Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:54

Vasif Talıbov Naxçıvan şəhərində çimərliyin lentini kəsib


Ali Məclisin Sədri Vasif Talıbov
Ali Məclisin Sədri Vasif Talıbov

-

Şərq qapısı 08.07.2014

İyulun 7-də Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmişdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək demişdir ki, bu gün Naxçıvan şəhərində aparılan quruculuq işləri bütün sahələri əhatə etmişdir.

Ali Məclisin Sədri Vasif Talıbov demişdir: «Muxtar respublikada insanların yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Tikinti materiallarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, avtomobillərin kredit yolu ilə satışının təşkil edilməsi insanların mənzil və avtomobil təminatına hərtərəfli şərait yaratmışdır. Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzləri isə sakinlərin və gələn qonaqların asudə vaxtının səmərəli təşkilinə imkan verir. Bu gün istifadəyə verilən yeni çimərlik də yay-istirahət zonası kimi şəhər sakinlərinin və gənclərin asudə vaxtının səmərəli təşkilinə, onların sağlamlıqlarının qorunmasına xidmət edəcəkdir».

Ali Məclisin Sədri çimərlik-istirahət zonasından səmərəli istifadə olunması barədə aidiyyəti orqanlara tapşırıqlar verib.

…Ali Məclisin Sədri çimərliyin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmişdir.

Ali Məclisin Sədri çimərlik zonasında təhlükəsizlik qaydalarına əməl edilməsi və xidmətin nümunəvi təşkili barədə müvafiq tapşırıqlar vermişdir.

XS
SM
MD
LG