Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:12

Əfqan seçki rəsmiləri Abdullah-a çağırış etdi


Abdullah Abdullah
Abdullah Abdullah

Əfqanıstan Seçki Şikayətləri Komissiyası prezidentliyə namizəd Abdullah Abdullah-ı çağırıb ki, kütləvi seçki saxtakarlığının araşdırılması üçün hakimiyyətlə işləsin. Komissiya sədri Abdul Satar Sadat iyulun 9-da Kabildə deyib ki, Abdullah-ın kampaniya rəhbəri prosesi boykot etməkdənsə, seçki saxtakarlığına dair komissiya ilə danışmalıdır.

İlkin nəticələr Ashraf Ghani-nin 1 milyon səs üstünlüyü qazandığını göstərir. Ancaq Abdullah iyulun 8-də qələbə çaldığını iddia edib, seçkinin kütləvi saxtakarlıqla keçdiyini deyib.

Abdullah tərəfdarlarına deyib ki, iyulun 11-də Kabildə ABŞ Dövlət Katibi John Kerry ilə görüşənədək etirazlar təşkil etməsinlər. O, həmin danışıqlardan sonra növbəti addımlar barədə qərar verəcəyini söyləyib.

XS
SM
MD
LG