Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:56

«Misirin Dərül-Kutub vəl-Vəsaiqül-Qaumiyyə» kitabxanasındakı Azərbaycan əlyazmaları» adlı kitab nəşr olunub.

AMEA-nın yaydığı xəbərə görə, M.Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri filologiya üzrə elmlər doktoru Kamandar Şəriflinin «Misirin Dərül-Kutub vəl-Vəsaiqül-Qaumiyyə» kitabxanasındakı Azərbaycan əlyazmaları» adlı kitabı «Elm və təhsil» nəşriyyatında çapdan çıxıb.

Kitabda Misirin Dərül-Kutub və bir sıra digər kitabxanalarında saxlanılan Azərbaycana aid əlyazmaların siyahısı verilib.

Kitabın redaktoru professor Azadə Musabəylidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG