Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:50

Britaniya uşaqlara seksual təcavüz edən siyasətçilər məsələsini araşdırır


Britaniya 1970-1980-ci illərdə siyasətçilərin uşaqlara seksual təcavüzü iddialarının araşdırılmasına qərar verib.

Bu ilk dəfə 1983-cü ildə ictimaiyyətə bəlli olub. O vaxt parlament üzvü G.Dickens bildirdi ki, onda dosye var və burda uşaqlara seksual təvaüz edən bir sıra siyasi xadimlərin adları var.

Dickens bu dosyeni daxili işlər nazirliyinə verdi.

Ancaq sonradan Daxili İşlər nazirliyi bildirdi ki, Dickensin verdiyi 573 fayldan 114 ya itirilib, ya da məhv edilib.

Daxili işlər nazirliyinin yüksək rütbəli rəsmisi Mark Sedvill iyulun 8-də parlamentdə bildirib ki, hökumət fayllarının məhvinə kimin göstəriş verdiyi bəlli deyil.

Baş nazir David Cameron söz verir ki, bu işdə “hər bir daşı qaldırıb, altına baxacaqlar” və həqiqət üzə çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG