Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

Bakıda baş verən təyyarə qəzası ilə bağlı şahid danışıb


Cessna

Cessna

-

TƏYYARƏ QƏZASI ŞAHİDİN GÖZÜ İLƏ

İyulun 10-da baş verən təyyarə qəzasının şahidi Əhməd Kərimov AzadlıqRadiosuna danışıb.

«Maştağadan Bakıya tərəf gedirdim. Həmin ərazidən keçəndə adamların toplaşdığını və bir təyyarənin də arxası üstə bataqlıq deyilən əraziyə düşdüyünü gördüm. Ərazidə yanğınsöndürən maşını var idi. Xeyli adam toplaşmışdı. Bir az çəkə bildim. Amma sonradan AZAL-ın əməkdaşları çəkməyə qoymadılar. Məlumatın yayılmasını istəmirdilər. Bu zaman təcili yardım maşını dayandı və həkimlər düşüb qəzaya uğrayan təyyarəyə tərəf qaçdılar. Yaxına buraxmadılar ki, təyyarədəkiləri görüm. Amma ətrafdakı adamlardan soruşdum dedilər ölüm hadisəsi yoxdur, xəsarət alanlar var. Xəsarət alanların da neçə nəfər olduğunu demədilər».

YARALILARIN KİMLİYİ AÇIQALANMIR

«Trend»in məlumatına görə, iyulun 10-da Maştağa Olimpiya Kompleksinin yanında baş verən təyyarə qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Yaralıların kimliyi və hansı xəstəxanada olduqları hələlik açıqlanmayıb.

TƏYYARƏDƏ BİR TƏLİMATÇI VƏ BİR TƏCRÜBƏÇİ PİLOT OLUB

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıda baş verən təyyarə qəzasının səbəbini açıqlayıb.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli «APA-Economics»ə bildirib ki, iyulun 10-da Bakıda «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) «Cessna 172 F» birmühərrikli təyyarəsi təlim uçuşları zamanı məcburi eniş edib.

Onun sözlərinə görə, təyyarədə nasazlıq baş verib və mühərrik sıradan çıxıb:

«Təlim təyyarəsində iki nəfər - bir təlimatçı pilot və bir təcrübəçi pilot olub. Heyət təlimata uyğun olaraq boş torpaq sahəsi seçib və təyyarəni endirib. Nəticədə xəsarət alan olmayıb».

Həvəskar çəkiliş [VİDEO]

Günün bütün mövzuları

XS
SM
MD
LG