Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

-

İyulun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah əldə edib saxlamaqda ittiham olunan Quba sakinləri - Vəfadar və Vəfanur Məmmədov qardaşlarının, onların yaxın qohumu Nizami Nəcəfovun işi ilə bağlı hazırlıq iclası keçirilib.

Bu haqda AzadlıqRadiosuna Məmmədovların anası Rəhimə Məmmədova məlumat verib. Onun dediyinə görə, təqsirləndirilən şəxslər vəkil olmadığından prosesin təxirə salınmasını istəyiblər:

«İmkansızlıq üzündən vəkillə müqaviləni uzada bilmədik. Hakim dövlət tərəfindən təyin olunan vəkil təklif etdi. Onlar da bu vəkildən imtina etdi. Ona görə proses təxirə salındı».

Rəhimə Məmmədova oğullarının günahsız olduğunu, onların sifarişlə həbs edildiyini bildirir:

«Onların heç bir günahı yoxdur. İbadət əhlidirlər, namaz qılıb, oruc tuturlar. Sosial şəbəkələrdə fəallıq göstərib, hakimiyyəti tənqid edirdilər. Sonuncu dəfə Milli Təhlükəsizlik Nazirliyi haqda yazmışdılar. Bundan sonra elə həmin nazirlikdən gəlib tutdular. Silah-sursatı da özləri ilə gətirmişdilər. Sonra rəsmiləşdirdilər ki, guya evdən çıxıb».

Məhkəmə iyulun 18-də davam etdiriləcək

Qubada Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu Vəfadar Məmmədovu bu il yanvarın əvvəlində, o, atasının məhkəməsinə gedərkən həbs edib. Onun qardaşı Vəfadar, qohumları Nizami isə yaşadıqları mənzildə həbs olunublar. Həmin vaxt Məmmədov qardaşlarının anası Rəhimə Məmmədova AzadlıqRadiosuna bildirmişdi ki, övladları namaz qılır və MTN onları vəhhabilikdə günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG