Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:02

-

Avropa Birliyi alman diplomat, Səfir Herbert Salber-i AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə təmsilçisi təyin edib.

O, regionda münaqişələrin, eləcə də Gürcüstanda böhran və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verəcək.

Öncə bu vəzifəni Philippe Lefort tuturdu.

Diplomatik karyerası Almaniya Xarici İşlər Nazirliyində başlayan Salber Belqrad, Vyana və Moskvada çalışıb, ATƏT-in Qazaxıstan ofisinin rəhbəri, ATƏT-in Münaqişələri Önləmək Mərkəzinin direktoru olub.

Hazırda AB-nin Əfqanıstan, Afrika Birliyi, Bosniya və Hersoqovina, Orta Asiya, Kosovo, Cənubi Qafqaz və Gürcüstan böhranı, Cənubi Aralıq regionu və Sudan üzrə xüsusi təmsilçiləri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG