Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:22

-

Bakı Apellyasiya Məhkəməsi həbsdə olan vəkil Qurban Məmmədovun şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Xalid Bağırovun dediyinə görə, iyunun 8-də keçirilən prosesdə ilkin instansiya məhkəməsinin Qurban Məmmədov haqqında çıxardığı 3 il azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Qurban Məmmədov ötən il iyunun 4-də həbs edilib. O, Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur. Ötən ilin dekabrında Nəsimi rayon Məhkəməsi onun haqqında 3 illik həbs cəzası çıxarıb.

Müdafiə tərəfi onun həbsinin siyasi sifarişli olduğunu bildirir.

Qurban Məmmədov milli-azadlıq hərəkatının fəallarındandır. Uzun illər vəkilliklə məşğul olub, siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbsdə yatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG