Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:56

7 il dalbadal 7 min adamın bütün e-mailləri oxunub - Mətbuat icmalı


Rusiya Ukrayna böhranını qızışdırmaqdan əl çəkmir, bəs ABŞ-ın vəd olunan yeni sanskiyaları hanı?

Prezident olmaq istəyən Hillary Clinton bankların tərəfindədir yoxsa sıravi muzdlu işçilərin?

FİFA Rusiyaya, Qətərə Dünya Kuboku finalını salanda insan haqlarında niyə tələb qoymur?

Dwnya mediası bu gün nədən yazır?

RUSİYAYA QARŞI YENİ SANKSİYA HANI?

Foreign Poicy dərgisi yazır ki, Rusiyaya qarşı yeni sanksiyalar hanı? Bu sanksiyaları görməyən senatorlar Obama hökumətindən soruşurlar.

Senatın Xarici Əlqələr Komitəsinin sədri Menendez Komitədə dinləmədsə deyir: “ABŞ hədələyir ki, Rusiya Ukrayna sərhəddi boyu silah keçirməyi dayandırmasa, əlavə sanksiyalar olacaq. Mən bu şərtin yerinə yetirilməsini izləyirəm. Heç nə dəyişmir. Biz nəyi gözləyirik?”

Komitədən olan digər senator Corker isə deyib: “Bizim ölkə bu məsələdə və bir sıra başqa cəbhələrdə kağız pələngə oxşayır.”

Rusiya Krımı tutandan bəri ABŞ Putinə yaxın 45 rəsminin və iş adamının hesablarını dondurub.

İyun ayının sonunda Dövlət katibi John Kerry dedi ki, Rusiya “bir neçə saata” separtaçıları tərksilah etməsə, sanksiyalar olacaq. Senatorlar soruşurlar ki, ABŞ hökuməti indi nə ilə məşğuldur?

Senat komitəsindəki dinləmədə Dövlət katibinin müavini Nuland etiraf edib ki, Rusiya tərəfdən heç bir tərəqqi yoxdur, ancaq yeni sanksiyaların səmərəli olması üçün onlar təkcə ABŞ tərəfdən olmamalıdır, buna Avropa ölkələri də qoşulmalıdır. Ona görə yeni ABŞ sanskiyalarını Avropa ölkələri ilə əlaqələndirmək lazımdır.

CLİNTON KİMİN TƏRƏFİNDƏDİR?

Washington Post qəzeti ABŞ prezidenti olmaq istəyən Hillary Clinton haqda “Hillary Clintonun kimlik böhranı” adlı məqalə yazıb. Qəzet soruşur ki, Clinton kimdir? Bir vaxtlar Wall Street bankirlərinin dəstək verdiyi, Goldman Sachs kimi maliyyə şirkətinin bir çıxışına 200 min dollar ödədiyi keçmiş senatordur yoxsa tərəqqipərvər Demokrat Partiyasın liderlərindən biridir?

Almaniyanın Der Spiegel qəzetinə müsahibə verən Clinton deyib ki, “bizim iqtisadiyyatın tarazlığı pozulub. İqtisadiyyat kapitala yönəlib, əməyə yox”

Clinton bildirib ki, ABŞ-ın gəlirinin 95 faizi əhalinin cəmi 1 faizinə gedir.

Qəzet onu da soruşur ki, Clinton bu şəraitdə nə edəcək? ABŞ-ı yenidənmi quracaq? Çünki ABŞ-da gəlir artanda, bu, təkcə şirkətlərin səhmdarlarına getmir. Həm də bu şirkətdəki işçilərə gedir.

İZLƏMƏ QANUNİDİRMİ?

Guardian qəzeti yazır ki, “ABŞ-da amerikalı müsəlmanlara göz qoyulmasından şoka düşmək lazım deyil, Belə casusluğu əsaslandırmağa isə qəzəblənmək lazımdır”

Qəzet yazır ki, respublikaçı namizəd, hərbi veteran, insan haqları fəalı, professor. Bu 4 adamda eyni olan nədir? - Onların 4-ü də müsəlmandır və Federal Təhqiqat Bürosu onları izləyir.

Yeni dərc olunan sənədlıərə görə terrorçuların və casusların izlənməsinə nəzərdə tutulan qaydalar ABŞ-dakı tanınmış müsəlman liderlərinin e-maillərinin izlənməsinə istifadə olunub.

2002-2008-ci illərdə 7485 e-maill ünvanı izlənib.

Guardian yazır ki, bu, ABŞ-da iki cür qanunun olduğunu göstərir: bir qanun dissidentlərə, siyasi fəallara və amerikalı müsəlmanlara aiddir,digər qanun yerdə qalanlara. Ancaq qəzet xəbərdarlıq edir ki, ölkədə bir qrupa təhlükə yaranırsa, o biri qruplar özünü təhlükəsiz hesab edə bilməz. Əgər müharibə veteranının e-maili oxunursa, onda hamıənın e-maili oxuna bilər. Bu da hər bir amerikalının ürəyində hər bir amerikalının ən böyük dəyəri olan azadlığın vəziyyətindən qorxu yaradır.

Qəzet yazır ki, bəzilərinə yəqin ki, bu gözlənilməz olacaq, ancaq ABŞ-da hökumət kimisə izləməyə başalayırsa bu o demək deyil ki, həmin şəxs nəsə bir əyri iş tutub və ya ondan şübhələnirlər. Hökumət bunu səbəbsiz də edə bilər. Son 10 illərdə ABŞ-da göz qoyulan məşhurlar arasında Məhəmməd Əli, Martin Lüter King, Washington Post qəzetinin köşə yazarı Art Buchwald da var.

Ancaq izləməyə məhkəmə qərarı lazımdır. Wall Street Journal qəzeti yazır ki, son 30 ildə hökumət izləməyə icazəyə görə məhkəməyə müraciət edəndə məhkəmələr belə müraciətlərin 99 faizinə “hə” deyib.

Qəzet sonda yazır ki. ABŞ-da konstitusiyanın birinci maddəsinə əlavə sayəsində , yəni din azadlığı, söz azadlığı sayəsində göstərdiyi fəaliyyətə görə heç bir şəxsi izləmək olmaz, bunu edən konstitusiyanı pozur.

FİFA TƏLƏB EDƏ BİLƏR

Foreign Policy dərgisi yazır ki, növbəti Dünya Kuboku finalları 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçirilməlidir. Hər iki ölkənin insan haqlarında göstəriciləri yaxşı deyil.

Foreign Policy FİFA-nı tənqid edir ki, beynəlxalq futbol federasiyası FİFA yarış keçirilən ölkələrdən tələb edə bilər ki, ən yüksək etik standartlara riayət etsinlər, ancaq təəsüf ki, FİFA rəsmiləri bunu etmirlər.

XS
SM
MD
LG