Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:46

Rəsulzadənin nəvəsi Almaniyaya müalicəyə göndərildi


Rəis Rəsulzadə
Rəis Rəsulzadə

-

Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.

Prezident Administrasiyasından Trend-ə bildiriblər ki, Rəis Rəsulzadə dövlət hesabına Almaniyanın məşhur «Şarite» hospitalında əməliyyat və müalicə ediləcək.

Rəis Rəsulzadə ağır xəstəlikdən əziyyət çəkir. O, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidentidir.

XS
SM
MD
LG