Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:04

FİFA Neymarın zədəsinə görə "Barcelona"ya 238 min avro verəcək


Neymarın zədələnməsinə görə FİFA Barcelona klubuna 238 min avro ödəyəcək.

Frans Press İspaniya mediasına istinadla xəbər verir ki, FİFA ilə klublar arasında razılığa görə, oyunçu yığmada zədə alsa və 4 həftə oynaya bilməsə, 28-ci gündən başlayaraq FİFA kluba cərimə ödəməyə başlayır. Cərimənin miqdarını oyunçunun maaşı müəyyən edir.

Neymarın maaşı ildə 5 milyon 100 min avrodur.

Ona görə FİFA hər gün Barcelonaya 13 min 972 avro ödəyəcək.

Futbol üzrə Dünya Kubokunda Kolumbiya ilə oyunda Neymarın onurga sütününün fəqərəsi sınıb. Onun müalicəsi 45 gün çəkməlidir.

XS
SM
MD
LG