Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:23

İlham Əliyev Çexiyaya yeni səfir təyin etdi


-

İyulun 9-da Çexiyadan geri çağırılan Tahir Tağızadə prezidentin sərəncamı ilə Azərbaycanın Böyük Britaniyada səfiri təyin edilib.

Bu barədə prezidentin rəsmi internet saytı məlumat yayıb.

Tahir Tağızadə 2007-ci ilin fevralından Çexiyada səfir idi. Səfirlik fəaliyyətindən əvvəl o, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi olub.

İlham Əliyevin digər sərəncamı ilə Fərid Şəfiyev Azərbaycanın Kanadada səfiri və Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılaraq Çexiyaya səfir təyin edilib.

XS
SM
MD
LG