Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:38

BMT Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyəti müzakirə edəcək


-

İyulun 10-da BMT-nin baş katibi Ban Ki-moon Təhlükəsizlik Şurasında İsrail-Fələstin münaqişəsi barədə çıxış edəcək. 15 üzvdən ibarət Şuranın Bakı vaxtıyla axşam 7-də yığışacağı gözlənir.

İsrailin baş naziri Benjamin Netanyahu iyulun 9-da Həmasa qarşı daha sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.

Ban həmin gün jurnalistlərə deyib ki, durum «narahatedici və dəyişkəndir». O, iyulun 9-da region liderləri, Netanyahu və Fələstin rəhbəri Mahmud Abbas, eləcə də ABŞ Dövlət katibi John Kerry ilə danışıb.

Fələstin rəsmiləri iyulun 9-da Qəzzada azı 54 nəfərin öldürüldüyünü deyir, İsrail hər dəqiqə əraziyə hava zərbələri endirib, yaraqlılar isə İsrailin mərkəzini raket atəşinə tutub.

İsrailin iyulun 10-da endirdiyi zərbə nəticəsində Qəzzada, Xan Yunis şəhərində 7 nəfər ölüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG