Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:36

Ukraynada girov götürülən azərbaycanlı azad edilib


Donetsk aeroportunda döyüşlər
Donetsk aeroportunda döyüşlər

-

Ukraynanın Donetsk vilayətində separatçıların girov götürdüyü Azərbaycan vətəndaşı Elvin Qasımov azad edilib.

Bu haqda apa-ya məlumat verən Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun dediyinə görə, 18 yaşlı Elvin Qasımov iyulun 10-da, günorta saatlarında azad olunub:

«Elvin Qasımov Ukraynadakı səfirliyimiz, DİN-in səfirlikdəki nümayəndəsi və Ukrayna hüquq-mühafizə orqanlarının birgə tədbirləri nəticəsində bir saat öncə azad olunub. O, sağ-salamat ailəsinə təhvil verilib».

İyulun 10-da apa Ukraynanın Donetsk vilayətində hökumət əleyhinə olan silahlıların bir azərbaycanlı ailəsinin 4 üzvünü girov götürməsi barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, ailənin 3 üzvü qohumların və Ukrayna hüquq-mühafizə orqanlarının köməyi ilə azad edilsə də, 18 yaşlı Elvin Qasımov girov saxlanılır.

XS
SM
MD
LG