Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

-

İyulun 9-da Dövlət Musiqili Teatrında «Qızıl toy» operettasına daxili baxış keçirilib. Xatırladaq ki, «Qızıl toy» tamaşası Musiqili Teatrda sayca üçüncü səhnə həyatını yaşayır.

Əsərə ilk quruluşu 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. 1996-ci ildə verilmiş ikinci quruluşun müəllifi Yusif Əkbərov olub.

Bəstəkar Oqtay Kazıminin yazdığı (libretto müəllifi Ramiz Heydər) «Qızıl toy»un quruluşçu rejissoru yenə Yusif Əkbərovdur. 1980-ci ildəki quruluşda Nəsibə Zeynalova (Ballı), Xanlar Muradov (Rəhim), Səyavuş Aslan, Atabala Səfərov (Qədir), Sona Həsənova (Aygün), Bəhram Əliyev (Azər), Məsumə Rzayeva (Züzü), İra Əliyeva (Əcnəbi qız) oynayıblar. 1996-ci ildə Ema Məlikova, Səmayə Musayeva (Ballı), Möylə Mirzəliyev, Xanlar Muradov (Rəhim), Bəhram Əliyev, Nadir Xasıyev (Azər), Güldanə Əzimova Kəmalə İsayeva, Rəna Səmədova (Aygun), Ramiz Məmmədov (Qədir), İzabella Şvets (Əcnəbi qız), Nahidə Orucova (Züzü) iştirak ediblər.

Xəbərdə vurğulanır ki, yeni tamaşanın hazırlığında təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlardan istifadə olunub. Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə Xəlilova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürrəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.

Rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlar - Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, (Aygün), Elvin Əliyev (Azər), Gülnarə Əzizova (Züzü), Yuliya Heydərova (əcnəbi qız), Svetlana Bulax (turist), Əliməmməd Novruzov, Ruslan Mürsəlov (turist), Elməddin Dadaşov (turist oğlan) iştirak edirlər. İctimai baxış uğurla keçib.

İlk tamaşa yeni mövsümdə təqdim ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG