək üçün əsas axtarırdı.

“The Guardian” yazır ki, Mİ-5 aktyorun adına ayrıca dosye açır. (Üstündən 60 il keçdiyi üçün Britaniya Milli Arxivindəki bu dosye ictimaiyyətə açıqlanıb)

Dosyedəki məlumata görə, Chaplin xeyli əvvəllər Amerika-Sovet dostluğu Milli Şurasının Los Angeles şöbəsində olarkən orada “Kommunizmin çoxlu yaxşı cəhətləri var, biz yaxşı cəhətləri götürüb pislərdən imtina etməliyik” sözlərini işlədibmiş.

Bundan başqa Britaniya kəşfiyyatı İvor Montagu-nun Chaplin-ə vurduğu teleqramı ələ keçirmişdi. Bir zamanlar Sovet casusu olmuş film tənqidçisi və prodüsser Montagu teleqramda təəssüflə Chaplin-ə yazırdı ki, Londona səfər edərkən onunla görüşə bilməyib.

Dosyedə qəzet və jurnallardan kəsilmiş məqalələr də var. Solçu mətbuat onun Londona səfər etməsinə sevinirdi. “Daily Worker” yazırdı ki, onun filmləri diktatorları ələ salır, kasıbları varlılarla mübarizəyə qaldırır.

Charlie Chaplin (sağda) Oscar alarkən, 1972
Charlie Chaplin (sağda) Oscar alarkən, 1972

Chaplin haqda 2000 səhifəyə yaxın material toplamış MKİ Britaniya kəşfiyyatından Chaplin-in Londonda kommunistlərlə bağlı insanlarla görüşüb-görüşməyəcəyini öyrənməyi xahiş edirdi.

Başqa bir xahişsə o idi ki, Chaplin-in əsl adının Israel Thornstein olub-olmaması aydınlaşdırılsın. Amma Britaniya kəşfiyyatı bu iddianın doğruluğunu təsdiqləyən heç bir sübut tapa bilmir. Ümimiyyətlə, aktyorun olsa-olsa kommunistlərə rəğbət bəsləyən birisi ola biləcəyi, hansısa dövlətə təhlükə törətmədiyi qənaətinə gəlir.

1953-cü ildə ABŞ Chaplin-in Amerikaya qayıtmasına qadağa qoyur. Aktyor kommunist olmadığını bildirsə də, qadağanın götürülməsinə də çalışmır. “Mən yalan və amansız təbliğatın qurbanıyam” – deyir o və İsveçrədə məskunlaşır.

Yalnız 20 il sonra Oscar Mükafatını almaq üçün ABŞ-a gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG