Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Almaniyaya gəlib, ailəsinə qovuşmaq istəyənlərə alman dili tələbi qanunsuzdur


Almaniyaya öz həyat yoldaşının yanına gəlib-yaşamaq istəyən türkiyəli qadın alman dilini bilməyə bilər, ondan alman dilini minimal səviyyədə bilməsinin tələb olunması qanunsuzdur.

Bu qərarı Lüksemburqda yerləşən Avropa Birliyi məhkəməsi verib.

1998-ci ildən əri Almaniyada yaşayan və ərinin orda daimi yaşayış icazəsi olan türkiyəli qadın öz ailəsinə qovuşa bilmir, çünki bu qadın alman dilini bilmir. Onun Lüksemburqdakı məhkəməyə müraciəti ilə bağlı verilən qərarda deyilir ki, Almaniyanın 2007-ci ildən qoyduğu bu dil tələbi Avropa Birliyi ilə Türkiyə arasında 1970-ci illərdə bağlanmış müqavilələrə ziddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG