Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:26

Ukraynalı qaçqınların durumu humanitar fəlakət həddinə yaxındır


Rostov vilayəti

Rostov vilayəti

-

Rusiyanın Rostov vilayətində Ukraynadan gələn qaçqınlarla bağlı durum humanitar fəlakət həddinə yaxındır. Bunu regionun qubernatoru Vasiliy Qolubev deyib.

Rostovda xarici jurnalistlərə danışan Qolubev deyib ki, Rostov vilayətinə Ukraynadan hər gün 3.500-ə yaxın qaçqın gəlir. Onların çoxu döyüş zonasından qaçır deyə, bütün əşyalarını qoyub gedirlər.

Onun sözlərinə görə, son bir ayda Rostov vilayətinə 200 minə yaxın Ukrayna vətəndaşı gəlib. Hazırda bu rayonda 25 mindən çox qaçqın, o cümlədən 9 min uşaq var. Eyni zamanda, qubernatorun fikrincə, real rəqəm 3 dəfə böyükdür. Ukraynadan gələnlərin çoxu qohumlarının, tanışlarının evində qalır.

Rusiya Federal Miqrasiya xidmətindən bildirirlər ki, ilin əvvəlindən 400 minə yaxın ukraynalı Rusiyaya köçüb və Ukrayna ilə həmsərhəd vilayətlərdə qalır.

BMT-nin məlumatına görə, Rusiyaya 110 min ukraynalı köçüb. Onlardan 9 min yarımı Rusiya hakimiyyətinə sığınacaq üçün müraciət edib.

XS
SM
MD
LG