Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:41

Bağdadın cənubunda 53 meyit tapılıb


İraq
İraq

İraqın təhlükəsizlik qüvvələri bildirir ki, bağlanmış və edam olunmuş vəziyyətdə 53 meyit tapıblar. Meyitlər ölkənin cənubunda Babil vilayətinin paytaxtı Hillada tapılıb. Başları və sinələrində güllə yaraları var. Hilla Bağdaddan 100 kilometr cənubda yerləşir.

Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən qurbanların azı bir həftə öncə öldürüldüyü güman edilir. Qətlin səbəbi bəlli deyil.

Son bir ildə İraqda zorakılıq artıb. Bunda daha çox radikal islamçı qrup olan İslam Xilafəti (İŞİD) günahlandırılır.

XS
SM
MD
LG