Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47

-

Zbigniew Brzezinski Ukraynada Vladimir Putinə 3 yol görür.

"200 milyon braziliyalının ürəyini çilik-çilik etdilər".

“Jihadistan”: İSİD İraqı tuta biləcəkmi?

Dünya mediası bu gün nədən yazır?

PUTİNİN 3 SEÇİMİ

1977-1981-ci illərdə ABŞ prezidentinin Milli Təhlükəsizlik müşaviri olmuş Zbignew Brzezinski Washington Post qəzetində “Putinin Ukranyada 3 seçimi” adlı məqalə yazıb.

Onun fikrincə, birinci seçim odur ki, Putin Ukraynanın indi Avropa Birliyinə doğru getdiyi yola uyğunlaşa bilər, onun suverenliyinə və iqtisadiyyatına hücumları dayandıra bilər. Ancaq bu yol Rusiyadan, eləcə də Ukraynadan və Qərbdən böyük ağıl tələb edir.

Bu halda Ukrayna Avropa Birliyinə doğru hərəkətini davam etdirir, Qərb də söz verir ki, Ukrayna NATO-nun üzvü olmayacaq.

İkinci seçim odur ki, Putin yaraqlılara dəstək verməklə hərbi müdaxiləni davam etdirir, Ukraynanın ayrı-ayrı yerlərində sabitlsizlik yaradır. Rusiya bu yolunu davam etdirsə, Qərb də sanskiyaları davam etdirməlidir.

3-cü seçim isə Rusiyanın Ukraynaya birbaşa təcavüzüdür. Bu halda Qərb Ukraynanın müqavimətinə hər cür dəstək verməlidir.

Putin 3-cü seçimi etsə, bu, Rusiyanın təcrid olunmasına və böyük siyasi və iqtisadi itkilərinə gətirəcək.

Brzezinski hesab edir ki, ən yaxşı yol birinci yoldur. Rusiya Ukraynanın Avropa Birliyinə inteqrasiyası ilə barışıb, buna uyğunlaşmanın üsulunu tapmalıdır.

Brzezinski xəbərdarlıq edir ki, Putin indiki vaxtda təhlükəli oyun oynayır, onun Ukrayna ilə bağlı hərəkətləri təkcə Qərbə təhlükə deyil, həm də Rusiyanın özünə təhlükədir.

“BİABIRÇILIQ”

Britaniyanın Mirror qəzeti Braziliyanın Dünya Kubokunda Almaniyaya 1:7 uduzmağı haqda yazır: “biabırçılıq,rüsvayçılıq. 200 milyona yaxın braziliyalının ürəyini təkcə sındırmadılar, çilik-çilik etdilər”.

Qəzet 1950-ci ildə Braziliyada dünya birinciliyinin finalında Braziliyanın Uruqvaya uduzmasını xatırladaraq yazır ki, o məğlubiyyətin vurduğu mənəvi zədə hələ sağalmayıb, indiki məglubiyyət isə daha böyük zədədir.”

Bir nəfər Twitterdə yazıb: "Braziliyanın Neymarı var, Argentinanın Messisi var, Portuqaliyanın Ronaldosu var, Almaniyanın isə komandası var".

Almaniyanın keçmiş futbol ulduzu Franz Beckenbauer isə Twitterdə oyundan dərhal sonra yazıb: "bu nə idi? inanmaq olmur"

JİHADİSTAN

BBC İraq və Suriya ərazisini “Jihadistan” adlandırır və soruşur ki, yaraqlılar bütün bu yerin hamısını tuta biləcəkmi?

İraq və Suriya İslam təşkilatı yaraqlıları İraqın ikinci ən böyük şəhəri – 2 milyon əhalisi olan Mosulu cəmi 800 yaraqlı ilə tutub.

İSİD belə sürətli hərəkətində yerli qəbilələrdən və hərbçilərdən çox asılıdır. Onların köməyi olmasa İSİD irəliləməkdə belə uğur qazana bilməz.

İSİD yerli hərbçilərin və qəbilələrin dayağını necə qazanır? Mina al-Qrabi adlı jurnalist deyir ki, İSİD ya onların gözünü qorxudur, ya sövdələşmə təklif edir. Bu sövdələşmələr iki quldur dəstəsinin sövdələşmələrinə bənzəyir.

Mina al-Qrabi onu da deyir ki, ərazini tutmaqdan başqa bunu idarə etmək də lazımdır. Tutmaq və idarəçilik başqa-başqa anlayışlardır.

“İSİD-in idarəçiliyi ya zorakılağa əsaslanır ya da zorakılıqdan istifadə ilə qorxutmağa”.

JURNALİSTƏ 50 ŞALLAQ

New York Times qəzeti yazır ki, İranda əsasən ədəbiyyatdan yazan jurtnalist Marzieh Rasoulini Evin həbsxnasına aparıblar. O, 2009-cu ildə küçə nümayişlərinə çıxdığına görə iki il həbs cəzasını çəkməlidir. Ona üstəlik 50 şallaq da vurulmalıdır.

Jurnalist tutulmamışdan qabaq Twitterdə yazıb ki, onu “hakimiyyət əleyhinə təbliğatda və nümayişlər vasitəsilə ictimai nizamı pozmaqda günahlandırırlar”.

Rasouli ilk dəfə 2012-ci ilin yanvarında həbs olunub. Sonradan girov müqabilində azadlığa buraxıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG