Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Prezident fərman imzalayıb, məhkəmə qətnamə çıxarıb, şirkət deyir, pul yoxdur


Foto: Arxiv

Foto: Arxiv

-

“Bu sığorta ödənilməyəcəkdisə, bizi niyə ələ salırdılar?”

Ailə üzvləri Qarabağ savaşında həlak olmuş bir qrup dinləyici AzadlıqRadiosunun “Qaynar xətt”inə Dövlət Sığorta Şirkətindən şikayətlənib. İddia edirlər ki, prezidentin fərmanına uyğun olaraq yaxını həlak olmuş ailələr kimi onlara 11 min manat məbləğində sığorta pulu ödənilməlidir. Ancaq 2 ildən artıqdır ki, bu pulu ala bilmirlər.

"DEYİRLƏR, PUL AYRILMAYIB"

Şikayətçi Şəhriyar Əbilov:

“Dövlət Sığorta Şirkətinə çox get-gəldən sonra məhkəməyə müraciət etdik. Məhkəmə də ayrı-ayrılıqda hər iddiaçı üçün həmin sığortanın ödənilməsi ilə bağlı qətnamələr çıxartdı. İndi şirkət qətnamələri icra etmir. Dövlətin adından çıxan qətnaməni saymır. Gedirik şirkətə, bizə deyirlər ki, dövlət bu sığorta pullarının ödənilməsi üçün pul ayırmayıb. Ona görə də sizə ödəniş edə bilməyəcəyik”.

Mətanət Qafarova:

“Hara mürqciət ediriksə, bütün şikayətlərimizi Dövlət Sığorta Şirkətinə yollayırlar. Oradan da bizə bircə bunu deyirlər ki, pul yoxdur. Nə vaxt dövlət pul ayırar, siz də sığorta pullarınızı alarsınız”.

Əziz Həsənov:

“Biz Dövlət Sığorta Şirkətinin qarşısından keçən sıradan biri deyilik ki, şirkətin binasına girib pul dilənək. Prezidentin göstərişi var, qanun var, məhkəmə qətnamələri var... Zəhmət çəkib icra etsinlər. Məgər bu qərarı bizi qapılarında saxlamaq üçün vermişdilər? Şəxsən mənim oğlum müharibədə həlak olub. O sığorta pulunu da övladının təhsili üçün nəzərdə tutmuşam”.

SIĞORTANIN ÖDƏNİLMƏSİ MEXANİZMİ HAZIR DEYİL

Dövlət Sığorta Şirkəti isə ailələrə gözləməyi məsləhət görür. Şirkətdən bildiriblər ki, ortada qətnamələr olsa da, icrası üçün mexanizm yoxdur, bu ödənişlərə büdcədən pul ayrılmayıb. Ona görə də Ali Məhkəmə ötən il Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsi də bu ilin əvvəlində Milli Məclisə müraciət edib ki, belə ödənişlərin verilməsi mexanizmi müəyyənləşdirilsin.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG