Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:34

Çingiz Hüseynovun yeni əsəri on-line kitabxanamızda


Çingiz Hüseynov
Çingiz Hüseynov

-

Yazıçı Çingiz Hüseynovun "Qələmin yuxularından" əsəri on-line kitabxanamızda

Çingiz Hüseynov

QƏLƏMİN YUXULARINDAN

Bölümlər:

Müqəddimə

Qırmızı gözlü quzu

Sədəfli buynuz

Diri ölülər

Аzərbayсanlı kosmonavt

Kürən tülkülər

Üçlüklər

Ərəb, latın və kiril hərflərin cızmaqarası

Başayaq il

Yuxuya ilişən gerçək

Qonorarlı yuxu

Millətlər təşkilatınin hədiyyəsi

Ağıza atılan güllə

Fiasko

Sünnət

Bomba

Virtual ər

Alnın taybatay açılan qapıları

Tərsinə oxunan sözlər

Quş geni

Heykəlqoyma azarı

Bizdən inciyən dahilər

Əldəqayırma romançı

Nərmənazik slavyan qızları

Özgə yataq

Sabın əhvalatı

Başsız heykəllər

İki eşşəyin arpası

Qoruyun yəhudiləri!

İsveç kralı XII Karl

Bombardman

Təşkil olunmuş oğurluq

«Urus səni neynəsin?..»

Həmrəylik nağılı

Ağsaqqalın küçükləri

Puç olan dayaq

Kəpənək dosyesi

Pozusuz yazı

Əzzzail

Müqəddimə

«Qələmin yuxuları» məşhur yazıçı Çingiz Hüseynovun yeni əsəridir. O, başa çatmayıb, tamamlanmayıb: oxucunun gözləri qarşısında yuxu yuxunun ardınca zaman silsiləsinə düzülür. Onlar göydəki ulduzlar kimi uzaq və yaxın, parlaq və tutqundurlar, intəhasızlığı işıqlandırırlar.

Yazıçının yaradıcılığında yuxular bir qayda olaraq reallığı doldurur, onun fəzasını genişləndirir:

«Məmiş öz adaşının yuxusunu görür, o isə Məmişin yuxularını…» («Məhəmməd, Məmməd, Məmiş»);

«… əlimə qələm götürməzdən əvvəl tələsmədən yuxu dolu yolları keçdim...» («Fətəli fəthi»);

«…yuxular onları gün ərzində yozmaq üçün bir köməkdir…» («Doktor N»);

«Kiçik Mustafa böyük Mustafaya baxıb: «Daha nə uyduracaq ki, onu qane etsin? - fikirləşdi. - Yuxu tapacaq!» («Tamaşalı oyunlar»);

«Dünyasını dəyişənlər yuxusuna girir: anası, atasi, oğulları...» («Merac»).

Hər şənbə günü biz Qələmin növbəti yuxusu ilə tanış olur, düşünəcəyik: niyə yuxular yadımızda qalmır, çox vaxt yozulmur, unudulur?..

Qırmızı gözlü quzu

Özünün yeniyetmə çağında adının mənasını bilən Qələm qarışıq hisslər keçirdi.

Əvvəl qəzəbləndi, hirsindən az qala ağlayacaqdı.

Sonra eşitdi ki, yox, adicə qələm deyil!

Аdı guya müqəddəs kitabdan alınmış sözdür, mənası da – İlahi Qələmi!..

Amma sakitləşmədi, narahatçılığı keçmədı.

Heyfsləndiyi də oldu, axı, adına artıq öyrəşmişdir, xoşuna gəlirdi öz adı!..

Bildi ki, adının mənasını heş cür dəyişmək mümkün olmayacaq – ganı qaraldı.

İndi-indi adını eşidən böyüklərin niyə təəcüblə və təkrar-təkrar: Necə-necə? soruşub dodağaltı gülümsəmələrinin səbəbini bildi: demə adı – adam adı deyil, sadəcə yazı alətiymiş!..

Açıb o vaxt anlamadığı, dərk edə bilmədiyi digər qəribə hisslər də oyandı Qələmdə və keçirdiyi həyəcan iki ardı ardınagördüyü rəngarəng şəkilli qeyri-adı yuxuya səbəb olqu.

Gördü ki, tək-tənha yamyaşıl çəmənlikə ağappaq quzudur.

Kiçik dişləriylə qoparıb yediyi ot acı olsa da, ömründə onu yeməzdi, indi bal kimi şirin gəlirdi ona, ləzzətlə yeyirdi.

Susadı, bulağa yaxınlaşdı, su dumduru, ayna kimiydi.

Gözlərinin girdə və qırmızı olduğunu gördü.

Anasının: İçmək olmaz! Su soyuqdur! Boğazın ağrıyar! - sözlərini yadına salsa da, ləzzətlə bumbuz sudan doyunca içdi.

Başını qaldırıb ətrafa boylandı, nə isə demək istədi, amma bacarmadı.

Fikirləşdi ki, içdiyi soyuq sudandır bu, boğazı tutulub.

Sonra guzu olduğunu bilib mələmək istədi, amma bu dəfə də səsi çıxmadı.

Başını qaldırıb qara buludların iti yerişini gördü, qorxdu ki, hava garalır, o isə tək-tənhadır, heç kimi köməyə çağıra bilməyəcək və... – oyandı.

Bir müddət özünə gələ bilmədi.

Gözlərini açıb-yumurdu.

Öz evindədirmi? Çəmənləkdəmi?

Çaşmışdı: omu yuxusunda guzuya dönmüşdü? Quzumu onu öz yuxusunda görmüşdü?..

Gördüyü yuxusunu büsbütun unutsun deyə yorğanı başına çəkib, gözlərini bərk-bərk yumdu... - və təzə yuxu gördü.

Sədəfli buynuz

Balkonlarında durub günəş şüaları altında bolluca işığa qərq olmuş meydana baxırdı.

Şənlik gözlənilirdi, pəncərələr al-əlvan lentlər və bayraqlarla bəzənmişdi.

Birdən meydana yerdən göyə ucalan iri sədəfli buynuzun içindən bir çapar atlı çıxdı.

Və o andaca atlı birdən birə kiçilən buynuzu – Qələmin evinin divardan gümüş zəncirlə asılmışın bənzəri – sol əlində tutub qaldırdı, çamaatı meydana səslədı: - Məğamdır, toplaşın, ay millət!

Sonra yenə də gözlənilmədən buynuz üstünü bol-bol naxışlar bəzəyən nadir bayrağa çevrildi.

Bu dəm atlı Qələmi görüb onu təntənə ilə alqışladı, at da arxa ayağları üstə galxıb kişnədi, iri parlaq gözlərini bərəldib Qələmə çəpəki baxdı: dişlərini ağardırdı, sanki gülürdü.

Yaxından durmuşdu at, az gala iri başini Qələmə uzadacağdı, elə bil indicə var gücünü toplayıb balkona hoppanacaqdı... – Qələm təşviş-gorxu icində yuxudan ayıldı.

Birinci yuxusunu gizli saxlayıb, sirr idi sanki, heç kimə bildirmək istəmirdi, ikincisini isə anasına danışdı.

Esma-Esmeralda oğlunun yuxuda qorxduğunu eşidib narahat oldu, həyəcanlandı, oğlunu qucaqlayıb bağrına basdı, və həmən günü İçəri şəhərdə yaşayan yaxşı tanıdığı yuxuyozan qarını görməyə tələsdi.

Qələm bir daha yuxusunu danışmalı oldu, hətta garının tələbiylə buynuzun necə kiçilib bayraga çevrildiyini təkrarladı da.

Garı fikrə gedib gözlüyünü taxdı, bir neçə kitab vərəglədi və nəhayət üzünü Esmaya çevirib təntənəli tərzdə:

- Tutu-xanim, dedi (səhvini Esma düzəltmədi, bilirdi ki, garı hamıya, xoş gəlsin deyə, belə müraciət etdiyini bilirdi, axı, tutuguşu agıl-hikmət rəmzidir), təbrik edirəm səni! Sirrləri açan kitablar buynuz, kişnəyən at, bayrag və yuxuda özünü göstərən digər nişanlar şan-şöhrət rəmzləri olduğunu göstərir! Odur ki, eşit, bil: sənin oğlun millətimizin böyuyu olacag!..

Anasi inandı-sevindi, Qələm ruhlandı, qəlbində gizlənən gorxu-təlaşlar əriyib yoxa çıxdı.

Əzəldən geyri-adiliyini duymuşdu, daxilən bilirdi ki, başgalarından seçilir, hətta yuxuda guzuya çevrilə biləcək qabiliyyti də – görünür, nadir Qələm adını da təsadüfi daşımırdı – onun bu duyğusunu gözəlcə təsdigləyirdi.

Diri ölülər

Qızıl meydanda Lelinləyəm...

- Niyə Lenin yox - Lelin?

- Müəllimimiz də dərsdə həmişə Lelin baba deyərdi. Elə həmən uşaq vaxtından qalıb dilimdə, yapışıb - silə bilmirəm.

Hə, durmuşuq Lelinlə, əcəb sirdaş tapıb özünə, yox? günəşli gündür, qıyıq gözlərini kepkasının dimdiyile günəşdən qorumağa çalışır, baxışıyla məni mismarlayır: - Da, solnse svetit, k'asivo, - yəni, gözəl mənzərədir, dildən bir az şiriniydi, "r" hərfini yeyirdi. (tələfüzü axsıyırdı, "r" hərfini dili tutmurdu, buna kartavit deyirlər, yoxdur bu söz dilimizdə, bilirsən – de, mən də bilim!). Kakoe sineye nebo!- Qələm rəhbəri yamsılayıb əl-qolunu onun kimi sağa-sola atır, barmaqlarıyla havanı baltalayıb kəsirdi: Amma heç cür, deyir, dərk edə bilmirəm, çaşıb qalmışam: Kremldə bir birinə bənzəyən bir şeytan düjünü İliçlərin hansı mən özüməm?

- Elə bu?!

- Deyirsən azdır yəni? Onda al gəldi, o birisini eşit, nisbətən uzundur.

Lelin ölüb, qəhvəyi lakdan par-par parıldayan tabutu təkərli katafalkda mərasim zalına sürüb çəkirlər. Mərasimi idarə edən... – bu ki Qələmin tələbəlik illərinin yadigarı olan, jurfakın odda yanmaz, suda batmaz əbədi dekanı Z.-dır!.. - ağ xalatda, qolunda gara-qırmızı sariq, başında qalıntüklü çoban papağı (bu günlərdə az qala iki sıfırlı yubileyində bizimkilərin, Qələm də sıralarında, hədiyyəsidir) beli bükülü qozbel yerişilə mənə yaxınlaşdır, deyir, dondurulma şiddətli deyil, zəifdir, odur ki, vida mərasimini uzatmayacayıq, meyit əriyə bilər və... – sözünü kəsib qalın şüşəli eynəkdən sınayıcı baxışlarını mənə zillədi, onun pedaqoji yoxlama üsuludur: dalısını mən deməliyəm.

- Dirilə bilər?

- Afərin! – dedi. – Və görsən tərpənir, qoyma dirilsin! Çiyinlərindən bas, hətta boğ! Tabutdan çıxmamalıdır!..

Qoruyuram katafalkı, vaxt keçir, gərginlik artır, adamlar da qonşu otaqda toplaşıblar, mərasimi gozləyirlər.

Bir də gördüm cənazənin gözləri açığdır, tərpənir!.. Ayılır! Tələsik çıxdim, camaatı harayladım, cumdular katafalka sarı, Lelin isə artıq ayaq üstədir, çox maraqlıdır, deyirəm öz-özümə, canlı rəhbəri, baxışını-duruşunu görmək!.. Zırpı gənclər zorla Lelini tabuta salmağa çalışırlar, o isə müqavimət gösterir, heç cür tabe olmaq istəmir:

- Tova'işi! Bu nə biabırçılıqdir?! Əl çəkin məndən! Pe'estante! Rədd olun! Vsex pod 'ast'el!

Camaat qetdikcə sıxlaşır, tünlukdür, və birdən havada uzun çomaga bənzər nə isə görünür və rəhbərin başına endirilir, guppultu qopur, elə bil boş borunun boğuğ səsidir (rəfdən kitab düşdü başıma – ayıldim).

- Vəssalam?

- O biri rəhbər də...

- Yoxsa Stalini də yuxunda görmüsən?

Evimizin padvalında taburetdə...

- Öz sözümüz yoxdur əvəz edəsən yabancı kəlmələri?!

Zirzəmidə, kətil üstə... hə, Stalinin özü! Yanında da, vallah uydurmuram, bizim həmyerlimiz Vışinski!

- Danışmışdım sənə, yuxuna girdi: babamla bir firgədə çalışırdılar.

Diri Stalini görcək havalandım, cuşa gəldim, sevinc gəlbimdə aşıb daşdı... - ağasına vurğun qul ki qul! Mehriban-mehriban mənə baxir, doğma gözlərindən istilik yayılırdı.

– Sizi, deyirəm ona, yaxindan heç görməmişdim! Belə bir xoşbəxtlik mənə qismət oldu! Siz mənim nəzərimdə... Siz... – fərəhimdən çaşmışam, dilim ağzımda oynayırdı, - dahi söz ustasısız! - Təriflərim xoşuna gəldi: - Bəs necə? Görmürsən yoxsa? Başım – Lenin başıdır, zibilxanaya çevirmisiniz! Elə çaşdırmısız məni ki, indi bilmirəm başım kimin başıdır?

- Siz hər bir fikri, yanlış olsa belə... – öz-özümə deyirəm: sərt sözlər işlətmə, acığı gələr! – elə məharətlə ifadə edirsiniz ki, həqiqət kimi səslənməyə başlayır! Ən çox xoşladiniz "Təsadüfi deyil" yaxud "Məlumdur ki" kəlmələrini məntiqlə mübahisəli fikrinizlə əlaqələndirirsiniz və nəticədə...

Kəsdi sözümü: - Qanuna çevrilir, eləmi? Məntiqşünassan? – soruşdu.

- Yox, üslub mütəxəsiyəm, və samballı görünüm deyə, Azərbaycan yazıçısıyam, əlavə etdim. Bic-bic gülümsündü: - Milli ədəbiyyatların inkişafı, çiçəklənməsi? Məzmunca sosylizm, formaca milli ədəbiyyat, eləmi?

Eyforiyadan heç cür çıxa bilmirəm: - Məmləkətimizdə sizi sevənlər, sizin dostlarınız... - Yenə sözümü kəsdi: -Nə dost?! Heykəllərimi söküb uçurtmusunuz! Cəsarətlə yalana əl atıb etriraz etdim: - Sağ-salamatdır heykəlləriniz geniş bir meydanda saxlanırlar.

- Uca hacar arxasında? Qapıda da yekə qıfıl? – Qəzəblə Vışinskaya baxdı: - Susursan?! Dinsənə! - Qorxudan sir-sifəti agardi, oturdugu taburetdən sürüşə-sürüşə tappıltı ilə daş döşəməyə dəydi... – və bu tappiltıdan Qələm oyandı, lakin son mənzərə yuxusundan çəkilmədi, gördü ki, Stalin yerə sərilmiş Vışinskiya carı əyilib: Ay bədbaxt, - dedi, - neçə dəfə söyləmişdim sənə, bir daha təkrar edirəm, - və türkcə ən çox xoşladığı ifadəni dilinə gətirdi: Ağır otur – batman gəl!..

Qələm oyandı və yenidən yatdı – yuxu serialıydi sanki, davamını gördü:

Stalin yataqxana otağımda oturub, amma istəmirəm tələbə yoldaşlarim onu görsünlər, adı bədnamdır, istəyirəm həm qovam, həm də maraqlıdır – adi qonaq deyil axı, tarixi şəxsiyyətdir!

Stalinə onun hansı çıxışınısa ucadan oxuyuram: - "Rəhbər" sözünə, deyirəm, izahat var, baxaq, nə yaziblar. Və qeydi tapıb oxuyuram: - Stalin bu çıxışında təhrifçiliyə yol verir, dedikləri yalandir. - Ola bilməz! – qəzəbləndi. –Göstər! - Əvvəl, dedim, baxaq görək izahat nə vaxt yazılıb: saglığınızda yoxsa ölümünüzdən sonra. - Gözlərini bərəltdi: - Nə? Ölümümdən sonra? Səni bu sözlərə görə indicə elə əzişdirərəm ki!.. - əlləri yumruqlu mənə sarı addımladı.

Qaçırıq stolun ətrafında, çalışır tutsun məni, Salvador Dalida olduğu kimi uzun sallaq bığları mane olur, ayaqlarina dolaşır, stolun uclarına ilişirdi... Tuta bilmədi məni: çıxdim yuxudan.

- İqtidarı yuxuda görmək yaxşı əlamətdir: varlanacaqsan.

- Keçmişdə varlanardım.

- Ölülər indi də diridir. Unutmusan yoxsa bizdə olan sual-cavabı? – Ay camaat, kimə səs verecəksiniz? – Necə yəni kimə? Rəhmətliyə!

Аzərbayсanlı kosmonavt

Bezdirici görüşlərdən, mənasız və nəticəsiz (qazamat qoxulu) etirazlardan yaxamı çəkmək, yorucu və boşboğaz söz-söhbətlərən qaçmaq üçün kosmonavt olmaq istədim. Öyrəndim ki, kosmik gəmidə uçmağa heç bir maneçilik yoxdur, sadəcə sübh çaği, tərtəmiz asimanın üfügündə nazik çəhrayı xətt görünər-görünməz, uçuş meydanına gəlməlisən – vəssalam!

Ah, min heyif: gecikdim! Hətta yoxlanış qapısından keçdim, məndən sonra heç kimi buraxmadılar, rəgiblərim olan iki nəfəri də meydanda qabaqlaya bildım, sonra hara baxdimsa, o iki nəfəri görmədim: amma minik sona çatdıelan olundu – əfsuslar!..

Kor-peşman geri qayıdıram, meydan kimsəsiz, bomboşdur, birdən təpənin üstündə bir şəxs dəydi gözümə, mənə sarı baxırdı, izləyirdi sanki məni, üzdən taniş idi, başında kepka... bu ki Lujkovdur! televizorda bizim merlə gucaqlaşıb öpüşürdülər, əntiqə mənzərəydi, əbədi dostluqdan danışırdılar, bu məğamda köhnədən qalma alver yadıma düşdü:

Biz sizə nöyüt kaçay-kaçaj, siz bizə ingilab kaçay-kaçaj!..

Taptağ, hap-gop dolu demokratiyamiz da eyni, pul qazanma üsulu da: kaçay-kaçaj. Raket nəzarətçisidir yoxsa, kosmik uçuş sahəsini də özəlləşdirmək yollarını fikirləşir? İstəmədim rastlaşaq, qısa yolumu uzun dolayı yolla əvəz etdim və bu an arxamda uçuş baş verdi! boylandim – nə bir gurultu, nə bir odlu partlayış: uca minarəyə oxşar raket havanı yara-yara səssizcə gömgöy asimana sarı üzdü, az bir müddətdə sol istiqamətiylə dibsiz kainatda itib-batdı... Vaxtında oyanıb dursaydım!.. Tənbəllik ucbatından indiyədək qeyri-kosmik millətlər arasındayıq!

Birdən hal-əhvalım büsbütün dəyişdi: inciklık, qecikdiyimə görə özümdən narazılıq əridi, arzuma yetmədiyimdən doğan ağrı azaldı, sevinməlisən ki, dedim öz-özümə, evindəsən: bir illiyə uçarsan, yerdə isə bir əsr keçər, qayıdıb bircə tanış üz də görməzsən!.. – sevinc hissiylə çıxdım yuxumdan, (hətta qazamat qoxusu şirin gəldi mənə).

- Elə bu?

- Sosyal məzmunlu yuxu sifariş etdin, şuuraltı da bu yuxunu yaratdı. Və bir daha təsdiqlədi ki, dünyada tanınmamağımızın yeganə səbəbi tənbəllikdir. Yoxsa yuxumla vətənpərvərlik qanını qaraltdım? Elədirsə, onda icazə ver uçuşla bağlı uğurlu yuxumu danışım.

Kürən tülkülər

Demokratiya üzrə benəlxalq konfransa dəvət olunmuşam, evimizi satın almag istəyən oligarx bütün xərclərimi çəkir.

Budur, onunla geniş, kimsəsiz bir zaldayıq, ortada postament üstündə İran imperiyasının iri brilyantlarla bəzənmiş və ətrafa bol-bol işıq saçan tacı ucalır. Yanindaca, sanki taxtın keşiyindədir, kresloda şah oturmuşdur, çoxdan rəhmətə getdiyini bilirəm, amma yuxumda sağdir və bu məni heç də təəcübləndirmir.

Oliqarxın qulağına pıçıldayıram ki, hətta üç min illik tarixi olan lran imperiyasi da yox oldu, dağılıb çökdü, bizimkilərin cılız sulalə arzuları nə gədər gülməlidir!..

Hiss etdim ki, belə söhbətlər oliqarxın ürəyincə deyil, yuxarıdakı piar-komandanın fəal iştirakçılarındandır, hey: - Şaha yaxınlaşaq, təklif edirdi, salamlaşaq onunla, dilimizdə kəlmə kəsək, arvadı bizimkilərdəndir!

Nəinki danışmag – şaha yaxın durmaqdan hətta çəkinirəm, qul instinkti mane olur: lal-dinməz oturub, baxışı sərt, ciddi, bütün görkəmində - gürür, müzəffərlik, tacın keşiyindədir.

Artıq təyyarədə uçuruq, pilot – şahın özüdür, gənc yaşlarında təyyarəçilər məktəbini bitirib... – demə, biz İrandayıq, hər gün konfrans iştirakçıları nahara başga şəhərə uçmalıdılar!.. Bu nə axmag gərardır? Belə bir risk? Həm qonaglar üçün təhlükəlidir, həm də şah üçün!..

Endik, gupguru yer əyri-üyrü, çuxur-çuxurdur, alçag komalar, tozlu küçələrdə al-əlvan şələquyruq tülkülər gaçışır, birisi ayaq saxladı, oynaq kürən quyruğunu gizlədib bir anlığa gorxaq baxışını mənə zillədi.

Gördüyüm eybəcər mənzərədən təəcüblənib narazılığımı bildirirəm: bəs buranın ağılsız camaatı dərk etmirmi ki, belə bir şəraitdə toyuq-cücə də olmayacaq, yumurta da!

Arxadan gələn səs sözümü kəsdi: təyyarəmizi uçuş meydanına sarı itələyirdilər, başında meşin pilotka şah:Gəlin, tər-təmiz azərbaycan türkcesinde dedi bizə, köməkləşib, yoluna salaq təyyarəni, motorlar qızıb.

Qızmar qanadından yapışıb itələyirəm təyyarəni, yoldan gah inəyi qovmalıyıq, gah şoferi çagırırıq ki, yoldan yük maşınını sürüb çəksin, şah da narahatdır, tez-tez qolundakı iri sferblatlı saatına baxır, hava qaralanadək gayıtmalıyıq... Sonrası yadımda deyil.

- Nədən yarandı bu yuxu?

- Məncə, dedim, bizdə yeni rutbəli adlara olan həvəsdən. Bizim oliqarxın köhnə adı yadındamı?! Məşhur abbreviaturlu dörd addan doğmuşdu onun Mels adı: Marks, Engels, lenin, Stalin adlarından, indi isə adı yəni sülalə arzulu İsmişahdır, amma az daşıdı bu adı, goymadılar, Şah, dedilıər, bir olar! bu adını da dəyişib İsmipaşa oldu.

- Qercəyə bənzər virtual?

- Bizi əhatə edən qercəyimizin özü virtual deyilmi?

P.S. Yuxuyozanlar deyir ki, raketin yaxud başqa bir uçuş aparatının göyə qalxdığını görən şəxs dilini qıfıllı tutmalıdır, sadəlövhlüyü xoşagəlməz, ziyanlı hadisələrlə nəticələnə bilər.

Al-əlvan quyruğlu kürən tülkü isə gizli düşmən rəmzidir, ətrafında olan hiyləgər və araqızışdıranı gör, duy, tap, ondan uzaq ol və mümkünsə elə yuxudaca (?) biletini qaytar, bacarırsansa (!) uçuşdan imtina et.

Üçlüklər

Bu gecənin yuxusu Qələmin Qala meydanında (Şeytanbazardan fərglənsin deyə adını "İblisbazar" qoyublar) yerə sərilmiş, divarlardan asılmış xalı-xalça üzərində toxunmuş məlum iki şəxsin ona zillənmiş iti baxışlarından doğmuşdu.

Görüşə hazır camaat İblisbazar meydanında toplaşmışdı.

Əvvəlcə onların qarşısına yekə uçuş şarına, daha doğrusu bir birinin üstünə qoyulmuş üç şara bənzər gara geyimli, şişman yanaqlarını büsbütün cod gara saqqal zəbt etmiş rütbəli şəxslərdən olan molla çıxdı-diyirləndi, bərəlmiş gözlərindən od-alov yağırdı.

Arxasınca seyrək saqqallı, arıq-qurumuş budaq misalı rabbi cıxdı tribunaya, beli əzab-əziyyətlərdən bükülmüş, sifətində əbədi qorxu qarışıq narahatçılıq həkk olunmuşdu, nəsə pıçıldayırdı, dodaqlarının tərpənişindən Qələm Allah sözünü sezdi və heç də buna təəccüblənmədi - rabbi yaşadiğı torpağa rəğbətini göstərmək məqsədilə İlahinin müsəlman adını yad etdi: Allah-Allah, əcaib işlərin varmış bizim bu dünyamızda!

Sonra yığıncağı idarə edən oliqarx asanlıqla üç pilləni aşıb tribunaya galxa bilməsi üçün kömək əlini, atalıq adı görkəminə uyğun batüşkəyə-keşişə uzatdı.

Üçü də TəkTanrı dinlərin banisi, vahid İlahiyə inanan babaların atası İbrahimin adını daşıyan Avraam cəmiyyəti tərəfindən xalqı hamıya məlum olan şəxsə səs verməyə çağırmaq uçun dövlətin təşəbbüsü ilə deyil, öz xoşuyla çox da uca olmayan və təcili gurulmuş əldəgayırma tribunaya çıxarılmışdılar.

Birinci çıxış edən molla oldu.

Qələmin yadında təkcə bu qaldı ki, kafirlərdən öyrəndiyi brend sözünə vurğun mömin molla fələk çərxlərinə bənzər sözlərini xalqın başına yağdıraraq:

Bilin, - dedi, - ay camaat, və yəqin edin ki, səsinizi Allahın bəyəndiyi, Allahın seçdiyi ikisimalı brendə, bəlkə də, deyərdim, lap Allahın Özünə bəxş edirsiniz!..

Pəhlivan sinəsindən iri xaç asılı keşiş gur səsiylə meydanın bütün səslərini üstələyib boğaraq:

Bismi... – yox, bismillah deyil, başqa adların şərəfinə nitq söyləmək məqsədiylə mahnı oxuyurmuş kimi melodik tərzdə: BismiAta, arxasınca bismiOğul, dedi və birdən-birə davamını sanki unudub səsini xırp kəsdi, gözlərini döyə-döyə pərt-pərt ətrafa boylandı. eşitdiyindən sadəcə özü deyil,

Bu anda Qələm məğamın yetişdiyini anladı, batüşkəni şokdan çıxarmağ lazımdır və niyyətinə yetişmək məqsədilə əllərini ağzina tutub şagirdlik illərində olduğu kimi keşişin eşitməsi üçün pıçıldadı: Müqəddəs üçlük!

Batüşkə minnətdarlıqla Qələmə baxıb elə bil hamının arzuladığı sözü bəyan etdi, sıra-sıra qurduğu Ata-Oğulcümləsini Bismi... – və Ruh əvəzinə kəlməsini Nəvə sözüylə tamamladı, və dərhal iblisin dərin uçurumuna düşdüyünü duydu.

Eşitdiyindən sadəcə özü deyil, hətta arxasında duran rabbi də diksindi və geyri-iradi:

Rədd olsun bütlər! deyib xalis ərəbcə müqəddəs La-illah-ill-Allah kəlməsini bəyan etdi.

Və mat-mat ətrafa göz gəzdirib bu andaca anladı ki, onun bu sözləri indiki şəraitə heç uyğun deyil, ziddir, deyəsən söyüş-təhqir kimi səsləndi. Rabbini dəhşət bürüdü, hiss etdi ki, indicə dediyi İbrahim-Avraam cəmiyyətinin xeyrinə deyil, üçlüyə xələl gətirir, hətta yaranmış birliyi söküb dağıdır, ləğv edir.

Camaat dalğalandı, səs-küy qopdu, kimsə bağırdı, kimsə çığırdı:

Vay!.. Dəhşət!.. Provakasiya!..

Molla tez-tələsik tribunanı tərk etdi, yoxa çıxdı.

Keşiş... – demə, yalançı batüşkəymış: döşündəki zəncir arxaya sürüşüb xaçın yerini dəyişdi, libasının düyməsi qırıldı, açıq çiyinlərində iri üçulduz polkovnik poqonları göründü, hətta yapışqanı zəif olan saqqalı yanaqlarından sallandı.

Bu dəm Qələmin ətrafında toplaşanlar, cavanlaşmış keşişin özü də, girdə sifəti günəşə oxşar molla da, hətta rabbinin özü qəh-qəhə çəkib güldülər nə güldülər!..

Demə, məxsusi Qələm üçünmüş Qala meydanındakı bu tamaşalı oyun!

Yuxu səhnəsi dəyişdi: oliqarxla dəniz kənarında gəzişirdilər:

- Yoxsa bu kimi süjeti də yuxuya layiq bilirsən?

- Süjeti mən yox, yuxu qurdu.

Bic-bic gülümsündü:

- Yuxunun içində yuxu?

- Yuxular məni yaman yorur!

- Onda görmə, tərgit!.. Əlbəttə, söz azadlığı və sairə, şübhəsiz, bütün bunlar bizim, necə deyərlər, nailiyyətlərimizdir, amma bu kimi azadlığın da bir ölçüsü olmalıdır axı, hətta qadağan olunan apostrofu da yazılarında gördüm!

- Bəs mənim təşəbbüslərim?

- Bilirəm, rəhbərimizim vətənə qayıtması üçün çox çalışdın, görkəmli şəxslərin imzalarını topladın!.. Əks təqdirdə salardımmı səni yüksək rütbəli müşahidəçilər dəstəsinə?

- Yuxu kimi gəlir yadıma rəhbərimizin o tarixi gəzintisi!

- Ə, nə yuxu, nə tarix?!

- Hər halda... - oliqarx artıq Qələmi eşitmirdi: çoxdan bitmiş yuxu köhnə yuxusunu təzələdi.

Ərəb, latın və kiril hərflərin cızmaqarası

Ayaq saxladi: qəribədir, bu nadir evi ilk dəfə görürdü. Dəniz sahilində, uzun müddət çalışdığı binanın böyrünə. Elə bil yaxın binaları alçaltmaq üçün ucalırdı. Boyca Qız galasından da hündür idı.

Seçmə ağ mərmərdən hörülmüşdü.

Ev deyil – müdhiş bir rəsm əsəri ...

Elə bil göydə qeyri-insanlar, ilahi istedada malik usta-memarlar onu qurub məhz seyrə çıxan Harun bənzərli hökmdarı sevindirmək, heyrətləndirmək üçün gecəykən xəlvətcə yerə endirilmişdilər bu möcüzəni: Bax və fəxr et ki... – və sairə.

Şlyapası düşməsin deyə sağ əlilə onu saxlayıb başini yuxarıdan yuxarıya qaldırdı ki, evi büsbütün görə bilsin.

Buludlar göyə ucalan binani yalıya-yalıya keçir, bilmək olmazdı – sürətlə yeriyən buludlardımı, binadırmı?

Başı gicəlləndi, az galdı yıxılsın... Cəld iradəsini toplayıb rəhbər duruşuna qayıtdı və öz-özlüyündə etiraf etdi ki, bilməməzlik oyunu yetər, hər şeydən yaxşıca xəbərdardır, bu ev haqqında da məlumatlıdır, gəlini bu günlərdə ona memarlıq estetikasindan məhz bu evi nəzərdə tutaraq danışmışdı. Bəlkə gəzintinin lap özü də bu evdən ötrü təşkil olunmuşdu ki, binanı yaxından görə bilsin: təəccübləndin – bəsdir, keç mətləbə!

- Kimin evidir? – soruşdu. Sükut. – Bir daha təkrar edirəm: kimindir bu ev? - Di gəl bil, nə gizlənir bu sualın arxasında: adicə maraqmı? gəzəbmi? yoxsa fəxr nişanəsidir? tərif naminə soruşur? hamı əmindir ki, hər mətləbdən agahdır... Ətrafdakıların qorxudan doğan təəccübünü duydu – ağa-kölə oyunu artıq başlanmışdı!

- Niyə susursunuz? – dodagaltı gülümsündü, bir gözü mehriban, bir gözü sərt:

- Ola bilərmi ki, daha doğrusu mən heç cür təsəvvür edə bilmirəm ki, burada toplaşan seçmə adamlar arasında bu kimi gözəl, möhtəşəm evdən heç kimin xəbəri olmasın? - Saat əqrebinin hərəkəti istigamətdə, başını tərpətmədən, ətrafdakıları iti baxışıyla sezdi və gözlərini şəhər rəisinə dikib (həm merdir, həm də - bu heç kimdən gizli deyil – ştatdan kənar hamıya məlum olan şəxsin gəbrini qoruyandır: gec-tez köçəcəyik, yuxuda bəzən ölənlər diri kimi aramızda gəzir):

- Necə rəhbərsiniz ki, - dedi, şəhərimizin belə bir yaraşıqlı, paytaxtımızın gediş-gəliş magistral yollarında, demək olar onun lap göbəyində yerləşən binanın sahibindən xəbəriniz yoxdur? Biriniz dillənsənə!

Yenə sükut, amma bu dəfə qorxunc, tufan ərəfəli. - İndi ki, bu evin yiyəsi məlum deyil...

Bu dəm İsmipaşa rəhbəri qabagladi, qoymadı sözünü tamamlasın, çünki davamı dəhşətli səslənə bilərdi, astaca:

- Mənim evimdir, dedi.

- Sənin? Bəs niyə bizi intizarda saxlayıb susurdun?

- Səbəbi var.

- Açıq cavaba, etirafa nə kimi səbəb ola bilər?

- İcazə verin sonra deyim.

- Yox, sonra deyil, indicə de ki, hamı eşitsin! Bildiyimə görə qazetçi də var aramızda, yoxsa ağzına gələni uydurar, goy hamımızın eşitdiyi həqiqəti yazsın!

Oliqarx bal dolu baxışı ilə yalvarıcı tərzdə: - Ulu rəhbərimiz, dedi, xalqımızin baş ucalığı və sevimlisi bilir ki... – Sözünü kəsdi:

- Ay İsmipaşa, mənim bilib-bilmədiyimin məsələyə dəxili yoxdur, uzatma, mətləbə keç!

- Vaxtından əvvəl demək istəmirdim, ev də hələ hazır deyil.

- Bitirib toy-bayrama dəvət etmək istəyirdin yoxsa bizi?

- Bunu da planlaşdırırdım, amma... – Hamı nəfəsini dərib sükut içində diqqətlə nə deyəcəyini səbrsizliklə gözləyirdilər, mülk sahibləri üçün məsuliyyətli məğam idi, gərgin vəziyyət yaranmışdı, Allah eləsin – qəzəblənməsin rəhbər, var-yoxları bir anın içində...

- Niyə susdun? – Sualda qəzəbə oxşar nidalar eşidildi.

İsmipaşa bu dəm hiss elədi ki, ev əldən gedir və: – Arzum var, dedi, tələsdirirsiniz məni, qoymursunuz təntənəli dona geydirim istəyimi!.. – və başına

yağan güman etdiyi suallar axınının qarşısını almaq üçün dayanmadan

sözünü elə nadir tapıntıyla tamamladı ki, hamınin könlü açıldı, buludlar əridi, gün çıxdı: - İstəyirdim evi tikib qurtarandan sonra bəxş edəm Sizin nəvənizə!

Rəhbər bir anlığa çaşdı, özünü itirən kimi oldu – söhbətin bu kimi dönüşünü, beləcə nəticələnəcəyini heç cür təsəvvür etmirdi, gözləmirdi, niyyəti bam-başqaydi: gəzəb atına minib ifşa gılıncını gınından siyirib vəl-vələ salmaq istəyirdi toplaşanların canına, yağdıracağı cümlələr də artıq hazır idi, deyəcəkdi: - Bəsdirin camaatın nifrətinə səbəb olan bu içiboş binaları ucaltmanız! Milləti soymanız yetər!..

İndi isə vəziyyət tamamilə dəyişmişdi: bəxşiş söhbəti məsələni büsbütün dolaşdırmış, belə təklifdən sonra hədə-qorxu gülməli olardı.

Bəlkə hədiyyəni rədd edib evi dövlətin ixtiyarına buraxmaq? sərəncamına tapşırmaq?

Gənclər sarayı yaramaz, mədəniyyət ocağı da, hətta, mənasız görünsə belə, müxalifətə yaraşan binalardan dəlixana-qazamatı da fikirləşdi və nəticədə heç nəyi ifadə etməyən, içi boş çürük qoza oxşar bir cümlə qaçırdı agzından:

- Sonrası necə olacaq?

- Qoy hamı mənim bu arzumdan xəbərdar olsun! - deyib qaliblər baxışını Qələmə zillədi. – Əsla təriflənmək ücün deyil, sözümdən imtina etməmək naminə deyirəm!

- Bizim aramızda üzüdönüklük meyilləri özünü göstərəcəyinə inanmıram.

- Düz buyurdunuz, amma insan zəif məxluqdur. Üstəlik xəsisdir!

- Varlığa nə darlığ? – Və dediyinə qəzəbləndi, çaşqınlıği, görünür, keçməmişdi, dərhal sözünü dəyişdi: - Hər halda özünə tənqidi münasibətin tərifə layiqdir.

Bu anda binanın buludlardan sivrilib çıxan minarə qülləsində Qələm ərəb, latın və kiril hərflərindən hörülmüş qarmaqarışıq bir yazınin ilansayağı göyə uzandığını gördü – dərhal bunun yazı deyil, tərcüməyə ehtiyacı olan rəmzlər olduğunu, və bunların da gizli mənasını yalnız İlahi elçisi aça biləcəyini anladı, hərgah Qələm bizim bu diyarda, hətta bütün dünyada gizli olan sirr qalmadığına da emin idi: bax – gör, bax – heyrətlən, bax – bağır, bax – saçını yol, bax – başına kül səp.

Başayaq il

Qələm növbəti yazısının çap olunması ümidiylə Siyavuşdan: – Yazı qoymuşdum sənin üçün, gördünmü? – soruşdu.

– Ə, nə başayaq il?

– Yuxu ilə gercək qarışıq yazıdır.

– Yuxunu danış, gerçəklə işin olmasın.

Boz xəstəxana geyimində geniş və işıqlı salona çıxdım, masa arxasında oturan sarışın şəfqət bacısına yaxınlaşdım:

"Hardayam mən? – soruşdum.

"Bilməsəniz yaxşıdır, – dedi.

"Həftənin hansı günüdür?

Dinmədi.

"Hansı aydır? İldir?

"Sonra deyərik.

"Yeni minillik öz yerindəmi, yoxsa ləğv olunubmu?

"Vaxtında bilərsiniz.

"Bizim məclis paşamızın ilhesab təklifini bəyənildimi?

Qaş-gözünü oynatdı:

"Nə danışırsınız? İlhesab nədir?

"Bilmirsinizmi yoxsa? Yer üzündəki millətlərin ilhesabı müxtəlifdir, bu ayrı-seçgilik yalnız və yalnız məhəbbətə, eşqə bağlıdır.

"İşimə mane olursunuz.

"Dediyim çox vacibdir!

"Susmanız məsləhətdir.

"Kimdir məsləhətçim?

Dinmədi.

"Söhbət Allaha olan məhəbbətdən gedir, Ona bağlıdır ilhesabı!

"Allaha qurban olum!

"Andınız yersizdir!.. Amma eşidin və bilin: ilhesabı dünya yaranandan başlayır, yeddi min neçənci ildəyik indi. Musanı sevən yəhudilər beş min neçənci ildədilər. İsaya bağlı xaçpərəstlər illərini onun doğum günündən başlayır, müsəlmanlarınkı da məlumdur: Məkkədən Məhəmmədin qaçiş ayindan, səbəbi də məlum: qan qohumları öldürmək istəyirdilər peyğəmbəri!.. Bizdə də böyüklərimizə xalqımızın eşqi-məhəbbəti o qədər ucadır ki, nə göydə o ucalığa bərabər, türksayağı deyim, yıldız tapılar, nə də yerüzündə dağ, odur ki, biz də başayaq ilin iyulundan yeni ilhesabına keçirik, iyul ayı Dirçəliş, ya İntibah ayı olacaq!

Şəfqət bacısı gözlərini döyə-döyə, mat-mat mənə baxırdı, sanki dediklərimi ilk dəfə eşidirdi.

- Bəlkə, – soruşdum, – Bəh-Bəh'dən də xəbəriniz yoxdur?.. Bax, bu dəfə susmağınız, dinməməniz gərəkdir, soruşmayın kimdir Bəh-Bəh, yoxsa qovarlar sizi işdən!..

Demə zavallı qız hamıya məlum simanı əbədiləşdirmə məqsədiylə TeVe'nin qurduğu Dəyirmi masayığıncağından, mötəbər şəxslərin orada nə kimi əcaib rütbə təkliflərindən xəbərsiz idi!..

Ölməz? Dahi? Nadir?.. Tarix boyu çox deyilmiş bu sözlər çeynənilmiş, bakir səslənmirdi, çoxlarına aid etmək olar, – hamısı yekdilliklə rədd olundu.

Lap-Lap, Ən-Ən, Böyükdən Böyük təklifləri də kənara qoyuldu və nəticədə Lap-Lap'çılarla böyuk və uzun sürən mübahisədən sonra üstünlük hamını heyrətləndirən, dilin zənginliyini subut edən Bəh-Bəh'ə verildi: toplaşanlar ayağa qalxıb heç kimin gözləmədiyi bu adı təklif edən İsmipaşanı alqışladılar – həm sadə, həm də dərin mənalıdır, şirin və mehriban səslənir, sevinc və fərəh duyulur bu adda, deyirsən – doymursan:

Əhsən sənə, ay bu Bəh-Bəh'ın ixtiraçısı İsmipaşa!..

"Deyin görüm, xəstəlik zamanı yanıma gələn olmuşdumu? Atam-anam?

Təəcübləndi:

"Ata-ananız varmı?

"Bəs onda necə gələrdim bu dünyaya?

"Sizi bilmirəm, amma belələri olmuşdu.

"Atasız – hə, amma anasız!.. Unutmayın: mən peyğəmbər deyiləm!

Anasız cücə, atasız cücə... – Səsini kəsdim:

"Yetim deyiləm, inkubatordan çıxmamışam, bəsdir məni doladınız!

Şəfqət bacısı həyəcanla tibb cihazlarına baxdı, qan təzyiqimin xeyli artmasını və ürəyimin şiddətli döyüntüsünü gördü, tez-tələsik məni palataya saldı, və sakitləşim deyə mülayimcəsinə:

"Bəlkə də yanınıza gələn olmuşdur, – söylədi, – amma bizdə karantindir.

"Tibbi yoxsa siyasimi?

"Sizə əsəbləşmək olmaz! – və ard arda iki iynə vurdu qoluma və yanıma.

Dərhal yuxusuz yuxuya getdim...

Oyanıb Qələm özünü zirzəmisində gördu, Dəyirmi masaya aid xülasəsi yarımçıq qalmışdı, son cümləsini bir də oxuyanda tamamilə ayıldı – paşalardan birisi ulu sözünü uca sözünə calayıb dənizimizin neapolitan körfəzində ata-anamdan da mənə əziz olan öndərimizə amtrikalıların Azadlıq Abidəsindən də heykəlin ucaltmasını məsləhət gördü. Qələm yaxşı gonorar alacaq ümidi ilə xeyli işlədi, təəcüblənməlı də oldu, kədərləndi də, hətta aşıq kimi təgdim olunanın: O boyda kişinin ölümündən sonra bizim yaşamamiza dəyərmi?! sözlərini yazanda qusmağı gəldi.

Bəh-Bəh'ə çatanda isə... – Qələmi güclü alergiya tutdu, bərkdən öskürdü, ardı-arası kəsilməyən elə bir asqırıq başlandı ki, zirzəmi pəncərəsi titrədi, az gala şüşələr çilik-çilik olacaqdı.

Havada atipik qrip epidemiyasının yayılması duyuldu... – yox, bu ötən il olmuşdur, indiki asqırıq donuz grip epidemiyasına aid ola bilərdi.

Yoldan keçənlər təşviş içində səmtlərini dəyişib küçəni tərk etdilər.

Amma xalq misalında olan avam camaat təbiət viruslarının dövlət sistemilə yarışmasından ve bu yarişin gizli şərtlərindən xəbərsiz idi: kim millətin belini tez sındıra biləcək!.. Şəhər-dövlət əhalisi yarışın sistemin xeyrinə olacağını, tezliklə sistemin qələbəsi ilə nəticələnəcəyini bilmirdi, odur ki, qrip uzun sürməyəcəkdi, ömrü qısa idi.

Qələm Siyavuşdan: - Yuxuma ad tapdınmı? – soruşdu.

- Həm yuxuna ad tapdım, həm də yuxuna bağlı düşüncələrinə... Adını Allah göstərməsin! qoyaq, mötərizədə də:Keçmiş olsun Qələmin xəstəliyi! yazaq.

Dərhal oxucu məktubu gəldi, olumlu – olumsuz, yəni, müsbət və mənfi mənalar arasında savad-bilik sahibi ciddi ziddiyət tapmışdı yazıda: bir tərəfdən deyirsiniz göstərməsin, yəni olmasın, o biri tərəfdən isə – keçmiş olsun.

Ay səni çoxbilmiş oxucu!..

P.S. Səhvi oxucu deyil – primitiv düşünən kompüter tapmişdi.

Yuxuya ilişən gerçək

Hamımızın sevimlisi və dillər əzbəri Bəh-Bəh vaxtilə nişanlı-tapançalı orta rütbəli məmur idi, işi-peşəsi də yuxarılarda fırfıra kimi fırlanan kreslolardakı birinci şəxsləri camaatın gizli düşüncə, arzu və duyqularından xəbər verən məxfi məlumatlarla təmin etmək idi: qoy, əhalinin onlara olan nifrətinin dərəcəsindən xəbərli olsunlar, bədəbəddə bilməmişik deməsinlər.

Bəh-Bəh'in başqalarından yalnız və yalnız bircə fərqi vardı – adı apostrofluydu: Qey'al, ətrafdakılar ona Qəl al da deyirdilər, bəzən çaşıb Cəlal da, hətta məhəllə uşaqlarınin Cığal dedikləri da olmuşdu – oyun qaydalarını pozmaqdan həzz alırdı, oyunçular arasında intriqa salmağı yaman xoşlayırdı.

Amma tək-tük adam onun bu əcaib adının kökünün yunan pəhlivanı (H)Qerakla bağlı olduğunu bilirdi (indi bilənlər də qalmayıb). Pəhlivan görkəmli atası bu adı qızıl ordu komissarından eşitmişdi: Ey, Qerakl, - deyə ona müraciət etdi, elə bildi qonşusu Arakeli səsləyir... Sonra adın mənasını öyrəndi, xoşuna gəldi, oğlu üçün saxladı, lakin yanlış tələffüzü nəticəsində - və Arakel kimi səslənməsin deyə (qonşusu komissarı dilə tutub onunla birgə tərk etdi bu yerləri, çox-çox sonralar marşal rütbəsini qazandı) - bu ad Qeyal kimi eşidilib doğum dəftərinə yazıldı.

Qələmin yuxusunda gördüyü maraqlı mənzərədir: apostrof Qələmin ətrafında canlı-canlı oynaya-oynaya həm eninə-geninə, həm də uzununa böyüyür, ətə-qana dolur, şişmanlaşırdı. Nəhayət günlərin bir günü apostrofun fiqurlu pirueti nəticəsində dartılıb ucalan ulduz nişanları ilə bəzənmiş bu ad yuxarılara təqdim olundu: demə, dəvədən böyük fil də varmış!

İndi büsbütün unudulmuş bu şəxsin adı heç bir dilə tərcümə olunmaz LİBre idi. Və həmən bu fil dediyimiz şəxsə uçuşda olan quşa bənzər, boyca kiçik, lakin vacib bir strateji ərazidə birincilər sırasında durmağa qadir iki namizəd təqdim olundu, adlar təbii ki, yoxsa unutmusunuzmu? rusca yazılmışdı: birinci namizəd Княз idi (şeirpərəst atasi Niyaz qafiyə xətrinə oğlunun adınıKnyaz qoymuşdu), ikincisi isə – Qey'al.

LİBre Knyaz'ın adında çox-çox xoşladığı myaqkiy znak deyilən hərfi görməyib gözlərini döyə-döyə mat-məəttəl yazıya baxdı: belə bir vacib sənəddə səhvin olması onu təəcübləndirdi, yağlı töhmət alacaq bu səhvə yol verən məmur!..

Lakin mülayim təbiətinə sadiq LİBre heç də qəzəblənmədi, qızıl qələmiylə qara ləkəyə bənzər hərflə səhvi düzəltdi və beləliklə ad qıfıllandı.

Sonra zəngi basıb qeneral poqonlu köməkçisini çagırdı, adı Qunn idi, qoy baxsın, görsün, nəticə çıxarsın. Qunn məsələnin nə yerdə olduğunu dərhal duyub, arifliyini göstərdi, sanki əvvəlcədən belə olacağını bilirmiş: tuzemslər, yəni, geridə qalmış millətlər, dedi, dillərində sözləri yumşaldıb mülayimləşdirən bu seçmə hərfdən məhrumdular, odur ki... - əllərilə nəsə göstərib susdu və beləliklə nədənsə xoşlamadığı (?), hətta arzulamadığı (!) bu namizədə öz münasibətini bildirdi.

Çoxdan bəri qələmi əlində tutmayan LİBre nə isə yazmaq istədi, və bu dəm diqqətini o birisinin adındakı apostrof cəlb etdi, acığı tutdu nədənsə, əsəbiləşdi hətta, dərhal qələmin iti ucuyla vergülə oxşar işarəni sərt və çəpəki pozdu, elə bil göyə uçurtdu.

Sonra bir müddət donub fikrə getdi, o ada baxdı, bu ada göz qoydu... Qunn baş generalın əmrinə müntəzir, lal-dinməz dursa da, həmən bu ikinci namizədi seçdiyindən (!?) ovsunçu qözünü sehirli kağızdan çəkmirdi – və nəhayət LİBre dilləndi:

- Knyaz adlı şəxs, dedi, bizim proletar sıralarımıza xələl gətirə bilər, zəhmətkeş xalgın ruhuna ziddir, – Qunn başı ilə LİBre'nin dediklərini təsdiqləyirdi, – şərq ölkələrinin birinə səfir göndərrik, qoy işləsin. Hambal ailəsindən olan isə, –hambal sözünü yadına Qunn salmışdı, – məhz bizim adamdır... – və çox-çox qiymətli imzası ilə bu adı təsdiglədi.

Başayaq ilin qızmar yayında olmuş yuxuvari əhvalatdır.

Həmən ildə, həmən ayda daha iki hadisə baş verdi: millətin xeyrinə dünyaya iki oğlan uşağı gəldi – birisi Qələm, o birisi –Qeyal'ın dogmaca oğlu, adı da – öz adının güzgülü əksi Layeq, parlaq gələcəyə qadir yəni ki... Yrəyindən elə bil tikan çıxartdılar: heç bir məna daşımayan öz adı oğlunun adında mənalaşdı.

Köhnə yuxunun qırıntıları qercək havada uçurdu:

Qələm çocuqluq çağından Qeyal adını tez-tez eşidir, təbii ki, onu yuxusunda görurdu - o, gülərüzlü baxışını Qələmdən çəkmir, Qələm isə mehribancasına onu dinləyir, dediklərilə tam razılaşırdı; yox, o zamankı məhəbbət dolu duyğularını indiki Qələm heç cür ifadə edə bilməyəcək:

- Yadınızdamı? Siz evimizə gəldiniz, otağımızda elə bil gün çıxdı, aləm işıqlandı. Mənə yaxınlaşıb əlinizi uzatdınız, isti ovcunuz həyəcandan donmuş əlimi isindirdi:

- Böyük adam olacaqsan! - dediniz, mən isə Sizin belə doğma baxışınızı görcək ruhlandım:

- Sizin kimimi? soruşdüm, Siz isə:

- Məndən də uca! - dediniz və mənim təəccübləndiyimi görüb söhbətimizi zarafata çevirdiniz: - Mənim kimisi,dediniz, bir daha bu dünyaya gəlməyəcək! Mən təkrarolunmazam, nadirəm!..

Qəh-qəhə çəkib güldünüz, nadir sözünü mən ad bildim, etiraz etmək istədim:

- Adınızı dəyişməyin, dedim, çünki... – sözümü tamamlamağa qoymadınız:

- Hansı adımı deyirsən? Adım bir deyil, üç deyil... Yoxsa son adımdan xəbərsizsən?

- Bəh-Bəh'i deyirsiniz?

- Afərin, dedi, bilirsən!

- İndi bilirəm, o zamanlar məktəbdəki son buraxılış yazımda vurgun olduğum adınızı gözəl və rəngarəng qafiyələrlə bəzəyib alqışlamışdım:

"Daima bizimlə ol! Daima bizimlə qal! Ey ulular ulusu, dillər əzbəri Qeyal!.."

Gözlərinizi bərəltiniz: - Apostrofu unutma! – dediniz.

Yox, qəzəb deyil, adicə naratçılıqdan doğdu onun bu etirazı: vaxtilə adına bol-bol alqışlı təriflər söyləmişLİBre'nin acığı tuta bilərdi, halbuki artıq yalnız Qələmin yuxusunda yaşayan nə Qeyal sağ idi, nə də LİBre.

Qeyal'ın narahatçılığı Qələmə də keçdi – indicə onun şərəfinə söylədiyi öz şerindən (görəsən hansı arxivdə gizlənir onun bu cızma-qarası?) ürəyi sancdı: sözlər artıq deyilmiş, yazılmışdı.

Elə yuxudaca Qələm sözlərin qızıl suya salınmış rəngini barmaqları ilə silməyə çalışdı, ha əlləşdisə - poza bilmədi.

Qulağında milçək vızıltısı kimi hardasa oxudugu iki misra səslənirdi:

Demə hər yetənə:

Dağ! Dağ!

Çəkdilər vətənə dağ, dağ!..

Qonorarlı yuxu

Sorğu-suala çəkdilər Qələmi. Mərkəzdə ucalan adsız-rəqəmsiz binanın bomboş otağında – guya nəyəsə cavabdehdir, atalar demişkən, qul günahsız olmaz!

- Mənəm qul?! – coşdu, dərhal ağzından vurub yerində oturtdular:

- Yığışdır özünü!

Susdu: demə, o da zarafat imiş, bu da.

Qələmin yuxularına bağlı və qovluğda-dosyedə də yuxu kimi nömrələnən bu kimi istintaqvari sorqu-suallar tez-tez təkrarlanacaq. Görüşdən görüşə Qələm mərtəbə-mərtəbə qalxaraq könülaçan mənzərələr görəcəkdi. Və taa iyirmi neçənci qata çatıb... – indi yeri deyil, sonraya qalsın, bilməsə yaxşıdır.

Birdən Qələmin ağzından qonorar sözü çıxdı, guya... – deyib susdu.

Rütbəli məmur: - Guya nə? – soruşdu.

- Söhbətimizə dəxli olmayan mətləbdir.

- Hər halda maraqlıdır.

- Bilmirsiniz yoxsa: yuxularım pulludur!

- Kimin cibindən? Qəzet sahibininmi?

- Əşi, onda pul nə gəzir, bir həsirdir, bir məmmədnəsir.

- Bəs onda kimdir yuxuların xərcini çəkən bu bəxtəvər?

- Lap yerində işlətdiniz”bəxtəvəri”: cibi dolu KeQeBe! Yox, dilim öyrəşdiyindən çaşdım: SeeRU'dur yuxumu maaşlandıran!

- Yaxşı, zarafat yeri deyil, artıq-əksik danışma!..

Desinmi kimdən almışdı bu qonorarı? Bunu eşitsə - dərhal Qələmdən nəinki əl çəkər, hətta bağrına basar!..

Bəh-Bəhı arvadı ilə gördü: dünyalarını çoxdan dəyişmiş ikisi də sağ-salamat idi. Qələm belə şeylərə daha heç yuxuda da təəccüblənmirdi.

Evlərində qonaqdır, bu da Qələm üçün təbiidir.

Qayğıkeşdilər, Bəh-Bəh mehribancasına Qələmə baxırdı, eləbil onların əziz-xələfiymiş. Qələm də bu doğma münasibətdən ürəklənir, sevinc dolu üzünü Bəh-Bəhə tutub ərknən: - Məlumatlısınız, - deyir, - yəqin ki, bilməməmiş olmazsınız, camaat hagginizda nələr uydurur, nə kimi gerçəyə oxşar yalanlara əl atır!.. Misal? Desəm, inciməzsiniz?

- İndiki başladın, de.

- Misal üçün, - və indicə, bu anda ağlına gələni dedi, - burnunuzun əyriliyi barədə!

- Səninki, - zarafata saldı Bəh-Bəh, - mənimkindən də əyridir!

Yox, nəsə ciddi bir şey deməlidir:

- Guya baxışınız sehrlidir, üzdə bir cürdür, - ehtiyatlı olmaq lazımdır: qəzəblənə bilər, - əslində isə məkr doludur! – və ardınca: - Amma inciməyin, qoy nə deyirlər desinlər, hər halda, hətta bu kimi iftiralarda da Siz əzəmətlisiniz, böyüksünüz... - və bir anlığa susandan sonra: - Mənim yaşıdımdan fərqli olaraq!.. Şübhəsiz, bilirsiniz kimi nəzərdə tuturam, onun haqqındakı anekdotlar.. – Bəh-Bəh Qələmin sözünü kəsdi:

- Bilirəm, xəbərim var, qanımı qaraltma! Əfsus, - arvadı da eşidir, ərinin dediklərilə razılaşır, - kədərləndirir bizi sənin, - və elə bir söz işlətdi ki, Qələm çaşdı, - qardaşın!

- Bəs onun yüksək vəzifəsi?!

- Neynəmək olardı? Məcburdum ona bir iş tapam, qoy başı qarışsın, bunu etiraf etməliyəm, həqiqəti heç cür dana bilmərəm, sən də bizimkimizsən, səndən nə gizli? Yamanca narahat edir bizi, - əlini arvadına tərəf uzatdı, -oğlumuz, - bir daha Qələmi təəccübləndirən sözü işlətdi, - sənin qardaşın!

- Bəsdir, - arvadı deyir, - yorma qonağımızı, сavan oğlandır!.. – mətbəxə keçir, qonaqpərvərliyini göstərir, masaya meyvə gəlir, çay gəlir, balaca billur vazalarda gilas, zogal, əncil mürəbbələri. Qızı da burdadır, anasına kömək edir, hərəkətləri cəld, oynaq, çalışqandır, gözlərindən sevinc yağır, sankı Qələmə vurğundur, - hə, bütün qızlar,anasının dediyi sözləri xatırlayır, səndən ötrü əldən-ayaqdan qedirlər! guya nişanlıdılar onunla, Qələmin xoşu olsa da, qəlbində nə isə buna ziddir - qız beş yaş ondan böyükdür!..

Bəh-Bəh arvadına və qızına tapşırır: qonağı layiqincə ötürsünlər.

Onun qara çantasını gətirirlər.

Qələm utandığndan yerə girməyə hazırdır: onun sürtülmüş, çoxdan bəri təmizlənməyən çantasının içindən nələr səpilmir masaya!.. Qurumuş çörək-pendir tikələri, kağız-kuğuz qırıntıları, zirzəmi açarı!.. Boşaldılmış çantaya nəsə kağıza bürülmüş, vişlə sarınmış qalın, ağırlığı aralıdan duyulan sanballı bir bağlama, üstündən plastmas qutularda yemək, meyvə şirəsi, selofanın içində həm ağ, həm qara çörək...

Qələmin fikri bağlama ətrafında fırlanırdı, nədənsə onun görünüşündən yəqin etmişdi ki, içidolu puldur, özü də manat yox, çünki manatın çəkisi yüngüldür.

Budur – artıq taksidədir , evinə tələsir və dözə bilməyib çantasını açır, ört məni, pıçıldayır rəfiqəsinə, sürücü görməsin, çantasından bağlamanı çıxardır, barmağı ilə kağızın ucunu cırır... – dollar, özü də nə qədər!!!

Anası Qələmə rişxəndlə: - Niyə yoza bilmirsən? – demişdi. – Yuxuların üçün aldığın qonorardır! Əslində isə, - ciddi tərzdə, - sadəcə rüşvətdir!

- Yuxu görməyim üçün?

- Birdəfəlik susmağın, agzını möhürləməyin üçün!

Qələm unudub, yadında deyil: danışdımı məmura yuxusunu?

- Yuxularım, - dedi, - ambidekstrin şüuraltı oyunlarıdır!

- Kimdir o ambidekstr? – soruşdu.

- Mənim onlardan olduğumu yoxsa bilmirsiniz?.. Aha, duydum nə fikirləşdiniz haqqımda!.. Yox, mən siz düşünənlərdən deyiləm!.. Yəni asanca həm sol əlimlə yazmağı bacarıram, həm də sağ, sözün qısası, sağəlli solaxayam, belələrinə də ambidekstr deyirlər.

Çaşqın baxışlarını Qələmə zillədi – onu daha da çaşdırmaq istədi:

- Yəqin ki, - dedi, - Freyd haqqında eşitmiş olarsınız.

- O kimdir? – bu dəfə rütbəli məmur bic-bic ona baxdı, bunu da Qələm sorğuçunun avamlığına yozdu: bilməməzliyini bu cür gizlətməyə çalışır.

Amma təəssüf: rütbəli məmur haqqında yanıldığını Qələm indi deyil, çox gec anladı, elə bilirdi çuşkadır... – çuşkalığına həqiqətən çuşka idi, amma savadlılarından.

- Freyd, - dedi, - qəti tapşırmışdı: yuxunuzu heç kimə danışmayın, bu – təhlükəlidir! Bilirsinizmi niyə? – Bunu məmur həqıqətən bilmirdi, hətta Qələmin özü də təzəcə eşitmişdi. - Çünki, - demişdi Freyd, - hakimiyyətə freydistlər gələ bilər...

Millətlər təşkilatınin hədiyyəsi

Qələmin qolunda BeeMTe'nın qirmızı sarığı, amma başında göy kaska deyil – adicə gara yun şapkadır, üstündə də ağ rəngli təhlükə rəmzi olan şəkil:

qorxunc kəllə və iki xaçvari şümük, yəni toxunmaq qadağandır.

Müşahidəçi kimi cəlb olunub, həm də nizam-intizama baxır : beynəlxalq dairələr dünyanı bezdirən ölkələrdə referendum keçirməyi lazım bilib, Türküstan da dünyanı çoxdan bezdirənlərin içində. Siyahıda uzun zamandır aşağıdan beşinci yerdədir, qonşusundan bircə pillə yuxarıda, bu da türkləri çox-çox sevindirir – o türkləri yooox, bu türkləri nəzərdə tut, ey yuxu görən!..

Yox, bu nə referendumdur, nə də seçki.

Heç siyahıya alınmağa da oxşamır, elə şeylər olsaydı gələn tapılmazdı, bezib camaat, bu qədər adam toplaşmazdı!

Demə, tarixdə indiyədək analoqu olmayan [Bizimkilərin sino getdikləri ifadə! – Ç.H.] yenilikdir, qeyri-adi təşəbbüsdür: hər kəs yaşamaq istədiyi ölkəni, həm də milliyyətini özü könüllü seçə bilər - sehirli qapı ağzında uzun növbədə səbrlə dur və istəyinə nail ol!..

Camaat çaşıb galıb, bilmir kimin dediyinə inansın, guya ölkədə başına hava gələnlərin sayı gündən günə artmaqdadır, azadlığın, insan haqqının nə olduğunu bilən yox dərəcəsindədir, rüşvəti hörmət, qaphaqapı normal sayanlar da azalmır...

Yuxuda kimsə Qələmin qulağına təkidlə hey pıçıldayırdı: Vur başına (kimin?) qapazı – al çörəyini!..

Pro və kontra yazılar divarları ləkələmiş, ayaqlar altında taptalanırdı.

Hay-küyçü vətənpərvərlər bar-bar bağırırdılar:

- Ay haray, hamı vətəni tərk etsə, bəs kim otaracaq qoyn-quzularımızı (!?),ayıdan-canavardan (?!) bizi kim qoruyacaq?

Nə qoyun? Nə canavar? Ayılar artıq təlxəyə çevrilib. Qoyunların mələşməsi yuxuda eşidilsə də ruhlarını, vücudunu şəhər-obalarda fağır-füqarə əhaliyə çoxdan tapşırıb yoxa çıxmış. O ki qaldı canavarlara... - ikiayaqlı yırtıcılarin vəhşiliyindən qorxub tir-tir əsə-əsə biri-birini yeyib qeyb olmuşdular, və bu hadisə kütləvi intihar adı ilə tarixi dərsliklərə düşmüşdü.

- Vətən dediyiniz bu diyar... – ağız deyəni qulaq eşitmirdi.

Sol-sağçıların arasında sədd kimi duran kaskalı BMT əskərləri anlamadıqları söyüş-təhqirləri lal-dinməz eşidir, qoymurdu üz-üzə gəlib dalaşsınlar. Hətta tez-tez eşitdikləri beynəlxalq sözlər-söyüşlər də - misal üçün eşşək-işak – onları əsla diksindirmirdi.

Qələm narahat idi: seçmə ölkələr kvotayla əlaqədar əldən gedə bilərdi!.. Ardı-arası kəsilməyən daxili pıçıltılar da həyəcanını artırırdı: Nə durmusan? Keç içəri, istədiyinə nail ol!

Bəxtləri gətirənlər üzlərində sevinc, yeni aldıqları sənədlərini hamıya göstərə-göstərə möcüzəli evdən çıxır, və dərhal qəzetçilər onları yaxalayır, sorğu-suala tuturdular: Ölkəniz hansı? Millətiniz nə?

Budur – Nərgiz!.. Qələmə sarı tələsir... Lakin bu dəm kimsə onun yolunu kəsir:

- Rədd ol! – deyir qıza və Qələmə sarı cumub yaxasıdan tutur: - Ay qoduğ, heç utanmirsan? Bu nə hərəkətdir? Ə, de görüm kimin tapşırığı ilə mənim ideyamı oğurlayıb mənimsəmisən?

Dərhal Ziya-müəllımı tanıdı: zavallı faciəli ölümündən, evinin yanındaca üç gullə qurbanı olduğundan xəbərsiz idi!.. Amma Qələm bunu deməyəcək, qoy bilməsin:

- Mən ki... – Ziya sözünü kəsdi:

- Heç gözləməzdim səndən bu hərəkəti!

- Nə olub, Ziya-müəllim? Nədir mənim günahım?

- Yaxşı ki, adımı unutmamısan!.. kim olub ilk dəfə ölkə-millət dəyişmə ideyasını ortaya atan? Çiyinlərini çəkmə! Men idim o şəxs!

Yadına düşdü! Düzü, bunu heç vaxt unutmamışdı – məhz Ziya-müəllım tribunaya çıxıb: - Ey nadan gara kütlə! – deyə bağırmışdı. - Ey zavallı millət! Budur mənim alqışlı vərəsə referendumuna cavabım: bu millətdən olmaq istəmirəm! Rüşvətxor yırtıcıların idarə etdiyi dövətin vətəndaşlığından imtina edirəm! Anamin millətinə keçib rus oluram!.. - və cibindən çıxardığı pasportu məclisdə oturanların üstünə tulladı.

Halbuki əvvəlcədən xəbərdarlıq etmişdi, özünün bu kimi kəskin qəzəb dolu sözlərini tək-tük, ona-buna deyil, camaatin içində, birbaşa, cox-cox hörmət etdiyi referendum icraçısının şəxsən özünə demişdi:

- Bu nə oyundur? Yoxsa agzında süd iyi gələn varisinə qul etmək istəyirsən bizi?! – bütün Türküstanda padşah misalında olan Bəh-Bəhə sən deyən yeganə adam idi Ziya-müəllim [Qələm, görünür, Bunyatovu nəzərdə tutur. – Ç.H.]!.. –Xasiyyətimi yaxşı bilirsən: pozaram sənin vərəsə planlarını!..

O andaca şaiyə yaydılar: guya Ziyanın özu varis olmag istəyirmiş!..

İndi isə Qələmdən əl çəkmirdi:

- De də, niyə susmusan? De ki, birincı mən idim! Mən bu millətdən olmaq istəmədiyimi təntənəli bildirdim!.. Qorxursan yoxsa? İndi ki, lalsan – onda özüm deyərəm!

Növbəni bıçag kimi yarıb, bir anda yox oldu...

Yorğan-döşək tər içində idi. Qələm yarıyuxulu durub yaş köynəyini dəyişdi, külək örtdüyü pəncərəni taybatay açdı, sərin hava nəfəsini təzələdi... Sübh çağı idi, vaxt var – azca da olsa, yata bilər... – röya-yuxu qarışıq yorucu mənzərələr axını alıb apardı Qələmi...

Ağıza atılan güllə

Nərgiz Qələmə yaxınlaşdı, sifətindən zəhər yağırdı: - Kim idi məni itələyib keçən o nadan? Niyə saxlamadin onu? Heç dillənmədin?!

- Ayıbdır, haray-həşir salma, de görüm... – Qoymadı sözünü tamamlasın:

- Yox, əvvəl sualıma cavab ver!

- Tanımadın?

- Kim olur olsun, nə fərqi? Görmədin necə soxuldu içəri? Niyə yolunu kəsmədin?!

- Narahat olma: ordakılar ölmüş olduğunu bilirlər.

Təbii, Nərgiz təəcüblənmədi və dərhal sakitləşdi:

- Amma naxalın kim olduğunu demədin!

Qələm acıqlandı:

-Anlamadın? qəhrəmandır! akademikdir! nadir şəxsiyyətdir!..

- Sakit deyə bilməzsən, nə coşursan?

- Ölü olduğunu duymadın?

- Bəsdir qorxutdun məni!.. De, qurtaraq!

Bilmədi: danışa bildi ya yox, amma demək istədiyini Nərgizə çatdıra biləcəyinə əmin idi.

Əmin idi ki, Nərgiz hər şeydən xəbərdardır, hər halda bu haqda tarix dərsliklərində var: ötən müharibənin qızğın çağı... Ziyanın dəstəsi öldü var – döndü yox əmrinə tabe əsas qüvvələrin gəlişinədək vacib yüksəkliyi qoruyub saxlaya bilmişdi.

Böyuk dəstədən iki-üç nəfər sağ qalmışdı.

General ayaq üstə qan-tər içində zorla dayanan yaralı əskərlərə yaxınlaşıb minnətdarlığını bildirdı, hər birini şəxsi sərəncamındakı ordenlərlə mükafatlandırdı, Ziyaya çatanda isə: - Təəsüf ki, dedi, sizə verəcək ordenim yoxdur!..

- Necə-necə?! – rus dili iti olan Ziya coşdu, nə coşdu!.. - Hamıya orden, mənə isə x...?! – və cürə-bəcürə söyüşlər sel kimi generalın başına dəyib dağı-meşəni aşdı, düzü-təpəni keçdi, mərkəzə çatıb Kremlə tuşlandı, söyüşün zərbəsindən qırmızı kərpiçli divar az qala uçacaqdı.

General bir müddət dinmədi, dözdü, sonra isə: - Sözümün məğzini duymadın, dedi, mənim qutumda sənin igidliyinə layiq nişan yoxdur!..

Həftə-ay keçməmiş Ziyanin döşündə sonralar ona geniş yollar açan qəhrəman Ulduzu parladı.

- Ziya müəllimin nadirliyi... – Nərgiz Qələmin nə demək istədiyini duyub, onun sözünü tamamladı:

- Ziya müəllimin Bəh-Bəhə “sən” deyən yeganə şəxs olduğunu hamı bilirdi!

- Bəh-Bəh də səbrini toplayıb cınqırını çıxarmırdı. Misri qılıncı pambığa dönürdü əlində. Gizli bir sirr vardı onun bu dözümündə. Amma səbrin də geci-tezi var. Hər halda uzun müddət bilmirdi nə cür kəssin onun zəhər dolu dilini!.. Ziya da hey ağzından gələni döşüyürdü Bəh-Bəhin başına, bolluca tikanlı sözlər yedirdirdi ona: "Səbəbli-səbəbsiz,deyirdi, elə hey tank kimi itələyirsən, zorla çəkirsən irəli əziz xələfini!.. Kirisənə, ay bizim ulumuz?!"

Yuxu sanki pencəyinin alt cibinə gizlincə taxılmış qaraca siçana oxşar həm mikrofon, həm də diktofon idi, uzaqdan uzağa, məsafə-zaman bilmədən eşitdiyini-gördüyünü sürətlə yazırdı.

Günlərin bir günü, kimsəsiz bir küçədə Ziya arxadan kürəyini yandıran ağır bir pıçıltı eşitdi, xəbərdarlıq idi:

- Ağzin güllə sorağındadır!

Geri boylandı – heç kimi görmədi...

Eşitdiyi kimi də oldu: üç güllənin ikisini köksündən vurdu, biri də ağzına tuşlandı...

Qələmə hücum çəkən Ziya-müəllimin çənəsi azca əyilmişdi – Qələm güllənin izi olduğunu dərhal anladı, bunu Nərgizə də dedi: - Görürsən? O dünyada da acı dilindən dönmədi ki, dönmədi!

- SOPUUŞ? Nə əcayib söz işlətdin?

Qələm Siyavuşun bilməməzliyinə təəccüblənsə də, üz vurmadı: - Söz deyil, - söylədi, - qapalı idarənin adının rus dilindəki abbreviaturudur.

- Aha, yadıma düşdü, SOP, Спеcотряд по Oсобым Поручениям, bəs UUŞ nə deməkdir? Öz dilimizdə qarşılığı yoxdur?

- Var, amma çox biədəb səslənir, utanıram deyəm.

- Deyə bilmirsənsə yaz! – Qələmə sarı kağız uzatdı.

- Yazmağa da qələm çətinlik çəkir.

- Kim kimə tabedir: sənmi qələmə, qələmmi sənə?

- İkimiz də, bildiyin kimi, qələmik... Mətləbdən uzaqlaşdırma məni!

- Yəni deyirsən həmən bu SOPUUŞun işidir? Nə? Ziyanin qətli onun öz gündəlıyındə əks olunub?!

- Ziyanın yox, caninin gündəliyində!

- Tarixdə görünməyən yenilik: gündəlik yazan cani!

- Ali hüquq təhsilli! Cibində qirmizi diplomu olan!

- Guya bilmirsən necə alınır belə diplomlar?.. Madam ki, caninin adı məlumdur, əminəm İnterpol gec-tez onu tapacaq!

- Gözlə ha!

- Yoxsa inanmırsan?

- Yer üzündə tam uydurulmuş bir adamı tapmaq mümkün olan şeydirmi?!

... Nərgiz yavaş-yavaş özünə gəlirdi.

Sevincini təkrar bildirdi: norveçləri seçdiyindən tam razı idi:

- Sənə yaxın olum deyə! Sən ki, İngiltərəni seçmisən, eləmi?

- Bir dəfə seçmişdim, baş tutmadı, bəxtim gətirmədi.

- BBS-ni deyirsən?

- Yox, BBS-yə ezamiyətim faydalı və fərəhliydi, onda bəxtim gətirmişdi. Dediyim kraliçaya aiddir, sonra danışaram.

- Sonrası olacaqmı?

İkisi də gerçək bildikləri yuxu qapısından çıxıb yuxu bildikləri bir aləmə düşdülər… -

Fiasko

Qələm Nərgizə İngilis kraliçəsilə bağlı yuxusunu danışır: Məni ər seçmişdi özünə kraliçə!..

Nərgiz: - Nənəm yaşında? – soruşur. – Özü də əri ola-ola!..

- Nə ər? Nə yaş? Cavanca və ərsiz olduğunu bilmirsən bəyəm?..

Londona nə cür gəldiyim yadımda deyil: özümü Trafalqar meydanında gördum, camaat dalğalanır, az qala üsyan qopacaq, çığırtı-bağırtı içində: “Rədd olsun yadlar!” - eşitdim, dərhal bu etirazın mənə aid olduğunu duydum, məni görüb tanımasınlar deyə papağımı gözlərimin üstünə çəkdim.

Və birdən meydandakı Milli qalereyanin divarına vurulmuş ev boyda böyük bir televizor işıqlandı, hamı səslərini xırp kəsid baxışlarını ekrana zillədilər.

İndicə televizorda evlənmə mərasimi nümayiş etdiriləcəyi xəbəri qulağıma dəydi!..

Bəs mən niyə burda durmuşam?!

Kiməm mən indi?..

Demə Lordlar palatası parlamentin ər kimi bəyənilən yabançı namizədə aid qərarını indicə rədd etmiş, kraliçəyə özününkülərdən ər tapmışlar!..

Budur – mənə qalib gəlmiş arıq, ucaboy və məndən xeyli yaşlı bir şəxs kraliçə qarşısında diz üstə çökür, onun yerlə sürünən ipək paltarının ətəyini azca qaldırıb təntənəli şəkildə – sanki qadın geyimi deyil, dövlətin rəmzi olan bayraqdır – dodağına yapışdırır, öpür... - sürəkli alqışlar.

Sonra ayağa qalxıb qürurla mikrofona yaxınlaşır, nitq söyləyir... Bu dərəcədə səviyyəsiz olduğunu heç təsəvvür etməzdim!..

Nərgiz: - Az təriflə özünü! - Qələmin sözünü kəsdi.

- Deyim, qulaq as, onun məntiqsiz ifadələrindən özün nəticə çıxart!

- Bəlkə qısqanırsan?

- Ola bilsin, amma onun söylədiklərinin cəfəngiyyat olduğunu sübut etmək üçün yadımda qalan bircə kəlməsi kifayətdir.

“Mənim, - elan edir, - kraliçəyə olan sədaqətim dünyanın inkişafına xidmət və yardım deməkdir! Məzlum xalgların, ilk növbədə türk millətlərinin azadlığı uğrunda vuruşmaq deməkdir!” - sürəkli alqışlar.

Televizora yana-yana baxır, acı vəziyyətimi düşünürdüm... Görünür qayıtmalıyam... Birdən məni dəhşət bürüdü: cibim boşdur – geriyə necə dönəcəyəm?

Təşviş-vahimə içində yanımdakılara müraciət edirəm, axı, aldanmışam!.. Uğursuz gəlişimdən deyirəm... Ucaboy enlikürək seçmə qvardiyaçılar kim olduğumu bilib təhlükəsizliyim naminə məni mühasirəyə alırlar və onların böyükləri vəziyyətimə acıyıb, figurlu kaskasını yolçu papağına çevirir, əlində tutub camaatdan mənim üçün yolpulu yığmağa başlayır...

- Belə bir risq? Qovarlar ki, onu işdən!..

- Mən də sən deyəni fikirləşdim!.. Amma dinmədim, goy toplasın, günah məndə deyil ki!.

Kaskasındakı pulu selofan paketə toplayıb mənə uzadır və buradan tezliklə uzaqlaşmağımı məsləhət görür.

Artıq Hayd-park çəmənliyindəyəm, oturub aldığım pulun az-çox olduğunu, qayıtmağıma yetər-yetməzliyini götür-qoy edir, nə üzlə geri dönəcəyimi fikirləşir, rüsvayçılığıma yanırdım.

Bəlkə, öz-özümə deyirəm, fürsətdən istifadə edib beş-on gün qalam burada? Ola bilməz ki, tamam unutsunlar məni? Qvardiyaçıların böyüyü də məni tanıyır!.

Nə isə, qaldim, yataqxanaya oxşar otaqdayam, dəmir çarpayılar yan-yana düzülüb, divarlar, hətta ayaq yoluna olan qapı da şüşədəndir, hər şey açıq-aydın görünür.

Qonşumun danışığından türk olduğunu anladım və yanılmadığıma sevindim, amma harada işlədiyini dəqiqləşdirə bilmədim: restoranda qapıçıdır? Ya yanğın dəstəsində qara fəhlədir?.. Dedi, kardeşim, qanını qaraltma, dərdinə dərman taparıq.

Bəlkə, fikirləşdim, yuxudayam, bir-iki yumruq çəkdim başıma, yox, yuxu deyil, gercəkmiş gördüyüm!..

Ümidlə yuxuya getdim, oyananda isə... – Qələm özünü evdə, öz çarpayısında gördü!.. Sevincinin həddi-hüdüdu yox idi! Ləzzətdən... Elə bu andaca, hansı üsullasa Qələmin şuuralti aləminə yol tapan Nərgiz onun eyforik əhval-ruhiyyəsinə zəhər qatdı, keçmiş yuxusuna qaytardı:

- Çək, - dedi, - ləzzətini, ilham al yuxularından burda, mən isə gedirəm, qalmayacağam burada!

Qələm keyfini pozmadan zarafata çevirmək istədi söhbəti:

- Bəs bizim, - soruşdu, - eşqimiz? Əhdi-peymanımız? Arzu-niyyətlərimiz?

Nərgizin ciddiliyi ərimədi: - Gördüklərini yaddan çıxarma!

- Ziya müəllimi deyirsən?

- Çoxdan unudulmuş əhvalatdır! Mən yenilərini nəzərdə tuturam!

- Monitorçunumu deyirsən?

- O faciə də artıq köhnəlmişdir, yavaş-yavaş unudulur!

- Yəni demək istəyirsən... – Qoymadı sözünü tamamlasın:

- Arxayın ol, heç də kədərlənmə, - dedi, - özümü mütləq sənin dəfn gününə çatdıraram!..

Bu sözdən sonra Qələm yuxudan tamam ayıldı. Ayağa qalxdı. Key kimi yan-yörəsinə nəzər saldı. Hamı, Allaha şükür, sağ-salamatdir: nə ölən var, nə öldürülən. Ölmüş adamı yuxuda sağ görmək, deyəsən, havanın dəyişməsinə yozulur... Pəncərəyə baxdı: buludsuz səmada yanar günəş par-par parıldayırdı. Ab-hava camaatın arzusuna zidd olaraq əsla dəyişmək fikrində deyildi.

Sünnət

Həkim - ortayaşlı qaraqaş-qaragöz qadın, ağ xalatda, çağırışçıların müayinəsində. Lüt, anadangəlmə dayanmış cavanların cərgəsinə baxa-baxa Qələmə yaxınlaşır, təəcübünü gizlədə bilməyib gözlərini bərəldir və ərkyana:

- Ay-yay-yay, – deyir, - biabır olasan səni! Yep-yekə kişisən, amma indiyəcən sünnət olmamısan!

Qələm dərhal etiraz edir: - Necə yəni olmamışam?! – və o andaca aşağı baxıb təəccüb-təşviş içində həkimin haqlı olduğunu görür, amma gördüyü ilə heç cür razılaşmır: - Körpə yaşımda, - deyir, - yaş yox e, səkkiz günümdə sünnət eləmişdilər məni!

- Cühudsan?

- Cühud niyə? Tər-təmiz türkəm!.. – və sonralar anasından eşidib-bildiyini danışmaq istəyir, lakin ağzını açmamış:

- Bilirik! – deyir həkim. - Əfsanə danışma bizə! – və birdən utanıb eləmədən əlini cəld uzadıb ucu azca görünən başdan yapışır, cəld üzə çıxarıb, barmaqları arasında azca sıxır, ciddi görkəminə yaraşmayan şıltaq bir tərzdə, zarafatyana: - Belə başı, - deyir, - gizlətmək günah deyilmi? Baxın görün, – hələ də ovcunda tutub, buraxmır, – nə gözəl-göyçək başdir!

Uşaqlar gülüşdülər, xəcalət təri basmış Qələm isə çaşıb günahkar kimi: - Vallah, - dedi, - uydurmuram, sünnətim olmuş əhvalatdır! – Və birdən Siyavuşun adını çəkir: - Əminəm, tanıyırsınız onu, şahiddir, məhz onun təklifilə atam məni səkkizinci günümdə sünnət eləmişdi!

- Şahidə nə ehtiyac? Təkcə mən yox, hamı görür! – və qadın həkim nəhayət ki, əlini könülsüz də olsa Qələmdən çəkdi, o da sıxıntılı vəziyyətdən çıxıb asudə bir nəfəs aldı, amma sözünü davam edib dediyindən dönmədi:

- Siyavuş hətta mərhum atama “körpən dünyadan xəbərsizdir, demişdi, gəl onu, yəni məni, indicə sünnət elətdirək, yarası da tez sağalar!”

- Əvvəlini bilirsən, axırından isə xəbərin yoxdur... axı, niyə bunu mən deyirəm? Adını çəkdiyin Siyavuş burdadır, öz xoşu ilə gəlib, qoy o danışsın!..

Qələm qonşu otaqdan çıxan Siyavuşu görüb ürəklənir, lakin ağzını aça bilmir – Siyavuşun söylədiklərini eşitməli olur:

- Həkim bacı haqlıdır, - deyir Qələmə, - təəssuf ki, o vaxt sünnətin baş tutmadı, mənim təklifim keçmədi... Haqlısan, atana şəxsən mən dedim: “Ay Şərəf, əsl sünnət yəhudilərinkidir, bizimkilərdə nə qayda-qanun var, nə də ağla batan məntiq, kim nə vaxt istəyir onda da sünnətini eləyir, halbuki çocuq doğulan günündən İlahiyə qanı ilə bağlanmalıdır, adını da yalnız sünnətdən sonra qazanır! Hətta xaçpərəstləri də qınamalı oldum, nahaq, dedim atana, sunnət olunmuş İsanın yolunu tutmadılar! Atan isə sözümü kəsib: “Artıq oğluma, dedi, ad qoymuşam və beləliklə... -əllərini peşimancasına yellədi, - odur ki, günah məndə deyil!

Həkim: - Heç də halınızı pozmayın, - deyir, - bizim üçün bu iş bir su içimi kimi şeydir, indicə Qələmi sünnət edərik!

Siyavuş isə Qələmi inandırmağa çalışaraq hətta əl telefonunu ona uzadır: - Mənə inanmırsansa, - deyir, - atanla özün danış, dediyimi onun dilindən eşit.

- Bu mümkünmü? – Qələm sevincindən sünnət olmağa da razıdır, təki atasının səsini eşitsin!

- Al, yığdım sənin üçün Şərəfin nömrəsini, soruş atandan!

Mobil telefonu almaq üçün Qələm əlini Siyavuşa uzadır, lakin bu anda qadın həkimin əmrinə tabe olan cəllada oxşar cərrah otağa daxil olur, qəti addımlarla Qələmə yaxınlaşıb onu cərgədən cıxarmağa çalışır, zorla o biri otağa aparmaq istəyir.

Qələm müqavimət göstərir, qadın həkim isə onu dilə tutub elə hey döşəyir:

- Ay mənim göyçəyim, evlənməyini düşünürsənmi? Mən sənin arvadın olsaydım bircə gecə də qalmazdım səninlə, cühut qızlar indi də dəbdədirlər, yaxşı bələdəm onların tələblərinə, biri də qoymaz toxunasan ona!.. Yoxsa könlündən xaxluşkalar... – qapı ağzında duran Qələm həkimin sözünü kəsir:

- Razıyam sünnətə, qoy olsun, amma icazə verin atamla danışım!

Həkim: - İndicə danışmadınmı? – təəccüblənir. - Demədimi atan sənə, bunu hamımız eşitdik! səkkizinci gün və sairə buna bənzər söz-söhbətlər doğmaca ananın uydurmalarıdır!

Yardımçı sanitarların köməyilə Qələmi hündür oturacaqlı kresloya tərəf çəkir, çiyinlərindən basıb zorla əyləşdirirlər. Və əlində skalpel deyil adicə mətbəx bıçağı olan cərrah Qələmə yaxınlaşır:

- Hə, qöstər qörək, - deyir, - nəyi kəsməliyik!..

Və bu dəm Qələm ağrıdan oyanır: demə çarpayıda ayaqları ilə azca sıxıbmış qələmini – məhz, bu söz gəldi ağlına və təşbehindən gülümsündü və elə o andaca yadına düşdü ki, ilk dəfə bu oxşatmanı o yox – köhnə evlərində yaşayan anasının gözəl-göyçək rəfiqəsi qonşu gadının dilindən eşitmişdi, adı da (bu isə Qələmin tapıntısı idi) Bomba (elə o zamanlar bu adı ona Qələm qoymuşdu).

Günlərin bir günü, bığ yeri təzə-təzə qaralan Qələm... –

Bomba

Günlərin bir günü, Qələm dəhlizə açılan pəncərədən anasının pıçıltısını eşitdi, qonşu rəfiqəsilə qapı ağzında durmuşdular. İkisi də qəh-qəhə çəkib güldülər, sonra anası:

- Ay bəxtəvər, - dedi, - həmyaşıq səninlə...

- Yox, - rəfiqəsi dərhal etiraz etdi, - üç yaş səndən kiçiyəm!..

- Olsun, - razılaşdı, - amma, maşallah, sənə baxanda elə bilirəm cavanca qızimsan!

- Kaş başqaları da sənin gözünlə baxaydı mənə!.. Ətraf kimsəsiz, uxajorların kökü kəsilib, hanı məni istəyənlər?!

Qələmin yadındadır: eşitdiyi uxajor sözündən ürəyi guppagup vurmağa başladı, sinəsinə bir istilik yayıldı.

- ... Esma, spiçkam qurtarıb, varındı?

- Bəs, mən elə bilirdim qazı baxışınla yandırırsan! - gülüşdülər.

Və anasının tapşırığını yerinə yetirən Qələm əlində kibrit qutusu, əvvəl könülsüz, sonra nədənsə tez-tələsik özünü qonşularının dəhlizinə çatdırdı, həmişə olduğu kimi Nazlı-xala indi də onun gəlişinə sevindi, köksünə basıb əlini onun saçlarında gəzdirdi:

- Ah, - dedi, - nə şirin balasan!

Bu kimi sözlərdən kişiləşən Qələmin tükləri ürpəşdi, acığı tutdu, sərt cavab vermək istədi, lakin çocuqluq dövrünün təsirindən susdu, daha doğrusu ətrafı bürüyən ətirli qoxulardan dili quruyub damağına yapışdı, elə bil nəfəsi çatmırdı – gəldiyi kimi də tez qayıtdı.

... Borca borc, bu dəfə Esmanın duzu qurtardı, Qələm əmrə müntəzir deyil, xoş söz eşitmək arzusu ilə, təriflənmək istəyilə qonşu qapısını astaca taqqıldatdı:

- Keç içəri, indi gəlirəm... – Nazlı Gələmin qarşısına ətəkləri yellənən güllü-çiçəkli, ipək xalatda çıxdı, gözlərindən şirinlik yağırdı:

- Maşallah, - dedi, - gündən günə kişiləşirsən, sabah-birigün... – Sözünü tamamlamayib, Qələmin çiyinlərindən yapışdı, o tərəf bu tərəfə çevirdi, gah qucaqlayır, gah azca uzaqlaşdırırdı özündən.

Ovsunçu baxışı oğlandan doymurdu elə bil. Bihuşedici ətrin dalğası Qələmi bürüdü, harda olduğunu unutdu... Nazlının əlləri oğlanın çiyinlərində gəzdi, sinəsini sığalladı, belindən yavaş-yavaş, tələsmədən aşağı, aşağı, aşağı, ayaqları arasına sürüşdü, nəyəsə dirənib dayandı və birdən Qələmin qulağında qadının: Ah! Ah!.. nidası cingildədi, eşitdiyi isti, odlu pıçıltıdan: - Nə bərkdir sənin qələmin! - özünü tatam itirdı, qanı qaynadı... Və o andaca gadın cəld arxasını Qələmə çevirib qəribə vəziyyət aldı, ağappaq yumşaq və ipək dondan çıxıb sanki iriləşmiş yanı ilə oğlanın qızmar, alovlanan vücuduna söykənib bir sərinlik gətirdi və... necə oldusa, şux, oynaq qələmi ixtiyarından çıxıb Nazlının möhkəm əlinə keçdi, asanlıqla yanar və şirin bir aləmə düşdü, inilti qopdu qadının köksündən, o andaca gələmin ucundan oğlanı titrədən nəsə dalğa-dalğa axdı!.. Diksinib üz-gözünü turşutdu, başı alovlu, anasına baxmadan böyründən keçdi, pillələri adlayıb dəhlizdən küçəyə qaçdı.

Anası arxasınca: - Ey, dayan, - çığırdı, - bəs duz hanı? - və bu dəm duz qutusu ilə ona sarı tələsən rəfiqəsini gördü:

- Qışqır-bağır salma, - dedi, - gətirirəm, uşaqla işin olmasın!..

Orta məktəbi qurtaran Qələm Bomba ilə gizli görüşlər ucundan – gah onu görməyə tələsir, gah da qaçırdı ondan, xoşagəlməz sirrin açılmasından qorxurdu –təhsilini davam etmək üçün yolunu uzaqlara, Piter şəhərinə saldı, Moskva baş tutmadı.

- Sənsən? Piterə gəlmisən? Nə? Mənimlə görüşmək üçün?! Sevindirdin məni, ay mənim Bombam!.. - aşağı yüyürdü: çiyinlərində ipək kələqayı Nazlı yataqxana qapısında durmuşdu, qucaqlaşdılar, öpüşdülər...

- Bacımdır, - dedi gözətçi gadına və əliboş gəlməyən bacı qapıçını yola gətirmək üçün bir qutu şərq şirnisi uzatdı ona, o da:

- Gecələyə bilərsiniz, - dedi bacıya.

Həsrət yaman şeymiş!..

Çarpayı az qala uçub dağılacaqdı: tez-tələsik yapışdılar bir-birinə, bütövləşdilər, ayrılmaz oldular. Və tez də alışıb birdən-birə söndü Qələm, pərt oldu: - Azca gözlə, - dedi Nazlıya, - yaman istəyirəm səni, indicə... - Dediyi kimi də oldu, amma Nazlının köməyilə: cazibəli-sehirliymiş qadının ovcu – elə toxundu ki, qələmi bərkiyib daşa döndü!.. Doya bilmirdilər, çarpayı bəs eləmədi, eşq aləmi genişlənsin deyə yerə sərdilər yorğan-döşəyi...

Və birdən Nazlı: - Ora istəmirsənmi? – soruşdu.

Qələm Nazlının haranı nəzərdə tutduğunu dərhal anladı, acığı tutdu və o andaca eşq aləmindən çıxıb ayıqlaşdı, qətiyyətlə, sərt: - Yox, - dedi, - ora istəmirəm!

Nazlı Qələmin narazılığını duysa da istədiyindən dönmək istəmədi, yaltaqlanaraq sarındı ona: - Səninlə, - dedi, - eşqin bütün ləzzətlərini dadmağ istəyirəm!..

- Yox dedim, vəssəlam!

- Yalvarıram, rədd etmə istəyimi!.. Əminəm, xoşuna gələcək!..

Qələm birdən birə həvəsdən düşüb süstləşdi, amma alovlanan arzusunu söndürmək niyyətində olmayan Nazlı isə əksinə - fikrində qətiləşib nə kimi vəziyyət aldısa, necə döndü-tərpəndisə Qələmin müqaviməti qırıldı, iradəsini tamam itirdi, sən də boynuna al, danma, razılaş ki, arzulayırdın bunu! bərkimiş qələm qul oldu Nazlıya, onun arzuladığını itaətlə yerinə yetirib möcüzəli bir aləmə düşdü və dərhal... - halı ilk dəfəki kimi dəyişdi: Nazlının yox, Qələmin canından qopdu inilti, vücudu titrədi, sanki belindən qarşısı alınmaz sel axdı, nə axdı!.. – Qələm ayıldı, günaha batmış cinayətkar kimi təşviş içində yan-yörəsinə baxdı, cəld mələfəni yığıb, bulaşmış yerini yumaq üçün hamama tələsdi: suları, Allaha şükür, hələ kəsilməmişdi... Bombaya acığı tutdu, amma o andaca məzəmmətlədi özünü: onun nə günahı? Sənin ehtirasların gətirdi onu yuxuna!.. Çoxdan görməmişdi Bombanı, İsmixan evini alıb ayrıca mənzilə köçürmüşdü onu, dünən anası sanki qəsdən, bilməmiş deyil, arifliyinə bələddir, Nazlını yad etdi, zaman, dedi, kar etmir ona, elə əvvəlki kimi od-alovdur, səni soruşdu, dedim, yox, hələ də subay gəzir... – Nərgiz artıq meydandaydı, amma evli-subaylığı Qələmin özünə də hələ məlum deyildi.

Bütün günü yuxudan doğan pərtlik Qələmi buraxmırdı, Bombaya rast gəlsə mütləq danışar yuxusunu!.. Yox, elə bilər işarədir, yeni görüşlər həsrətindədir.

Niyə də olmasın?.. –

Virtual ər

Sürüşkən səki ilə yerimək çətin idi, yaxşı ki, hər tində, hər döngədə irili-xırdalı heykəllər qoyulmuşdu Bəh-Bəhə: əl-ayağından, ayaqqabı-şalvarından yapışa-yapışa, pencəyinin ətəyindən tuta-tuta addım-addım parlaq və xoşbəxt gələcəyə (çeynənilmiş bu ifadə fırfıra kimi hey Qələmin beynində fırlanırdı) irəliləmək olardı... - Siyavuş iş otağında tək idi, həftə yığıncağına gəlmiş Qələm özünü cəld içəri saldı:

- Yuxumda, - dedi, - səni gördüm, amma ha çalışdım özümü sənə yetirəm, mümkün olmadı.

- Səki sürüşkən idi?

- Nə bildin?

- Axı, mən də o küçədəydim!.. - Demə, səkilərə döşənən plitələr süni mərmər imiş, ucuz alınıb baha satılırdı məmləkətdə.

- Sənə sözüm var: qəribədir, bu qədər yuxumu çap eləmisən, amma bircəsinə də oxucu şərhi yoxdur!

- Niyə ki? Bəs yuxularınla tam şəkildə tanış olmaq istəyən Qələm-qızı?.. Qızın varmış, bilmirdik, yoxsa təxəllüsdür?

- Deyirdim yuxularımla dilə gətirrəm divardan asdığın o cüt şəkli, baş tutmadı...

- Qudurma, yuxuya nə cavab?!

- Bəlkə apokalipsisin yaxınlaşmasından keyləşiblər?

- Elə bilirsən inanırlar? Oyundur!.. Tanıyıram kahinlərini, lotunun biridir, yanıma gəlmişdi, bir səfeh yazıya qonorar istədi, dedim, yuxarıdakıların tapşırığı ilə qurduğun axirət proqnozuna aldığın qonorar yetər!..

- Yəni, indi ki, 12-ci ilin 21 dekabrında dünya qopacaq, hamı həlak olacaq, üsyanlara, mübarizəyə nə ehtiyac? Qoy iqtidar rahatca söküb dağıtsın ölkəni!..

- Xoruzlanma, bu sözlərin də izahatsız qalacaq, öz işində ol, yuxularını gətir!

Bu dəfəki həftə yığıncağında şef təzə işçini təqdim etdi, qara geyimli, söyüd budağı kimi nərmə-nəzik və ciddi baxışlı qız idi,yox-yox, dedi Siyavuş, heç kimin yerini tutmayacaq, hamınıza iş tapılar, adı da Nərgiz-xanım.

Qələm özü də gözləmirdi, birdən dilindən: - Arvadımın adıdır! – qopdu.

- Evlisən? - Siyavuş təəcübləndi, hətta incidi də: ailəyə yaxındır, amma xəbəri yoxdur?

- Yuxumda görmüşüm.

- Oy, nə yaxşı ki, yuxudur, gercək deyil!

Nərgizin sevinci nədənsə Siyavuşa toxundu, elə bil doğma adamına aid idi: - Nolub Qələmə, ondan yaxşı ər?!

- Neynirəm virtual əri?

Yapışdı Qələmə bu ad, bir müddət silinmədı, sonra ər itdi-battı, virtual isə yaşadı.

Qızın sözləri Qələmin heç halını da pozmadı, hətta həvəsləndirdi: virtuallığımı göstərrəm sənə!.. Belələrinə bələddir, üzdə görkəmilə yaxın durma mənə deyir, əslində isə... – nazı ilə hesablaşsan uzun çəkər, oyunu uzatmaq olmaz, cəsarət və hücum gərəkdir. Və çox vaxt olduğu kimi bu dəfə də daxilində kimsə üz-gözünü turşudub, inad qanadlarını qayçılamaq niyyətilə kinayəli dilləndi: əlbəttə, bütün qızlar səni görçək ağlını itirib dərhal əldən-ayaqdan gedirlər!

Qələm cəsarətini cəmləşdirib onun görüşunə gəlmiş qohum-əğrəbasına -- anası da, təbii ki, buradadır, onlara tez-tez baş çəkən icərişəhərli bibinəvəsi də, Siyavuş və Bomba da (dünənki ləzzət hələ də Qələmin damağındadır!)... - bütün toplaşanlara:

- Bilirəm, - deyir, - mənim bu xəbərim, - baxışını, sanki dediyi Bombaya aiddir, ona zilləyir, - hamınızı sevindirəcək!.. Evlənmək istəyirəm, daha doğrusu artıq evlənmişəm! – deyə təntənəli şəkildə elan edir.

Təşviş, həyəcan, anası rəng alıb rəng verir, əminəvəsi nədənsə vaxsey deyir, Siyavuşun sifətində təəccüb nidası, Bombanın yanağlarına qızartı çökür... Qələmin gözlərində sevinc alovlanır və azca susub aglına indicə gələn bir ad söyləyir: Arvadımın, - deyir, - adi Nərgizdir!

Xəyanət?! Bombanın baxışındakı işartı sönüb zülmətə çevrilir və bu dəm Qələmin arxasında duran - budur arvadı! - qara geyimli bəyaz üzlü nərmənazik bir qız astaca və dinməz dəhlizə cıxır, qoy eşitdikləri xəbəri sərbəst və onsuz müzakirə etsinlər, mane olmaq istəmir... Arxasınca – iti baxışlı Bomba.

Birdən aləmi titrədən bağırtı qopur, anasının əminəvəsi dərhal özünü bayıra atır, çıxmağı ilə qayıtmağı bir olur, çığıra-çığıra: Bomba, - deyir, - öldürdü Nərgizi!..

Qələm özünü dəhlizə atır: Nərgiz yerə sərilmiş, üzü qan içində, qara paltarı cırıq-cırıq, bəyaz bədəni yumruq zərbələrindən ləkə-ləkə... Amma ölməyib, nəfəsi duyulur!.. Bomba azca kənarda durub özündən razı Qələmə baxır, gülümsünür hətta!.. Hirs içində Qələm Bombanın başını divara cırpır, amma zərbələr kar etmir, başı sanki daşdır, bürüncdür... Tez Nərgizə yaxınlaşıb diz üstə çökür, qucağına alıb buz kimi donuq dodaqlarından öpür, onların incə tərpənişini duyur, dodaqlar yavaş-yavaş istiləşir və istiləşdikçə şirinləşir, ayrıla bilmir qızdan, qucağından buraxmaq istəmir.

Bomba elə bil divara yapışıb, gözlərindən iri damlalar axır, səssizcə ağlayır, Qələmin ona yazığı gəlir... Və bu dəm Siyavus Qələmə sarı əyilib qulağına:

- Bilirəm, - pıçıldayır, - sənin həyəcanın əsla qizdan ötrü deyil, yuxuların cavabsızdır, ona görə narahatsan!.. -Qələm qızla təmasdan huşunu itirmiş kimidir, etiraz etmək üçün onun dodaqlarından ayrılmaq belə istəmir, lakin Siyavuşun istehza ilə söylənilən xəbəri ehtiraslarını dərhal söndürür: - Yuxarılardan, - deyir, - arzuladığın cavab gəlib, böhtana görə məsuliyyətə cəlb edirlər səni, məhkəməyə verirlər işini!

- Yuxularıma görə?

- Səninçün yuxudur, onlar üçünsə təhqir! Deyim hansı yuxulardan söhbət gedir? Bircəsi bəsdir: prezidentimizin iradəsizliyi və keyləşməsi!

Qələm dərhal etirazını bildirib: - Yoxdur məndə elə yuxu! – dedi. Və bununla kifayətlənməyib əlavə etdi: -yuxularıma sən də cavabdehsən!

- Çap etdiyimə görə?!

- Yox: yuxular, axı, mənim deyil!

- Bəs kimindir?

- Deməmişdinmi mənə: gördüyüm yuxular guya yaşıma uyqun deyil?

- Demişdim, nə olsun?

- Gorünür, kiminsə şüuraltına yol tapmışam.

- Kimin? Bəlkə mənim?

- Bunu mən demədim, sualını özün cavablandırdın!

- Bu dərəcə də aferist olduğunu bilməzdim...

- Tanıdığımız Kahindən də betər?

- İkiniz də bir eşşəyin dal ayağısınız! – belə bir təhqiddən Qələm ayıldı.

... Qısaca yığıncağı tərk edən Qələm Nərgiz eşitsin deyə Siyavuşa: - Başının üstəki şəkillərin yerini dəyişib yenidən asmaq lazımdır ki, bir birindən üz çevirməsinlər!

Amma nə Qələm bilirdi, nə də Siyavuş – iki şəklin əvəzinə bircəsi hazırlanır, zırıltılı piar gözlənilir: ikiprofilli brend!

Alnın taybatay açılan qapıları

İqtidarın paketli məvacibini alan (yəni zərfin içində, rəsmi məvacibdən əlavə) yeddi boy-buxunlu kişi və yeddi gözəl silsiləsindən bir qadın - Pablik Rileyşin, yəni piar dəstəsi bir-birinin əlindən möhkəm tuta-tuta yallı gedirdilər... Qələm nə cürətləsə dairəni qırıb qadını ortaya çəkdi və dəstəni yenidən səfə salıb halay vurdu, rəqsin davamını təşkil edti... - yadında qalan təkçə bu oldu: ehtiras qoxulu cəsarət.

Bu seçmə kişilərin adını hamı bilirdi, ismixanvari, paşalı-alparslanlı idi bu adlar, qadınınkı da bəlli : fransızsayağı Jannet, əslində isə – Cənnət... Elə bir Jannet ki, cənnətdə yoxdur onun tək huri!..Yerişindən yer titrəyir, baxışından göy guruldayır (Qələmin sözləri deyil, hardasa oxumuşdu). Şuxluğu, qaş-göz atması, dodaq büzməsi, barmagların rəqsindən doğan... – mürəkkəb qaynayıb coşdu, daşıb buxar oldu, qələm isə odlanıb şam kimi yandı (bu da, aşağıdakı da özgələrin təşbehidir). Danışanda nitqinin bihuşedici ahəngindən hamı susur: təbiət bülbülləri də, cəmiyyət sevimliləri, dövlətin büdcəsinə örüklənmiş süni bülbül-məddahlar da. Jannetin dinib danışmadığı hallar da olurdu, yəni kompüterə sarmaşıb ürəyində Bəh-Bəhə olan eşqinin dərin köklərini... – onda təriflərlə dolu yazıları meşələri kor qoyan qalın kitablara çevrilir və məmurların kabinetlərindəki rəflərə cild-cild düzülərək bakirliyini itirmədən (yəni əbədi olaraq bir səhifəsi belə acılmayan) sədaqət nişanəsi kimi bəzəyir.

Nə isə, uzun sözün qısası: Jannet-xanım meydanda toplaşan camaata üz tutub dedi ki, keçmişin öyrəşdiyimiz tapıntılarından istifadə edək, hətta bizə müstəqillik bəxş edən rusların seksual simvollarından olan və eşqi-məhəbbətə bağlı kişi və dadın rəmzləri kimi qəbul olunan çəkic - oraq birləşməsini nahaq rədd etdik! Bir anlığa susdu. Neynək, dedi,keçənə güzəşt, amma bizə yarayan başqa bir rəmz də var ki, xeyrimizə çevirə bilərik!

(Bu günlədə TeVe Jannetin cənnət simasını göstərdi, baldan şirin sözlər yedirtdi məclisdəki çocuqbaşlılara: Stüartları, Qaraqoyun-Ağqoyunlu sülalələri, Romanovları, Osmanlıları yad edib tarixdə yayılan vərəsəlikdən danışdı, başqa tipli sülalələrdən, vaxtilə çox yayılmış dördprofilli nişandan (elə bilirdi profil sözünün kökü fildir) danışdı. Aha, bu maraqlıdır: Bir var, dedi, qana-qenə bağlı sülalə, bir də var ideya birləşmələri, biz, dedi, cavan dövlətik, odur ki, hər ikisindən faydalanıb onların çağdaş sintezini yaratmalıyıq, brendımız iki profildən (bu dəfə qəti yəqin etdi ki, sözün kökü fil anlamına bağlıdır) ibarətdir, həm qenə-qana bağlı, həm də ideyaya!).

Qəribədir: Janneti görüb eşidəndə nədənsə Qələmin – dost-tanişlara danışsa lağa qoyarlar – yuxusu gəlir, yatmaq istəyir, indi də zövq almaq əvəzinə özünü güclə saxlayırdı ki, əsnəməsin...

Budur – brendin təqdimat günü yetişdi: birincisinin profili – yenicə doğulmuş aypara, ikincininki – on dörd günlük bütöv ay və yapışqan gurumasın deyə tezliklə onları bir-birinə yapışdırmaq gərəkdir.

Jannet-xanımın geyimi... – Qələm parlaq ipəkdən gözünü çəkə bilmirdi: paltarı bəzəyən gümüş saplı yazı-naxışları oxumaq üçün azca irəliyə keçdi, döş və bel hissələrindən tutmuş ta ətəyədək dalqa-dalqa uzanan təkcə bir cümləni dərk edə bildi:Türklərin əsl tarixi brendimizi mənalaşdıran dahi Bəh-Bəh’in adına və onun davamçısı... – cümlə paltarın arxa tərəfində keçdi, oxuna biləcək təkcə bağlıdır!!! sözünün ucu göründü.

Və bu andaca... - demə, texniki yeniliklərə əsaslanan şüuraltının zarafatları varmış!.. Əslində bu kimi vəziyyətlər şüur baxımından heç də zarafat deyil, hoqqabazlıq idi, özünü Qələmin gecə yuxusunda yox, dəqiqədən də az bir müddətdə sürən (amma o anlar bizimkilərdən çox-çox davamlı idi) gündüz mürgüsündə göstərdi: Cənnət-xanımın gözəl-göyçək sifəti birdən birə eybəcərləşdi – qaş-gözünün üstündə yerləşən yaraşıqlı alnının gapıları birdən taybatay açıldı, içərisi cihazmış demə: dərrakə misallı ağıl sahibi sayılan gadının ürəyindən-fikrindən keçən duyğu-düşüncələri yürüyən lent yazıları kimi bilavasitə alnından oxunmağa başlandı.

Belə halların gerçəkliyinə şəkki-şübhəsi olmayan, heç də təəccüblənməyən Qələm bu yazları yaxşı görüb oxuya bilsin deyə səhnəyə yaxın durdu. Yazılar şüar üslubundaydı və Cənnət-xanımın beynindən oxunan hər bir şüara münsiflərə üzv seçilən Qələm qiymət verməliydi:

İkiprofilli brendin birincisi – bizim srağagünümüz, dünənimiz, bugümüzün hər anıdır, ikinşcisi isə - bizim bugünümüz və sabahımızdır! (Qələm qeyd etdi dəftərcəsində: səthi, zəif, mənasız!).

Birincisi bütün aləmi canlandıran günəş misalındadır, ikincisi isə işığını günəşdən alan və ulduzlarla dolu asimanı gözəlləşdirən, zülməti qovan aydır! (qeyd: çeynənmiş, primitiv olduğuna görə əslində tərif deyil – təhqirdir!)

Birincisi – millətin müdrik atası, ikincisi – millətin sədaqətli övladı! (Qələm dəftərçəsində Əla qiymət yazıb öz-özlüyündə şifahi şəkildə: Kül sənin başına, ay bu millətdən olan Qələm! - deyə nəinki fikrini gizlətmədi, hətta onu qeydə aldı ki, unutmasın).

İkisi də – həm Bəh-Bəh, həm də onun davamçısı Başqan – elə bir yüksəkdən yüksək zirvəyə qalxa bildilər ki, yer üzündə olan digər dağlar utandığından yerlə yeksan oldular! (yaxşı fikirdir, amma bayağı səslənir)

Həyatları əfsanədir! (qırıqdır, azdır!)

Ümumbəşəri simalar (ədə, niyə sözünü kısdin – de da!)

Başqan ХaХaBirinci əsrin səmasında ən parlaq... – ulduzdur əvəzinə o biri türklərin acığına yıldızdıryazılmışdı (ikinci mükafata, qeyd etdi Qələm dəftərçəsində, layiq ola bilər).

Beynəlxalq diplamatçılığın fəal oyunçusu (müəmmalıdır!).

Lent yazılarının söz yürüşü birdən birə surətləndi, ciddi məna daşıyan

cümlələr qəzəl üslublu kəlmələrlə əvəz olunmağa başladı:

Söndür eşqimi, qəlbim yanır, müqəvva olmaq istəməm!

Türk aləminin anasıyam, dul arvad olmaq istəməm!

Hanı... – Yazıların sürətilə ayaqlaşa bilməyən Qələm qəzəl doğrudan qəzəl kimi səslənsin deyə müqəvvasözünə dəyərli qafiyə tapmaq istədi, lakin bu dəm kiminsə Örtün qapıları! bağırtısı ani mürgüsünü kəsib Qələmi oyatdi: Jannetin yaraşıqlı alnı əvvəlki kimi cavanca gəlinlərə məxsus hamar idi: nə bir çapıq, nə bir qırış.

Siyavuş yeni yuxu gətirmiş Qələmə: - Yyxarıdakıların, - dedi, - sənə olan rəğbətini heç cür dərk edə bilmirəm!.. Gah təklifləri qəbul olunan jüri üzvüsən, gah külli migdarda qonorar alırsan, gah... – Qələm Siyavuşun söz axınını dayandırıb:

- Dərinə getmə, - dedi, - arxamda duranlar var!

- Axı nə səbəbə yaltaq nümunəli yazıları yüksək mükafatlara layiq görürsən?

- Siyasət oyunlarımın səbəbi var: üstünə şığıdığımız uçurumun nə qədər dərin olduğunu ölçmək istəyirəm.

- Bu yolla?

- Yoxsa yuxu yoluna etirazın var?

- Oynaya-oynaya özün düşməyəsən bu uçuruma, ay Qələm!..

Tərsinə oxunan sözlər

Siyavuş gözlərini döyüb mat-mat baxdı:

- Tərsinə oxunan? Yəni eləsinə də, beləsinə də?

İndi də mən anlamadım, bunu Siyavuş baxışımdan duyub:

- Yəni, - dedi, götürək kələk sözünü, misal üçün, mənə kələk gəlirsən, bu tərəfdən də, o tərəfdən də kələk kələkdir, fərqi yoxdur.

- Mən dediyim başqadır.

- Yoxsa sözün mənası dəyişir? Götürək mələk sözünü, tərsinə dönüb olur kələm, yaxud... – qırdım söz axınını:

- Axtarma, mənim dediyim başqadır!

- Aha, bildim! Yazırıq - namus, ədalət, azadlıq, amma nəzərdə tuturuq - yalan, özbaşınalıq, qudurğanlıq və sairə eləmi?.

Deyəsən, Siyavuşa yenə çatmadı:

- Haqlısan, söylədiklərin varlığımıza aiddir, şərikəm səninlə, amma dediyim sözün mənasına əsla bağlı deyil! Yəni, öyrəşdiyimiz tərzdə qurulan sözlər tərsinə yazılanda mənasızlaşır. – Və solaxaylığımı yadına saldım, nəzərdə tutduğum, dedim,solaxayın tərsinə yazıb oxuya biləcək qabiliyətinə bağlıdır.

- Baş-beynimi apardın, talış demiş, kırt elə görüm nə istəyirsən!

- Ayitarkomed.

Gözlərini bərəltdi: - Söyüşdür?

- İndicə özün bu türlü sözlər işlətdin, əsl mənası yalnız güzgüyə tutulanda açılır: Demokratiya... Yadındamı, birinci sinifdə oxuyanda... – ilk eşqimin təlatümü, demə, yadındaymış, Siyavuş da dayı adıyla anama qoşulub məktəbə gəlmişdi.

Hələ birinci sinifdə Qələm (rusdilli bu məktəbə camaat arasında yəhudi məktəbi deyirdilər, elə indi qalıb) onunla bir partada yan-yana oturan sarışın rus gızına vurulmuşdu, adı-soyadı (o zamanlar familəsi) əcaib idi: Ella Krasavçenko, öz dilini yaxşı bilən Qələm üçün bu ad Ellər gözəli kimi səslənirdi. Günlərin bir günü solaxaylığı ilə fəxr edən Qələm qıza rus dilində deyil, ingiliscə, eşqlə ilgili, müəmmalı bir cümlə yazdı, özü də tərsinə: Uoy evol I, yəni Mən səni sevirəm. Qıfıllı yazının sirrini gizın atası asanlıqla açdı... – məktəbdə bir qırğın qopdu ki, gəl görəsən!.. Nəticədə Qələm başga bir qızla oturmalı oldu və beləliklə anadangəlmə vurqun təbiətə malik Qələmin eşq obyekti dəyişdi, təzələndi: bu dəfə könlünə Madlena Karapetyans yapışdı... – nə isə, mətləbdən uzaqlaşdıq, yuxuya qayıdaq.

Yuxuda Qələm gec oyandığını gördü – işə tələsirdi, amma həmişəkindən fərglı olarag tində taksi görmədi. Böyründən birisi çıxdı:

- İskat nəsrüyüdzög?

Söyüş kimi səslənən sözlərin tərsinə deyildiyini dərhal duydu: Taksi gözdüyürsən?

- Yoxsa təklifin var?

- Nəsrümrög mətsiskat?! – yəni: Görmürsən taksistəm?!

- Araban gözümə dəymir.

Bu dəfə adam kimi: - Ə, araba nədir, otur maşına! – dedi.

- Axı...

Amiranə tərzdə (cibindən tapançanın, uşaq oyuncağıdır yoxsa? lüləsi parladı): - Yürü arxamca! – dedi.

Yürüdülər, qabaqda əlində sükan tutan və yol qayda-qanunlarını güdüb qırmızıya dayanan taksiçi, arxada isə - tələsməkdə olan və işə gecikən Qələm.

Redaksiya binasına catar-catmaz Qələm maşını tərk etdi... - Ə, dayan, nə becidsən, - eşitdi, - səb iskat ulup?! -Höcətə vaxt yox idi: nə taksı, nə pul? Pillələri təngənəfəs ayaqlayan Qələm: Yaxşı qazanc peşəsidir, fikirləşdi, işsizlər üçün tapıntıdır! Hətta qürurlandı da: Xalqın, ucadan dedi, ixtirasına alqışlar! Özünü, görünsün deyə, birbaşa Siyavuşun otağına saldı. Zamanın gedişi sanki dayanmışdı: şef dünənki kimi gözlərini döyə-döyə təəccüblə Qələmə baxırdı.

- Nolub? – şefdən soruşdu.

- Zəng olub! İndicə əl telefonu... buyur, özün bax şəklinə! Sənin iştirak etdiyin yürüş yarışından təzə anekdot yaranıb, hamı bizi təbrik edir!

- Yaxşıca yuxu süjetidir! Dünənki söhbətimiz... - Birdən Siyavuşun sifətinə elə bil yağlı boyalar çəkdilər, gözləri parladı, əl-ayaga düşdü, yerindən cəld sıçrayıb qapı ağzında duran şəxsə sarı atıldı: - Heç yuxuma girməzdi ki, hamımıza belə bir xoşbəxlik qismət olacaq!.. - gələnin görünüşündən hörümçəyin milçəyi bələyən sapları kimi yağan qürur dalğaları Siyavuşu sürətlə bürüməkdə idi. - Bu da, - Qələmi göstərdi, - mənim işçimdir, yuxuya aid yazıları... –Gələn yüksək rütbəlılərə xas , amiranə tərzdə Siyavuşun sözünü xırp kəsdi, barmağını Qələmə tuşlasyıb: - Işxay,dedi, marıyınat iziniçşi, - yaxşı tanıyıram işçinizi, - ıdalqabaq inəm, yəni, qabaqladı məni!..

Siyavuş təşviş içində gözlərini Qələmə zillədi – söyüşə oxşar əcaib sözlərdən, tat diliydi elə bil, pərt oldu, udqunub sual-nida qarışıq zorla boğazından şıxan Anlamıram sizi, cənab Başqan?! - dedi, və məhz bu anda Qələmi gülmək tutdu: demə, pulunu almağa gələn taksiçini Siyavuş Başqan bilibmiş!..

- Nə Başqan? Növbəti qrafomandır, görmürsən?

Siyavuş özünü tez ələ alıb zarafata çevirməyə çalışdı olub-keçəni, Oynadıq bəsdir, dedi gələnə. İndi isə çıx bayıra!..

– İnəm nasruvoq (“məni qovursan” lap ermənicə səsləndi)?! – Və əlində oyuncaq tapança: – Pulumu verməsən, dedi, əcidni ınışab (indicə başını)!..

Demə... - ölünü dirildən partlayış qopdu!

Qələm oyanıb bir müddət özünə gələ bilmədi. Nədənsə taksiçinin işıqforu keçəndən sonra yumşalmış üzünü ona sarı çevirib tərsinə dediyi sözlərini xatırladı: Nəcəyidni, dedi, inəm ninəs kət krəd nəde ıdşımamlo! Yəni İndiyəcən məni sənin tək dərk edən olmamışdı... Heyfsləndi, xəbisliyinə acıdı. Görülən yuxuya dönmə mümkünmü? Oldu – keçdi, qayıtdı yoxdur. Rusvay olmuş kimi hiss edirdi özünü... Saata baxdı – həmişəki kimi işə gecikirdi. Tez-tələsik evdən çıxdı. Tində taksi görmədi və bu dəm... -

Quş geni

Sifətdən kişi bənzərli ucaboy enlikürək qadın gəlinlik dövrünün Cənnətinə oxşayırdı, onun arxasınca yan-yana durmuş sərt baxışlı dörd kişi yeriyən hasar idi sanki.

Beşi də qəti addımlarla sürətlə Qələmə doğru gəlirdilər.

Gəldim onu tutmağa...

Qadının o zamandan qalma gözəl-göyçək səliqəli başı ilə indiki ətli-canlı bədəni arasındakı ziddiyətə baxmayaraq, Qələm Cənnətin özü olduğunu nəinki qəti yəqin etdi, hətta millətin dul arvadı adını daşıdığından xəbərsiz olduğunu da duydu – əgər bilsəydi bu şəkildə əsgər sayağı yeriməzdi.

Qələm təqib olunduğunu hiss etdi, səbəbini axtarmağa vaxtı yox idi – yuxulara görəmi? yoxsa... – həmən o dörd nəfər vaxtilə onu mühasirəyə almışdı, üzünə çırpılan sözləri Qələm unutmamışdı:

Ə, nə sırtıqsan? yolunumu azmısan?!

Nə var-nə var uzun diktofonla təyyarədən cavanca katibəsi Cənnət-xanımla yerə sərilmiş xalçaya qədəm basan Bəh-Bəhə (vurğunuydu o zaman!) yaxınlaşıb:

Özünüzü necə hiss edirsiniz? - soruşmuşdu, o da: Məni istəməyənlərin bağrı çatlasın! – demişdi.

Gizlənmək üçün Qələm qaça-qaça ilk rastına çıxan darısqal küçəyə döndü... - küçə deyilmiş, kor dalanmış, qəfəsdən çıxdı, amma artıq gec idi: dördü də Cənnətsiz dalanın ağzında Qələmi yaxaladılar, dartıb Azadlıq meydanına doğru çuval kimi çəkib apardılar – meydanın görkəmi tamam başqaydı, məlum heykəlin əvəzinə səhnə qurulmuşdu.

Şah sarayının meydana açılan geniş balkonunda Qələm Cənnəti gördu, Bəh-Bəhlə Başqan arasında durmuşdu. Amma qəribədir: qadının möcüzəli görkəmi tez-tez dəyişirdi, gah gəlin olurdu, gah da dul. Bu kimi ziddiyyətlərdən Qələm ilhamlandı, qulaqlarında xoşuna gələn mətləbə dəxli olmayan, amma ondan doğan dol – dulqafiyəli sən dul, mən dul mahnısı səsələndi: gəl mənə bənd ol.

Qələmi yaxalayan pəhlivanlar da ilhama gəlib balkonda duranları eyləndirmək, məharətlərini nümayiş etdirmək məqsədilə voleybolçular kimi onu top bilib şapalaq yura-yura atıb tutmağa başladılar.

Hiss etdi ki, bu oyun piar dəstəsinin icad etdiyi cəza növlərindəndir: onu yuxarıya, lap balkon səviyyəsinə atib bir daha tutmayacaqlar, o da şappıldıyla daş-torpağa dəyib şil-küt olacaq.

Birdən yüksəkliyə çatıb öz özlüyündə: Məğamdır! dedi, və əmrinə tabe sanki bədəni qanadlandı, Qələm yerə deyməmiş göyə uçdu.

Balkondan açıq-aydın: - Ədə, tutun onu, buraxmayın!.. – eşidildi, səslər qarışıq olduğundan bu kimi mənasız tapşırığın əsl sahibi bəlli olmadı.

Axı, necə tutasan?

Boylanıb dənizə sarı uçdu, balkonda duranlar xirdalaşdılar, kiçikcə nöqtə boyda oldular, üfürsən toz kimi yox olarlar.

Uzaqdan Qız qalasi yerə tıxlanmış hündür, eybəcər binalar arasında qəşəng oyuncağa bənzəyiri. Az uçdu, çox uçdu, birdən yadına düşdü ki, meydanda qurulmuş səhnədə Biz niyə sevməyək? mövzusunda şairlər çıxış edəcəklər, özünü mütləq ora çatdırmalıdır - şəhərə sarı uçdu.

Meydana yaxın bulvarda enəcəyini qət etdi, düzü, qol-qanadlarını yelləməkdən yorulmuşdu.

Göydə uçan adamı görən polisin təhlükə dolu fiti Qələmin qulağına dəydi, polisi də gördü, par-par parıldayan yanaqlarında göy rəngli rəmz$$lər çəkilmişdi, cərimə-rüşvət istəyəcək... Uça-uça uzaqdan uzağa: Vallah-Billah,çığırdı, yol qaydalarını pozmayan uçan adamam!..

Yer lap yaxınlaşmışdı, polisdən uzaq meydana isə yaxın bir sahəyə enməlidir, qoy toplaşanlar da onun uçduğunun şahidi olsunlar!..

Asfalta deyil çiçək ləkiyə düşdü, burnu lalənin ləçəyinə toxundu, gülün bağrıyanıq qara toxumu dodağlarını qıdığladı, Qələmin gülməyi gəldi, qəlbində polisin davamlı fiti ilə eyni vaxtda nikbin ruhlu azad bir quşdum deyil, bədbin nidalı torpağa düşdüm sözləri səsləndi.

Üst-başını toz-torpağdan təmizləyən Qələmə heç baxan da yox idi – nə təəcüb, nə dir maraq, yəni bu qədər də laqeydlik?! hətta pərt oldu, hamı gözlərini səhnəyə dikib səssiz-səmirsiz durmuşdular.

Qələm Şah sarayının balkonuna ötəri və ürkək nəzər saldı – heç kim yox idi, bir qədər sakitləşdi, sonra səhnəyə baxdı və... qəribədir: gördüyünə heç də təəcüblənmədi!..

Saçı-saqqalı ağarmış xalq şairi ilə yanaşı duran dörd şair... - hamısı səhnədə anadangəlmə lüt idi! lüt-əttibala!.. nə bir örtük, nə bir parça, hətta bəzi yerlərini gizlətmək üçün yarpaq da, quruca kağız da yox idi. Heç əlləri də bu işə yarasın deyə istifadəsız... yox, əksinə: qollar nitqə qüvvət göydə-havada uçan sətirlərə qanad olmalıydı.

Qələmin qulağlarında bir birilə yarışan cılpaq və sinədəftər şairlərin balkona atılan oynaq misraları səsləndi:Biz niyə sevməyək?.. – kimi cənnət (?!) diyarı deyir, kimi... - yox, bu dəfə nə Bəh-Bəh’in, nə də Başqan’ın adları çəkilmədi, təkcə xalq şairi... - bu dəm Qələm balkonda Başqanı tək-tənha durmuş gördü, duyğusuz, anlamsız gözləri həmişə olduğu kimi yuxuluydu, amma xalq şairini görüb oyandı sanki: Mən cocuq deyiləm, əlli yaşım var!.. nə bilimNeron, Çingizxan, Teymurləng eşididi, Qələm heyrət içində: Plagiatdır! – çığırdi, amma onu eşidən olmadı, alqışlar qopdu və bu dəm kimsə Qələmin qolundan dartı - əlimöhkəm, ovcugeniş, cibidibsiz polis idi!..

Oyanıb yuxusunu ilk-əvvəl anasına danişdi. Esma çiyinlərini çəkid susdu, bilmədi nə desin. Sonra işdə Siyavuşa danişdi, yanında sözü arif – özü Arif kompyuter dizaynçısı durmuşdu, Siyavuşu qabaqlayıb: Hamı bilir ki, - Qələmə dedi, - göylə yeriyən yerlə uçanlardansan, o ki qaldı yuxunun yozumuna, bildiyimə görə yuxuda uçuş əsəbilikən canını qurtarmaq deməkdir.

- Bəs çıplaq şairlər?

- Goy bu sualı onların bayraqdarı zəvzə xalq şairimiz cavablandırsın.

- Çuvalıyırtıq adını eşitmişdim, amma zəvzəni birinci dıfədir eşidirəm.

- Harda eşidəydin? İndicə doğuldu bu ad!

- Hamımıza aiddir.

- Çünki bolluca nöyütümüz var.

Axır söz Siyavuşun oldu:

- Yaz, gətir yuxunu!

Heykəlqoyma azarı

Şərqin qapısı olan canımız-ciyərimiz ölkədə ümummilli cərəyan elan olunmuşdur: məlum şəxsə yiyəsiz boş yerdə-ərazidə heykəl ucaldılmalı, qoyulmalıdır, vəssalam! Odur ki, şüurlu vətəndaşlar könüllü-məcburi bu kimi vacib, hətta müqəddəs tədbirdə iştirak etməlidirlər! Üstəlik bu iş analoqu olmayan tərzdə görülməliydi: əvvəl sahə hasara alınır, sonra ortasına heykəl taxılır, mıxlanır, sancılır və sairə.

Redaksiyada hasarlanma kimi məsuliyyətli vəzifə Qələmə tapşırıldı, həvəslə qatıldı işə... Günortaya doğru Qələm boz kərpicləri ona ayrılan sahəyə daşımaqdan həm fiziki cəhətdən yoruldu, həm də ruhən: kərpic az keyfiyyətli, ciy olduğundan çox ağır idi, ruhən isə... - hər bir kərpicin üstündə yaxşı görünsün deyə qırmızı rənglə bütöv söz yaxud hərf yazılmışdı, hasar da elə hörülməliydi ki, cümlə-şüar oxuna bilinsin, bunu da Qələm heç cür yapa bilmirdi. Yaxşı ki, canı – yuxudaydı axı! – bədənini tərk etmişdi: qoy heç olmazsa o, dünyanı gəzə-gəzə dincəlsin!..

Bir də baxıb gördü ki, hərflər bizimkidir, sözlər isə yabançı! Gürcücəyə oxşayır, yox ermənilərinkidir, vaxtilə, yadındadir, hələ dava-dalaş başlamamışdı, məhz yuxuda erməni dərnəyinə yazıldı, dillərini oxuyub-yazmağı istəyirdi və bu marağın səbəbini nədən doğduğunu... - yox yanılır, səbəbini yaxşıca bilirdi: vurulduğu qızı heyrətləndirmək istəyirdi, qanı qarışıq qız isə nə atasının dilini bilirdi (Danil adı Qələmi çaşdırmışdı, elə bilirdi cüytdur, sonra qürur dolu baxışından kürdə bənzətdi – demə bizimkilərdənmiş!), nə də erməni anasının; bunu dedikdə yerazlara nifrətini təsdiqləyib üz-gözünü turşutdu, hətta sifəti, sanki əli qurbağaya toxundu, iyrənc ifadə aldı, – çox vaxt rus dili ilə bərabər Qələmlə vurğun olduqları ingiliscə danışır-yarışırdılar, adı da bu dilə uyğun Ofeliya idi (dilə bağlı kiçik qardaşı da vardı, adı Hamlet).

Qız sevər gözlərini Qələmdən çəkmir, onunla razılaşırdı: guya türk kişiləri erməni arvadlarına oxşayırlar, çox vaxt özünkülərə deyil yad millətdən olanlara evlənir (kişilər), ərə gedirlər (qadınlar)... Bu kimi üzdə ciddi əslində isə mənasız artıq-əksik söz-söhbətləri edə-edə, bəhanəydi elə bil, Qələmlə Ofeliya şirin-şirin öpüşür, bir-birinə sarılırdılar, qızın da, oğlanın da həssas əlləri, dadlı dodaqları bədənlərinin gizli və sirr dolu sahələrində məharətlə, sanki eşq ustaları idilər, gəzişir-dolaşır, nə o bundan, nə bu ondan doymurdu.

Artıq gız oğlanın dizi üstündə üz-üzə, dodaq-dadağa, sinə-sinəyə oturmuş, ikisi də arzuladıqlarına çatmaqdaydılar, buna mane olan nə varsa aradan götürülmüş, və indicə səbri tükənmiş, qarşısı alınmaz iti qızmar oxu səddi rahatca qırıb istədiyinə nail olacaqdı... - bu dəm nanəcib şeytan mətləbə dəxli olmayan yersiz səslənən xayir-mayir, yəni, ermənicə ata-ana sözlərini Qələmın ağzından qaçırtdı! Məhz bu məğamda valideynlərin yad olunması – elə bil burdaca durub eşq tamaşasını seyr edirdilər - göy gurultusu kimi səsləndi: qız, demə, azdan-çoxdan ana dilini bilirmiş! birdən birə bihuş haldan ayıldı, indicə olacaqdı!.. görüb biləcəkdilər! dərhal geri çəkildi, tərk etdi oğlanın isti dizlərini, çıxdı onun qucağından. Acığı tutdu oglana, sanki çox istədiyi oyuncağı əlindən aldılar, az qaldı ağlasın, Qələm isə yenə də qeyri-təbii səslənən təkrar-təkrar: Əfsus!.. Əfsus! – sözünü işlətdi və bu da qızı qəzəbləndirdi, elə bildi ki, Qələmin qəribə tələffüzlə deyilən əfsus kəlməsi yayılmaqda olan döyüşmə ruhlu dolma-şişlik-sarı gəlin bənzərli söyüş eyhamdır, yəni demək istəyir ki, dilinizdə olan əfsus də sizin deyil, bizdən, türklərdən, alınmadır, halbuki hamıya məlumdur ki, bu söz ərəblərindir... Qız, deyilməyən bu sözü sanki eşidib sərtliklə: - Ərəblərdən deyil! Farslardan! İrandan!.. – həyasızcasına qışqırdı, elə bil qəlbində çoxdan yığılan qəzəb idi, üzə çıxmağa cəhd edirdi. Qələmi heyrət bürüdü: bu ki dəliymiş, əsl Ofeliyadır!.. Bir anın içində qız əldən getdi, halbuki rahatca... – hətta bu məğamda qıza Qorxma, demişdi, indi bu kimi işlər (!?) asanlıgla həll olunur! Qız elə bil nəyəsə ümidlənib bir anlığa sakıtləşdi, amma kobud səslənən davamını eşidib, sanki təhqir olundu, coşdu nə coşdu!.. Tamam başqa fikirdə olan Qələm: Bilmirsən yoxsa? – dedi. - Pozulan düzələr, cırılan(?!) tikilər!

Nə isə, arzuladığı baş tutmadı, dil də öyrənilmədi, bəzi səslər heç cür tələffüz olunmurdu, mənimsənmirdi, birisi I’ı ilə E’nin, o birisi – T’ı ilə rusların dilimizdə analoqu olmayan (bu dəfə məcazi deyil) Ц’ısın bitişiyi idi, hey ı’layır, e’layır, tıs’layırdı; axçi’sı da yoxa çıxdı.

O zaman olduğu kimi indi də Qələm süstləşdıyini hiss etdi, bədənin əzginliyini duydu. Üstəlik narahçılıq: sıralanmış, yan-yana qoyulmuş kərpiclər heç cür şüarlaşmaq istəmirdi!.. Azca sonra yorqunluq laqeydliklə əvəz olundu. Əslində, şəhərin başqa yerlərində olduğu kimi, bu şüarın da primitivliyinə əmin idi, kərpiclərdə həkk olunmuş bəzı hərf yaxud sözlərdən bəsitliyini yəqin etmişdi, mənasız olduğuna şəkki-şübhəsi yox idi, şüarı elə bil eşitdi də: Rəhbərimizə olan məhəbbət – rəhbərimizə olan məhəbbət deməkdir!..

Birdən çaşqin halda yan-yörəsinə baxdı, ətrafa boylandı: bu nə möcüzədir?! Hördüyü uca kərpiç hasarın içində durmuşdu! Arxası, sağı-solu, hər tərəf divar idi... Əvvəl gülməyi tutdu, hətta belə bir işin öhdəsindən tək-tənha gələ biləcəyinə inanmasa da sevindi, indicə çıxıb... Necə çıxacaq?!

Özü-özünü tələyə salmışdı!

Gözunə yan-yörəsi ovulmuş ölüvay bir kərpiç dəydi, götürüb qarşısında ucalan divara çırpdı, vurdu, bir də vurdu, bir də çırpdı, o biri hasara sarı yürüdü... – sementi qurumuş divarın vecinə deyildi bu kimi zərbələr, şaşqın halda durub nə edəcəyini bilmirdi... – quyuya düşmüşdü elə bil, çığırdı, sonra bağırdı, bir də qışqırdı, divardan divara qaçmaqdan bədəni tər içindəydi, alnından axan acı damlalar gözunə dəyib yandirdı... başını qaldirib açıq göyü görsə də vahimədən yaxa qurtara bilmədi, nəfəsi çatışmırdı, boğulurdu... – dəhşət içinə ayıldı, bir müddət sakitləşə bilmədi, haçandan haçana özünə gəlib tələyə düşdüyünü Siyavuşa danışdı.

Şefi: Sənin yuxuların, - dedi, - virusa dönüb hamımızı zəhərləyib! Birinci növbədə yuxularını çap edən mənim lap özümümü!

Qələm təəcüblə: - Söylədiyin, - dedi, - mənə çatmadı.

- İndicə deyərəm, bilərsən!

- Yoxsa məni gördün yuxunda?

- Səni də, sənin yuxunun davamını da!

- ?!

- Yuxundan yuxyma keçdin!

- !?

- Gəldim sizin köhnə evinizə və gördüm divarınız elə bil dalğalanır, tərpəniş duydum, və bu dəm divardan ayaq çıxdı, sonra bədən göründü, daha sonra baş boylandı, bu ki, heyrət bürüdü məni, sənsən!.. Anana üzümü tutub: “Ay Esma-bacı, - soruşdum, - bu nə möcüzədir?” “Möcüzə-zad deyil, hərgünkü adicə

əhvalatdır!..” Guya divara girib beləcə yatmağa adət etmisən, çox xeyirlidir, yaxşıca dincini alırsan, yoqlar məsləhət görür.

Bizdən inciyən dahilər

- Böyük adamları, deyəsən, daha yuxunda görmürsən, Stalin, Lenin, ingilis kraliçəsi, hətta Vışinski, indi isə gördüyün simalar yamanca cılızlaşıblar.

- Niyə ki? Təzə yuxumda Puşkini gördüm!

- Kimi-kimi?Puşkini?! Ə, insafın olsun, dolama bizi!

- Vallah-billah uydurmuram, məndə nə günah? Şüuraltının oyunlarıdır. Bu günlərdə hətta... yenə inanmayacaqsan! Lev Tolstoy da yuxuma girmişdi.

Gözləri çıxdı kəlləsinə:

- Bəlkə Lomonosovu da görmüsən?!

Qəribə və gülməli mənzərədir – Siyavuşun simasında üç cüt göz həkk olunmuşdu: aşağıda burnunun ucuna sürüşüb ilişən eynək şüşələri, ortada burnun sağında-solunda olan öz gözləri, alnında da təəcübdən böyümüş göz bəbıkləri.

- Hansı yuxudan başlayım?

- İkisini də danışarsan – seçərik. Amma əvvəl de görüm, niyə yuxunda bizim doğmaca dahilərimizi görmürsən?

- Kimdir o dahilər?

- Misal üçün Mirzə Cəlil! Yaxud Sabir!

- Ürəyimdən keçənləri söylədin: bu da mənim üçün sirrdir!

- Hey danabaşlı yerlilərindən danışırsan, yanıb yaxılırsan, amma dı gəl yuxuna girmirlər!

- Yuxu sifarişlərin qəbul olundu, çalışaram!.. Amma qəribə burasındadır ki, srağagün təsadüfən Sabirin nəvəsi ilə tanış oldum, heç cür inana bilmirdim ki, nəvəsidir, hey təkidlə təkrar edirdim: “Nəvə söhbəti ola bilməz, nəticəsidir bəlkə?” Amma yox, məhz nəvəsidir inandırdılar!.. Sabirin əvəzinə Puşkini gördüm yuxumda, yaddaşın mizrabı başqa simə dəydi, bu yuxumda da heç cür inana bilmirdim ki, qarşımda duran adam canlı Puşkinin özüdür!..

- Görünür, dahilərimiz bizdən yamanca inciyiblər!

- Yolumuzu azdığımıza görəmi?

- Yox, onların yaramaz saydıqlarını biz müsbətləşdirdik.

- Yəni, danabaşlığ... – sözümü kəsdi:

- Publisistikadan çıx, yuxunu danış!

Piterdə universitet yataqxanasının otağında oturmuşuq, tələbələrdən birisi daxil olub “içməyə nəyiniz var?”soruşur və cavab gözləmədən çay piyaləsinə araq süzür, bir anda başına çəkir, üz-gözünü turşudub, ”yamanca, deyir,yordu bizi Puşkin! Oraya apar, buranı göstər, marağı tükənməz idi, tez-tez də əsəbiləşdi, hey soruşurdu: “Niyə tunquslar gözümə dəymir?” Camaatın özü də elə bil görmürdü Puşkini!

- Hansı Puşkindən deyirsən?

- Puşkinimiz birdir!

- Puşkinin lap özü?!

- Canlıdan canlısı!.. Çox vacib iş kimi təhkim etdılər bizi, tapşırdılar şəhəri göstərək, tamam üzdü bizi! Yoldaşımdan xahiş elədim qalsın onunla, yarım satlığa buraxsın məni, özümə gəlim!

- Görə bilərəmmi onu?

- Əlbəttə, heç bir çətinliyi yoxdur, deyim otağın nömrəsini, get gör.

Tez-tələsik çıxdım, uzun və qaranlıq koridorla gedib axtardığım 37 nömrəli otağı tapdım, həyəcan içində qapını astaca taqqıldatdım.

Qapı açıldı, qarşımda – Puşkinin özü!

Canlı-canlı diqqətlə mənə baxır. Gözləri azca yorğun idi... Əynində yaşıl məxmərdən pencək, şabalıd rəngində qıvraq saçı-saqqalına sanki xına çəkmişdir... Həyəcan, təşviş, qorxu-sevinc qarışıq, ucadan və ürək dolusu:

“Sizsinizmi?! – dedim. - Əzizim Aleksadr Serqeyeviç!.. Sizi görmək elə bir möcüzədir ki!.. - dilim dolaşdı, o isə narazılıqla:

“Yaxşı, yaxşı, - dedi, - keçin içəri”.

“Yox, Siz… - nəfəsim elə bil çatışmırdı, içim əsirdi: - Sizi görmək...”

“Canım, bəsdir!”

“Yox axı... Bilirsinizmı, mən hansı əsrdən, hansı zəmanədən Sizi görməyə gəlmişəm?! Desəm ki, mən canlı Puşkinlə...” Səsimi kobudcasına kəsib:

“Что за глупости? – dedi, yəni “sarsaqlama”. - Buraxın yaltaqlığı!”

“Axı necə də sevinməyim?! Sizi görmək...”

Bu dəfə səbrsizcəsinə: “Canım, əl çəkin məndən!” – çığırdı üstümə, və bu dəm ona təhkim olunmuş adam cəld içəri otağdan çıxdı, mənə yaxnlaşıb, qulağıma Puşkin eşitməsin deyə gizlincə pıçıldadi:

“Yamanca əsəbiləşdirdiniz onu...”

“Axı, mən nə dedim ki?”

“İnciməyin, amma çox xahiş edirəm otağı tərk edəsiniz” – və qolumdan tutub qapiya sarı çəkdi, açıb yumşaqca koridora çıxartdı, qapinin kilidlənməsini eşitdim, qulağım içəridən Puşkinin mənə aid acı sözlərini tutdu: “Что за настырный господин? Пристал как репейник!” Yəni: “Nə sırtığ adamdır, ayıpəncəsi çiçəyi kimi yapışdı ətəyimdən!”

Eşitdiyimdən qanım qaraldı, kor-peşman... –

- Halını duydum, axırını danışmaya bilərsən: qovulan da sən oldun, yana-yana qovruldun da!..

- Dahinin incikliyindənmi doğdu bu yuxum?

- Biz payımızı aldıq, qoy indi ruslar yuxundan özü üçün pay götürsünlər, onların görmədiyini nədənsə sən görürsən: Tolstoy yuxusuna keç!..

Əldəqayırma romançı

- Xeyir ola? Hanı söz verdiyin yuxu?

- Elə bayaqdan Tolstoyu gördüyüm yuxunu fikirləşirdim: lazımmı?

- Yoxsa yuxunu unutmusan?

- Sübhə yaxın gördüyümdən yadımda yaxşı qalıb.

- Səndən danışmaq, məndən çarə tapmaq.

İri bağ eviydi, içəri keçən kimi... - Siyavuş sanki mənim başlamağıma bənd imiş:

- Tolstoyu gördün! – deyib Qələmin sözünü sevinclə tamamladı.

- Bəli, Tolstoyun lap özüydü!

Qapıya sarı uzanan geniş masanın başında... – Yenə Qələmin sözünü nöqtələdi, təntənəli şəkildə:

- Dost-tanış da yığılıb başına, oturub intizarla səni gözləyir!

- Yox, tək-tənha idi!.. Bəlkə gördüyüm yuxunu sən danışasan?!

- Yaxşı, yaxşı, incimə, inandım – danış!

İçəri girən kimi üzümü Tolstoya tutub ərkyana:

- Lev Nikolayeviç, - dedim, - icazə verin, bir-iki kəlməlik sözə ehtiyacım var! – Masa bom-boş idi, görünür, qonaqlar indicə getmiş, içgi-yemək yığışdırılmışdı, ağ süfrə ləkəliydi, üstündə çörək qırıntıları... – cəld boş badə tapıb qırmızı şərabla doldurdum və əlimdə tutub...

- Bilirəm, tost deməyi yaman xoşlayırsan!

- Sən, deyəsən, mənə inanmırsan...

- Dediyimə baş qoşma, davam et, gerisini anlat!

Yorğun görünən Tolstoy sanki dirçəldi, baxışı kəskinləşdi, gözlərində qığılcımlar oynadı, əlini dəhlizə sarı uzadıb: - Ay uşağ, - çağırdı, - qonağımızın sözü var, süfrəyə yemək gətirin!

Maraqla Tolstoya baxırdım, eynilə məşhur tabloda gördüyüm şəkildəkinə bənzəyirdi: sarışın seyrək saçı-saqqalı, iri sifəti, gözlərini az qala büsbütün örtən qalın cod qaşları... – Sizin, - dedim, - peyğəmbər misallı dahiliyiniz hamıya bəllidir, siz hətta... – az qaldı dilimim ucundan tələbəlik illərindən beynimdə fırlanan və artıq anekdota çevrilmiş Tolstoya aid “rus inqlabının güzgüsü” qopsun, dilimi dişlədim, biabır olardım!.. dərhal başqa bir ifadə tapıb,həqiqətən, - dedim, - adınız dillər əzbəridir!..

Birdən vahimə-qorxu bürüdü məni, müdhiş bir fikir oyandi beynimdə: indicə Tolstoy sözümü kəsib, ay qonaq, - soruşacaq, - de görüm, işin-peşən nədir, nəylə məşğulsan? Deyim, nasirəm? roman yazıram?! Özü də kimə! Tolstoyun özünə! Tər basdı məni... –

Siyavuş: - Dayan-dayan! - birdən sözümü kəsdi və incik halda: - Roman yazdığını, - dedi, - birinci dəfədir eşidirəm!

- Mən özüm də!

- ?!

- Yuxumda bunu ilk dəfə olaraq öz dilimdən eşitdim!

- Gizli nə varsa yuxuda üzə çıxır!

- Gerisini dinlə!

Amma susmaq olmazdı, nəsə deyə-deyə hey gözləyirdim: indi sözümü kəsib soruşacaq!.. Tostu heç bilmirəm necə tamamladım, bir də baxıb gördüm ki, Tolstoyu yuxu aparıb, dərhal susdum və bu dəm ətrafa çökən sükutdan Tolstoy silkələnib oyandı, gənclərə məxsus cəldliklə yerindən qalxdı.

Oturanda başının iriliyindən, saç-saqqalından boyu uca görünürdü, indi isə... - şabalıd rəngli uzunboğaz çəkməsi bədəninin tən yarısı qədər idi.

Saatına baxdı, nədənsə mənə elə gəldi ki, bəlkə pıçıltı eşitdim, ona görə? at çapma vaxtı yetişmişdir, Tolstoy sanki mənim varlığımı unudub iri addımlarla qapıya tərəf getdi, mən də onun arxasınca yeridim, hey özüm-özümə deyirdim: indicə boylanıb adımı, işimi-peşəmi soruşacaq!..

Dəhliz azca qaranlıq idi, bu qaranlıqda uşaqlıq illərindən bəri duymayıb yadırğadığım dadlı çörək ətri dəydi burnuma – ağzım sulandı. Geniş taxta rəfdə üst-üstə qoyulmuş iri kömbə çörəkləri gördüm, nə iştahla isti-isti yeyərdim!.. Həvəsə gəlib:

- Lev Nikolayevic, - dedim, - mənim rəhmətlik xalamın o qədər uşağı vardı ki, mən də onların bağında qalırdım, yazıq qadın bütün günü təndirdə çörək bişirirdi, - “təndir-cörək” sozlərinə ayaq saxladı, mənə sarı boylandı, indi soruşacaq!.. dayanma, de, danış, susma: - Hamımız da ac-yalavac!.. Bir əlimizdə qıp-qırmızı yekə pamidor, o biri əlimizdə para çörək qacırdıq oynamağa!..

Pillələr taxtadan deyil, daşdan idi, biri ortadan çatlamışdı, elə bil indicə yarıbayarı parçalanacaq, enəndə ehtiyatla əlimdən tutdu, buz kimiydi əli; qoca kişidir, axı, yıxıla bilər!.. təşvişimi bir anlığa unudub dəhlizdən bizə baxan, üzünü saqqal basmış qulluqçuya pilləni göstərdim, deyəsən fikrimi-işarəmi duydu... Budur – evin hasarı, Tolstoyla vidalaşmam yadımda deyil, qapını açıb sevinə-sevinə küçəyə çıxdım: nə yaxşı ki, soruşmadı!.. O andaca heyfsləndim: əlimə yaxşı fürsət düşmüşdü, istifadə edə bilmədim, heç olmasa Qafqaza aid fikirlərini onun şəxsən öz dilindən eşidərdim!..

- Elə bu? – Siyavuş narazılıqla soruşdu.

- Azdır?!

- Mən deyirdim... – Sözünü kəsdım:

- Qoymursan danışam, axı, davamı var!

Küçədə əllərimi boş görüb, Vay dədə, – dedim, - bəs mənim çantam hanı? İçində də - kompüterim!.. Yadıma düşdü: girəndə dəhlizdə qoydum, uzun rəfin altında!.. Qayıtmalı oldum: astaca qapını açdım, heç kim yox idi, yavaş-yavaş evə sarı getdim, içəri keçib dəhlizdəki rəfə yaxınlaşdım, çörəklər gözümə dəymədi, amma ətri hələ də qalmışdı ... – çantamı gördüm! Rəfin altına necə qoymuşdumsa eləcə də qalıb, tez götürdüm... bu dəm otaqdan Tolstoyun səsini eşitdim, kiməsə ucadan acıqlanırdı:

- Heç cür dərk edə bilmirəm: bu qədər də romançı olarmı?!

Sanki başıma qaynar su tökdulər, atıldım bayıra, elə bil kim isə arxadan qovurdu məni. Bulvara çatıb bir kimsəsiz skamyada oturdum, kompüteri çantamdan çıxarıb Tolstoyla olan görüşümü yazdım, fikirləşdim ki, Moskvaya, Yazıçılar Birliyinə zəng eləyim: Tolstoyla görüşmək hər adama qismət olmur!.. Özümüzkilərə danışmayacağam – inanmazlar!

Nərmənazik slavyan qızları

Şefimizin xoşladığı peşə bizi qorxutmağdır, tez-tez: Yatma kudu, deyir, bostana dovşan gəlir!.. Guya yaxın zamanda vacib və qeyri-adi məlumat eşıdəcəyik, halbuki hər gün belə hadisələrin şahidiyik, bizi təəcübləndirmək mümkün deyil: gah yol qəzaları, Allah göstərməsin, gaz partlayışından uçan evlər-mərtəbələr, təbiətin bizə olan qəzəbindən doğan daşqınlar-sellər, təşkil olunmus dalaş-savaşlar (hər dəfə də döyənlər yox, döyülənlər cəzalanır), məhkəmə oyunları... Əmr var: küçədə-tində duranların, əl-ələ verib boş-boşuna gəzişənlərin sayı üç-beş nəfərdən artıq olmamalıdır, qadağandır, əks təqdirdə toplaşanlar təqib olunacaq, onların hərəkəti (?) üsyana hazırlıq-çağırış kimi qiymətləndiriləcək... Bu səbəbdən insan nəfəsindən məhrum zavodlar da qıfıllanıb, xarabalaşmaqdadır.

Eşitdiyinizi, deyir, kişili-qadınlı qulaqlarınızdan sırğa təkin asın və bilin: elə həqiqətlər var ki, onları yalnız bədii vasitələrlə dərk etmək mümkündür! Həqiqəti yazsan – inanmazlar, deyərlər uydurmadır, yalandır, guya belə şeylər qətiyyən ola bilməz!.. – və muncuq-muncuq məmləkətdə günbəgün baş verən paradoksları qırılmaz ipək sapa salıb-düzür. Əsl uydurmaya – məndən mükafat!

Qızışdırır yoxsa bizi, təhrikçiliyə çağırır?!

Qələm: Bəs yuxular?! – deyə etirazını bildirmək istədi, yəni yuxular vasitəsilə də həqiqəti... – sözünü kəsdilər, müzakirə tamam başqa istiqamətə yönləndi: güclü inflyasiyadan doğan müdhiş dərəcədə bahalığa bağlı qonorar söhbəti qopdu, və bu dəm şef ustalıq işlətdi, narazılığının səmtini dəyişdi, indicə eşitdiyi ÇePe’ni, yaxud FeHe’ni (Fövqalədə Hadisə’ninabreviaturudur) bəyan etdi: demə, gecəykən məmləkətdə ən birinci oliqarxın əziz-xələf, adı ilə seçilən oğlu Qeal-bəyin (indi bu adı qoymağa xüsusi sərəncam gərəkdir) hərəkətindən xəbərsiz idilər: dostları ilə hamıya məlum toyun qızqın çağında məclisə gəlib, tapanca bənzərli baxışı ilə ətrafı süzdü, restoran sahibi olan təzəbəyin atasına amiranə tərzdə dedı ki, toy hədiyyəmi qəbul edin, xərci məndən – qapıda cammatı eyləndirən ayı balasindan təzəbəy və təzəgəlin üçün kəbab hazırlansın!..

O andaca məclisdə güclü Ah! nidası qopdu, sonra birdən-birə toya sükut çökdü, pıça-pıç dalğalandı və bu dəm bəyatasının gur səsi qulaqları deşdi: Əziz qonağın (amma kliyent sözünü işlətdi) sifari$$$şi mənim üçün qanundur!.. Toy xidmətçiləri əl-ayağa düşdülər, qaçışma, uğultu, səs-kuy, üstəlik... - oyun havası zalı elə partlatdı kı, ayı balasının ürəyinə tuşlanan güllə səsi belə eşidilmədi!.. Dərisi soyuldu, ət tikə-tikə doğranıb şişlərə düzüldü, kəbab olub yeyildi... - xəbəri onlara çatdıran Siyavuşun özü sanki bu toyda imiş!

Qələm yerindən qalxıb, mat-mat ətrafdakılara baxdı, nəsə demək istədi, amma kəsərli söz tapmadı, elə bil dili kəsilmişdi. Sual dolu baxışını Siyavuşa zillədi, o da: Yuxu deyil ey, canlı əhvalatdır! – dedi.

- Canlı yox, qanlı! Təcili sözümüzü deməliyik!

- De də, kim mane olur?

... Heç kim, sən özün də, ayının müdafiəsinə qalxmadın – yuxu görməsəydi elə bilərdi ki, bütün gecəni yatmayıb. Ayılanda bir müddət çaşqınlığdan çıxa bilmədi: hadisəmi əvvəl baş vermişdi? Yuxumu görmüşdü?..

Çoxdan bəri eşitmədiyi bala sözü dəydi Qələmin qulağına: anasıyla yamyaşıl çəmənlikdə gəzişirdilər, ayrıca hasarsız çığırla isə tərbiyə görmüş seçmə ev itləri yiyələrinin əmrinə müntəzir, sinələri medal-ordenli, qürur hissi ilə ağayana, tələsmədən yeriyirdilər. Qələm gülməyini boğmaqdan yorulmuşdu: itlər yiyələrinə yaman oxşayırdılar!.. İtlilər də bir-birinə oxşar itsizləri maraqla seyr edir, hətta bəzilərinin baxışından təhqiredici ifadə də oxunulurdu: Bu iki nəfərin görəsən hansısı itdir?..

Birdən boynu qayışsız zırpı bir it onlara sarı yürüdü, Qələm qorxu içində ayaq saxladı, it isə quyruğunu mülayimcəsinə bulaya-bulaya gözlənilmədən dil açdı, incikliklə: - Niyə, - dedi, - mənimlə salamlaşmırsınız?

Danışan itə Qələm heç də təəcüblənmədi, anası isə... yox, anası deyil, Nərgizidi, mehribancasına itə: Salam, əzizim, bağışla, - dedi, - görmədik səni!..

İt isə arxa ayaqlari üzərinə qalxıb... – yox, it deyil, dərisi qalın tüklü yekə ayı idi, ağzı qan-qırmızı, gözlərindən od-alov yagır, qucağına aldı Nərgizi, o da:

- Bərk-bərk qucaqla! - deyib, qısılır ayıya, gözləri yumulu itir onun qolları arasında, istəyini ayı duyur, amma deyə bilmir, həvəsə gəlib sıxır, əzir Nərgizi, qızın ehtiras dolu ahi-zarı hamını heyrətə gətirir, onlara sarı baxırlar, o isə ləzzətlə... Bu nə hərəkətdir? - Qələm qəzəblənir: Belə bir biabırçılıq! Mən görə-görə! Amma qışqır-bağır salmağ istəmir, açıq-açığına hirsini Nərgizə yağdırmaqdan çəkinir – ayı acığlana bilər, cinlənər!..

Yuxu qurtarmır, tamam üzmüşdü Qələmi... Əzgin halda oyanıb haçandan haçana özünə gəlsə də qəlbində yuva salan nifrətdən yaxa qurtara bilmədi. Və bu nifrətin kimə olduğunu cavablandırmaq mənasız idi: Nərgizə deyil, ayı kababını dadan qülyabanı misallı toy iştirakçılarına deyil... - özünəydi bu nifrət.

P.S. Əsrin toyu adı ilə məşhurlaşmış toy haqqında çoxlu yazılar yazıldı, çoxlu verilişlər verildı, halbuki o biri toylardan fərqli nə vardısa, o da Qırmızıbayraqlı Xəzər Donanma gəmilərinin sahilə yaxın məsafədə sıraya düzülüb fişəngli atəş təbriki idi. Həm də toyu xüsisi reyslərlə Beni-Meni-Lüks ölkələrindən gətirimiş və mahnılarda şöhrətlənmiş milyon-milyon-milyon qızıl güllər bəzəmişdi. Deyilənlərə görə video-salamlarla toyu alqışlayan adlar arasında Qines kitabına düşə biləcək Hüseyn Obamanın adı da səslənmişdi.

Və birdən birə ayı əhvalatına bağlı toy mövzusuna yazmaq-danışmaq yasaqlandı – tanınmış adlar-simalar hallanmasın deyə! Amma əsas səbəb başqaydı: bədxahlardan kim isə guya “öz gözü ilə gördüyünü” demişdı: Təzəbəy nərmənazik slavyan qızlarından ötrü ölür!..

Ə, belə də millət olar?!

Özgə yataq

Xaricdən gəlmiş qonağı Respublika Sarayında gözləməkdən camaat yorulmuşdu, vəd etdiyi vaxtlar çoxdan keçmişdi, avara-avara zalda nə qədər gəzişmək olardı? Əslində bizim həmyerlimiz idi, xaricdə şöhrət qazanmışdı, burada qalsaydı, onun tərəfinə baxan olmazlı, kim idi onunla hesablaşan? Nə bir samballı görünüşü, nə də adamı-vəzifəsi vardı – yaxin qoymazdılar, indi isə hamının əziz qonağıdır!..

Şəhərdəki afişlarda baxışı-duruşu əcayib idi, təbiyət onu uzununa deyil, eninə inkişaf etdirmişdi, odur ki, başqa planetdən gələnə oxşayırdı: boyuna bərabər geniş çiyni və gödək ayaqları, onu eybəcər göstərən sifəti də həddindən artıq yastı idi. Guya hipnozlu səsləriylə nəinki ilanı yuvasından çıxarmağa (bu kimi peşə sahibləri bizim yerlərdə sayca ilan qədər olmasalar da az deyildilər), hətta dünyalarını dəyişmə yolunda olanları geri qaytarmağa qadir idi. Qələm üçün bütün bunlar adam aldatmaq idi, heç özü də bu görüşə niyə gəldiyini deyə bilməzdi: bəlkə yanılır? həqiqətən ola biləcək gerçəkdir?

Üstəlik görüş pullu idi – yığılan manatlar, deyilənlərə görə qaçqınlar fonduna verilməliydi.

Mülayim qadın səsi daxili radio ilə vaxtaşırı toplaşanları səbirli olmağa çağırır, qonağın gecikmə səbəblərindən məlumat verirdi. Guya La’yeq Başqanın qəbulu uzandı, heç cür ayrıla bilmirdilər. Sonrası – guya prezident sarayını mühasirəyə alıb möcüzələr paylayan nadir şəxsi görüb heç olmasa ətəyindən tutub şəfa arzulayanların sayı o qədər idi ki, insan divarını keçmək qeyri-mümkün oldu, yalnız silahlı qüvvələrin yardımı ilə bu həlqəni qıra bildilər... Azca sonra yollardakı probka’dan deyildi, və bu dəm Qələm vertalyot sözünü ortaya atdı, yəni gizli saray meydanindan məxsusi vertalyotla qonaq özünü buraya çatdıra bələrdi... - məlumatçı onu eşidirmiş kimi buna cavab olaraq dedi ki, vertalyot problemi də müzakirə olundu, amma təhlükəsizlik baxımından (eşit: terror qorxusundan – vurub partlata bilərdilər vertolyotu) bu təklifdən vaz keçildi.

Yox, deyəsən, görüş baş tutmayacaq, məlumatçının səsi də batmışdı, camaat seyrəkləşməyə başladı. Qələm də getmək istədi, amma mərkəz qapı bağlı idi. Dövrə vurdu, sarayı başdan başa keçdi... Divarların rəngi solmuş, çattaq-çattağ idilər, köhnə yar-yaraşığdan əsər-əlamət galmamış, çıraqbanları, lüstr-qəndillərı toz basmışdı... Mərtəbədəki o biri qapılar da qıfıllı idi. Birdən yadına düşdü ki, bu baş sarayda əzəldən belə bir qayda vardı: gəlmisən – gözlə, avara-avara gəzişmə, otur yerində, çünki zalda dazlaşmış başa bənzər boş oturacaqları görəndəreyasət-heyyəti narahat olur, hətta qəzəblənirdi, odur ki, girdi var, çıxdı yox idi.

Qələm zirzəmiyə endi, burada da qapılar divara mıxlanmışdı, amma yuxarıyla müqayisədə çoxlu adam vardı, sadə ev geyimlərindən və sərbəst ağayana gəzişmələrindən duydu ki, bunlar tamaşaya gələnlər deyil, buranın işçiləri, hətta sakinləridilər. Aşağıya da pillələr vardı, baxıb eyni vəziyyəti gördü, yəqin etdi ki, burada yaşıyanlardılar... Enmədi, amma ayaq yoluna mütləq dəyməliydi. Yan-yörəsinə boylandı, soruşmaq ayıb gəldi... - budur! tapdı! Içəri keçib... – ufff!! bu sahədə dünyada birincik!..

Hər tində-döngədə, sütunlar ətrafında bol-bol yeşiklər üst-üstə düzülmüşdü, yırtıq divanlar qoyulmuş, güvə yemiş döşəmə-palazlar sərilmişdi... Küçəyə çıxa bilməyəcəyini dərk edib boğulan kimi oldu və bu dəm qolunda qirmizi sarıq olan beli sim kimi nazik cavanca bir qiz Qələmə yaxınlaşdı, üzdən tanış idi: Görürəm yorğunsunuz, darıxmayın, - dedi, - qapılar səhər açılacaq... Gedək, indicə sizə yer taparam, mən növbətçiyəm, yatağım boşdur, sübhə yaxın azca dincələrsiniz. - Qələmi qolundan tutub ardınca apardı: Deyəsən, - soruşdu, - məni tanımadın? – səsi də tanış gəldi, üstəlik “sən” müraciyəti... Dərhal tanıdı, amma adını unutmuşdu: ikisi də Bi-Bi-Si’də eyni vaxtda milli redaksiyada çalışır, təcrübə qazanırdılar.

- Növbəti fırıldaq?

- Nəyi deyirsən?

- Belə də adam aldatma olar?!

- Aha, bildim! – güldü, birdən ciddiləşib: Elə partlayıcı, - dedi, - reportaj yazmışam ki!.. – Qələm qızın sözünü kəsdi:

- Əziz qonaq barədə?

- Qaçqinlar haqqinda!

- Nə yazırsan yaz, mənasızdır. – Qız az qaldi Qələmi boğsun. – Coşma, dedi. Mən də sənin kimi elə bilirdim yuxularım, - guya qiz onun çap olunan yuxularıyla tanışdır, - vəl-vələ salacaq!..

- Xəbərin varmı, - qizin odlu pıçıltısi az qaldi Qələmin qulağını yandırsın... – yox, bunu sonra deyəcək!..

Yerə sərilmiş döşək mitilsiz, üstünə atilan balışın yastıqüzü yox, yorğan da mələfəsiz idi... Uzananda qeyri-ixtiyarı qızı özünə sarı çəkdi, o isə: Tələsmə, dedi, sonra!..

Başı yastığa dəyən kimi varlığını unutdu, yuxusunda xarici qonağı gördü, Qələmə gülər üzlə yaxınlaşıb... - bu ki qonşu ölkənin prezidentidir! Putinin özü!.. Qələm tanış olduqlarına heç də təəcüblənmədi, demə neçə il əvvəl onu yuxusunda görmüşdü, kafedə bir masa arxasında oturmuşdular, sonra Putin oynaq idmanı yürüşüylə harasa tələsdi, Qələm – onun ardınca, amma Putinə çata-çatda zırpı qoruyucular yolunu kəsdilər, dedi: Vallah-billah şəxsən tanışıq, özündən soruşun, indəcə çörək kəsdik onunla!.. Qoymadılar yaxınlaşsın, indi isə Putinlə yan-yanaşı durub söhbət edirdilər.

- Nə danışırsan? hipnoz nədir, ovsunçuluq və sairə? Oxşar təcrübəmizi müzakirə edirdik başkanınızla, bizin tandemimiz sizə uyğun deyil, amma sizin varis-ikiprofilliyiniz dünyavi əhəmiyyətə malikdir, nümunə ola bilər bizim üçün!.. Birdən başqa mövzuya keçdi: Bir şeyi mənə anlat, səhərdən dərk edə bilmirəm: bizim “Dvores” adlandırdığımız bu möhtəşəm imarətə niyə “Saray” deyirsıniz? Axı, saray tör-tökuntu yeridir!..

Qələm sərt cavabı istədi ürəyində saxlasın, amma deməli oldu:

- Sevmədiyiniz türk-tatarları alçatmaq üçün siz bunu yaptınız, sarayın mənasını dəyişdiniz!

- Yoxsa karate ustası olduğumu unudub mənimlə dalaşmaq istəyirsən? Mən hazır, amma acımışam, - Putinin əlində indicə oddan çıxmış kartof göründü, bu nə möcüzədir? nə tonqal var, nə də kartof! Üfürə-üfürə yeməyə girişdi. – İndi isə güləşə də bilərik!..

- Ey, yer elə, özgə yatağda dalaşma!..- Qızın pıçıltısı Qələmi oyatdı, dərhal qızı bərk-bərk qucaqladı, istəyinin ən yüksək zirvəsiydi sanki. – Yox, dayan, sən bunu hökmən bilməlisən! Qaçqınlar elə bilirsən bizimkilərdir?! – Və Qələmin qulağı az qala partladı: Qarabağ erməniləridir!

P.S. Yuxuda prezidenti görən şəxsin ümidləri boşa çıxacaq.

Yuxuda kartof yeyən prezidentin aqibəti kartofa bənzəyəcək – soyulub yeyiləcək.

Bir yuxunun içində başqa bir yuxu görənə məsləhət budur: vacib bir işi təxirə salmasın, əldən çıxa bilər, tələssin!

Sabın əhvalatı

Hər dəfə təzə yazıya başlayanda, Qələm buraxılış sinifində yazdığı imla işini yad edir... Mövzusu sərbəst idi: Əzizim doğma vətən!.. Rəngarəng kürəcik qələmlərilə öz məxsusi boyası olan hər cümləni bəzəmiş və üstünlük, təbii ki, o zamanın ruhuna uyğun inqlabın rəmzi olan qirmızı rənginə verilmişdi, ayrı cür də ola bilməzdi: şairanə misralarla Qələm millətin Qızıl meydanlı paytaxtına köçmüş milli rəhbərini tərənnüm edirdi: Dillər əzbəri Qe’al! Ellər əzbəri Qe’al!.. yaxud rus dilində: Кому неведом он… - və sairə. yazılmış

Ədəbiyyat müəllimi Qriqori Abramoviç Qriç Qələmin sevincinə soğan qatdı: May bayramlı vərəqlərin, dedi, bir şagird işi kimi qəbul oluna bilər, amma jurnalist məhsulu kimi, axı, eşitdim jurnalist olmaq istəyirsən, eləmi? hələ çiydir, cплошной, - rusca dedı, - калям-балям!

Sonralar, qarmaqarışıq qaçqinlıq dövründə, İsrailə, Hayfa şəhərinə köçmüş Qriç (elə bil bizim Bakıkübədir...– “sizin” yox, məhz “bizim”!) vaxtilə sərt və kobud səslənən “калям-балям” sözlərinə görə üzr istəməsinə baxmayaraq, Qələm bəzən tələbə yazısını dəhşət içində xatırlayırdı: görəsən onun bər-bəzək, bal-şəkər dolu cızmaqarası indi hansı arxivdə saxlanılır – üzə çıxsa biabır olardı!.. Bəlkə əksinə – mükafata layiq görülərdi?..

Qələmin yadındadır, o zaman başqa bir xəbər də qanını qaraltmışdı: bu ul Qələmin seçdiyi peşə üzrə perəstişkarı məskan salmış şəhərə tələbə yeri ayrılmamışdı – adını dəyişməyə hazırlaşan Piter şəhərində təhsilini davam etdirməyə məcbur oldu.

Payiz günlərinin birində, hava tutqun, üşüdücü idi, göydən qar-yağış qarışıq nəsə yağirdi... - özünü yuxuda vətəndə, dogma küçəsində gördü, könül açan yaz havası idi, əynində yay köynəyi tələsmədən üzü yuxarı addımlayırdı... – bu mənzərə tez-tez yuxusnda eynilə təkrar olunurdu: yay günü, yaxası açıq köynək, doğma küçənin dar səkiləri, həzin gediş.

Amma bu dəfə çoxdan görmədiyi və unutduğu yuxu təkrarlandı, özü də qəribədir: indiki Qələm idi, duyğuları isə – o dövrdən qalma.

Birdən başı üstə şüara oxşar gur carçı səsi Qələmi diksindirdi. Kimsə ucadan, sanki küçələrindəki Təzəpir məscidindən azana çağırış idi: “Qələmlə fərəhlənək!” – dedi.

Bu mənəmi aiddir?!

Ardınca: “Qələmlə yazılan kəlamlarla fərəhlənək!..”

Yox, mənə dəxli yoxdur!..

Eşitdiyi şüarlar indi hər yerdə satılan və məmləkətdə dəbdə olan Quran misra-ayələrinə bənzəyirdi, evə döndükdə Siyavuşdan soruşar, dəqiqləşdirər.

Və bu dəm kimsə yolunun istiqəmətini dəyişib – düzü, hara getdiyini heç özü də bilmirdi – məscidə sarı saldı.

Budur Təzəpir məscidi, alaqapıdan keçər-keçməz... - tanıdığı-bildiyi məscidə oxşamırdı, üstü açıq kicik otaqlardan ibarət kantor idarəsinə bənzəyırdı. Birdən lap yaxından aləmə göy gurultusu kimi: “Tutuşduraq, - eşitdi, - qələmlə yazdıqlarımızı!.. - və ardınca səsin ahəngi və ruhu birdən birə dəyişdi: - Bəs deyilmi ardi-arası kəsilməyən başımıza yağdırdığın sənin tikanlı təhqirlərin?”

Bu dəfə Qələm nədənsə sualın məhz onun özünə aid olduğunu zənn etdi, çaşıb ətrafa boylandı, baxışı balkon-pəncərələri gəzdi, amma gözünə heç kim dəymədi, və eşitdiyilə razılaşırmış kimi, başqalarına zarafatyanı söylədiklərini təkarladı: Vallah-billah, dedi, günah məndə deyil, qələmimdədir, mən hey istəyirəm... – görünməs yol söhbətçisi sözünü kəsib amiranə tərzdə tələb etdi: “Tulla zibil yeşiyinə, sındır günahlarına bais olan bu nadürüst qələmini!” Seçdiyi zarafat üslubu qəbul olunmasa da bu səpgidə: Özümü necə sındırım? davam etdi.

Onunla höcətləşən birdən güzəştə getib: “Onda, - dedi, - al mənim qələmimi, işlət tərənnüm yolunda, bunu ki, bir vaxt bacarırdın, yadigar yazını yoxsa unutmusan?!”

Kimdənsə eşitdiyi gəldi dilinin ucuna, guya atasının vəsiyyətiymiş: Adi qələmdirsə, saxla özünçün, yox, əgər cihad qələmidirsə... – naməlum həmsöhbətçisi yenə tərbiyəsizliyini göstərib qoymadı cümləsini tamamlasın: “Ə, nə cihad? Nə qələm? Ağlını başına topla, çıx millətini satan sabın bişirənin yolundan ...”

… Anasının tamam başqa məkandan gələn tələbkar çağırışı yuxusudakı bütün səsləri batırıb Qələmin qulağını deşib oyatdı:

- Axı, demişdim sənə, ay bala, sabınımız qurtarıb!

Qələm güldü: - Vaxtinda xatırlatdın, ay ana!

- Nəyə gülürsən?

- Yuxumda az qalmışdı məni sabın bişirənə bənzətsinlər.

- Sabın bişirən kimdir?

- Bişirirdi də, satırdı da... Alveri həm özünü dolandırır, həm də millətin təmizliyinə xidmət edirdi, amma mən hara, o hara? Mən – təpəcik, o isə – dünyanin ən uca zirvəsı olan Camaldağı!

Başsız heykəllər

Olur belə hallar: Qələm həmyaşıdı Başqan‘ın əyri-üyrü şüuraltı yollarında aza-aza nəsə dərk edə bildi, onun xəlvəti işləri-niyyəti-duyğularından azmı-çoxmu xəbərdar oldu (bu da təxminidir), bilib-öyrəndikləri dondan-dona girib yuxuda əcayib şəkildə özünü göstərdi.

Qələmə - guya onu etibarlı sayıb (?!) - Başqan‘ın təklifi ilə təntənəli görüşlər-ziyafətlər üçün təzəcə tikilmiş binada iri bir zal ayrıldı, vacib iş tapşırıldı (bom-boş qalan bina üçün də iş tapıldı): buraya təşrif buyuran görkəmli şəxsləri-simaları garşılayıb ingiliscə onları salamlamalı, sonra böyüklərdən kiməsə mütərcimlik yapmalıydı, halbuki nə Başqan‘a, nə də onun quşların-heyvanların belə dillərindən məlumatlı olan ətrafındakılara beləsi gərək deyildi.

Qapılar taybatay açıldı və... - demə, qonaglar canlı insanlar deyil, heykəllər imiş!.. Fəhlələr döşəmənin rəngli-bəzəkli parketini amansızcasına cıza-cıza zala daşınan fiqurları divar boyu yerləşdirirdilər; bircəciyi əzəldən kresloda oturmuşdu, ayırmaq mümkün olmadı, eləcə də qaldı.

Qəribədir: heykəllər ayrı-ayrılıqda, qürurla öz məkanlarında ucalanda az-çox fərqlənir, seçilirdilər, hər birisi özünə görə samballı Mirzə idi, amma bir yerə yığılanda-cəmləşəndə nədənsə mirzə‘likdən çıxıb adıləşdilər, yamanca biri-birinə bənzədilər. Misal üçün... – yox, söz-söhbət vaxtı deyil, işləmək gərəkdir! Qələmin işi də, sanki yivaçan ustaydı, məlum oldu, aydınlaşdı: heykəllərin başlarını tələsmədən bədənlərindən ayırmaq gərək imiş, odur ki, alətsiz-flansız yüngülcə nərdivanı heykəldən heykələ sarı daşıyaraq hər bir nadir başı fırlada-fırlada – yivlər yaxşıca yağlanmışdı – rahatca bədənindən ayırır, geniş pəncərəaltında üzü küçəyə düzürdü.

Sonra fəhlələr başları zir-zibildən təmizləmək üçün qarpızsayağı qoltuğlarina alıb apardılar, hamıya doğma olanBəh-Bəh‘in başı ilə əvəz etdilər. İndi-indi Qələmə səfərbərliyinin səbəbi çatdı: demə, ümummilli ideyaya xidmət naminə cəlb olunmuşdur, bu çağırış da redaktəyə ehtiyacı olmayan şüar şəklindəydi: Vahid (valehedici, varlı, vərəsəli... və sairə v'ılar durna qatarıtək sira-sira ipək parçalarda həkk olmuşdü) dövlətin bütün heykəllərində bircə baş!..

O biri işə başlamazdan əvvəl Qələm azca dincəlmək üçün özünə tənəffüs elan etdi, çölə çıxdı və bu dəm çiyninə ağır bir əlin yükləndiyini hiss etdi, boylanıb... – polis geyimli pəhlivan vücudlu kişiymiş!.. Nədənsə qət etdi ki, artıq onu nə içəri buraxacaq, nə də çolə çıxmağa qoyacaq. Polis lal baxışı ilə suallar yağdırdı Qələmə: kimsən? nəçisən? işin-peşən?.. amma dilindən bircə sözü qaçırtı: günün parolunu soruşdu.

- Ə, nə parol? Kompütersən-nəsən? – Əslində parolu demişdilər, amma unutmuşdu, yadına heç cür sala bilmirdi! – Səhərdən burda çalışdığımı görmürdün yoxsa?

Deyəsən tanıdı Qələmi, sigaret təklif etdi, hətta parolun tarixini, ağzı yırtıqmış demə! danışdı, bəzi sirləri açdı. Bəh-Bəh dövrundə, demə, parol üçün məişətə aid sözlər seçilirdi: su, hava, aşsüzən, dolça, lavaş... –“Qonşularımız, - dedi, - digər məmləkətlərdə erməni lavaşı adı ilə satırlar, olsun, biz tox millətik!” – noxud, mərci, qarabaşaq... – “Bilmirsən nədir? Eşitməmisən? Ay-hay! Qreçkadır da!..” İndi isə, Başqan illərində, dedi, parollar əxlaqidir, guya fəlsəfidir, - yoxsa bu da narazıdır? Birdən söhbət əsnasında bugünün parolu Qələmin yadına düşdu:Yalan!

“Yox, səhv işlətdin!.. - və nədənsə şübhəli-şübhəli Qələmə baxdı: Yalan bugünün deyil, sabahın paroludur, indi isə parol... yox, axı, necə ola bilər ki, sabahkı parolu bilirsən, bugünkünü bilmirsən? Bu sirri sənə kim açdı?! ” – Harasa cib telefonuyla zəng çaldı, azca uzaqlaşdı ki, məxvi danışığı eşidilməsin, və Qələm fürsətdən istifadə edib əkildi.

... Narahat hissiylə Qələm yerindən atıldı: ümummilli tapşırığı büsbütün unudub axıra çatdırmadan meydanı tərk etmişdir!.. Sanki xəyanəta yol vermişdir – axi, pəncərəaltında yığılan başları başsız bədənlərə bərkitməliydi!.. Bir-birinə oxşar başlar zalın bir tərəfində, boyca-vücudca samballı, lakin başsız qalmış bədənlər - əks tərəfdə... Zala girib-çıxan camaat içi boş başları külqabı bilib... - biabırçılıq! təcili özünü o binaya çatdırmalıdır!..

Amma bir şeyi dərk edə bilmirdi Qələm, çaşıb qalmışdı: tamammı oyanmışdır, yoxsa hələ də yuxu görürdü? Oyanıbsa – narahatçılığı mənasızdır, heç yerə tələsmək lazım deyil, yox, hələ də yuxudadırsa – bəs onda zalı niyə könüllü tərk edib işini yarımçıq qoymuşdur?

İki eşşəyin arpası

Yuxusunu təcili yazmalıdır – tez unudulur... Yox, əvvəl dünənkini qeydə almalıdır, yoxsa yaddaşından tamam silinər. Üstü müşəmbəli masanin kənarında oturub unutmasın deyə tez-tələsik cızmaqaraladı, amma yaza-yaza həvəsə düşdü, sözlər qatarlandı, cümlələr hərəkətə gəldi.

Məşhur ovsunçu Piybasmışov [deyəsən, Jirinovski nəzərdə tutulmuşdür, amma Araqızışdranov təbiyətinə daha uyğun olardı. – Ç.H.] demə Qələmlə tanış olmağ arzusundaydı, odur ki, bu dəfəki yeni qurulmuş dövlətə növbətiyardım səfərində Qələmi filarmoniyada keçirilən görüşünə dəvət etdi. Guya, Qələmin “İki eşşəyin arpası...” yazısını oxuyub bir şərqşünas kimi bəyənmiş və siyasi rəqiblərini sancmaq üçün nitq sözlüyünə daxil etmişdir: İki eşşəyin arpasını bölə bilməyən şəxs, - deyirdi (amma bu atalar sözünün özünə də aid olduğunu daxilən yaxşı bilirdi), - böyük dövləti (yaxud partiyanı, məmləkəti, milli cərəyanı, xalq cəbhəsini və sairə) necə idarə edə bilər?!

Səhnə kimsəsiz idi, amma hazırcavab qonağın izi-kölgəsi görünür, ruhu duyulurdu. Zal da dolu idi, amma bir-birinə oxşar məmur geyimli – hamının əynində qara pencək, ağ köynək, tündçəhrayı, yox, moruq rəngli qalstuq – tamaşaçıların sir-sifətindən maraq deyil, narazılıq yağırdı, axı, onları qazanc kətirən masa-vəzifələrindən məcburən ayırıb buraya yığıldılar, həm vaxt boş-boşuna gedir, həm də günlük gəlir (camaatı aldatma-alçaltma oyunları da həmçinin). Birdən qara gözlərdə dələlik qığılcımları parlayıb söndü, baxışlar keyləşdi, dəlixana mühiti duyuldu, sanki sakitləşdirici dərmanlar indi-indi öz təsirini göstərməyə başlamışdı.

Sükut vahimələşdi, Qələm hökmən nəsə qeyri-adi bir söz deməlidir, bəlkə... yox, yuxu söhbəti ola bilməz, yasaqdır, zərzimi kriminalı qəti tapşırmışdır!.. Bu dəm səhnə arxasından çıxan bir qız padnosda su-fincan gətirdi, Qələmin qolundan tutub səhnəyə tərəf çəkdi, nədən qorxursunuz, - şirin-şirin pıçıldayıb mirvari dişlərini göstərdı, -siz ki, uça bilirsiniz, bədəbəddə məni də qoltuğunuza alıb, – gülümsündü, - xilas edərsiniz.

Zalda oturanların oxşar bığları bircə xəttə bənd idi: çək – sira-sira düzülsünlər, və gördüyü bu mənzərədən bığlarını təzəcə qırxmış Qələmdə (guya bığı yeganə kişilik simbolu bilənlərə etirazını bildirmək istəyirdi) qəribə bir fikir oyandı: Bircəciyiniz də, - dedi, - özü ilə tamaşaya nə arvadını gətirdi, nə də rəfiqəsini, səbəbini söylüyümmü?

- Söylə, eşidək!

- Sirrlərinizin açıla biləcəyindən qorxdunuz!

Qulaqlar şəkləndi: - Ə, nə sirr?!

- Guya kişisiniz!

Gözlənilmədən zalda etiraz, üsyan deyil, güclü bir haqqırtı qopdu, səhnə qəh-qəhədən silkələndi, dalğa Qələmin sinəsinə vurdu.

- Ay hay! Özünə bir bax!..Cocuq kimi... – Birdən-birə üşüdü, baxdı gördü ki, ayaqyalındır, əynində qolugödək köynək, şalvarı da – səhnədəki masanin altı açıq idi, gördülər – dizəcən!.. Bu geyimdə dediyinə kim fikir verəcək?!

Elə bildi ki, ayılıb, səhnədə təkcə özüdür, zal da bomboşdur. Qiz yaxınlaşdı, demə, yuxuda inildəyirmiş.Hipnozdanmı? Sualı cavabsız galdı, ekstrasensin, dedi, yazığı gəldi, oyatmadılar Sizi. Qız maraqla baxır, onun da gözləri qıza zillənmişdi, nəsə olmalıdır!.. İndi? Burada?! Acığı tutdu istəyinə, belindən üşütmə keçdi: bəlkə tələdir? Yoxsa arvadı ilə küsülü olduğundan xəbərlidir? Nərgiz incikliklə: Bilmirəm, – dedi, – gercək aləmdəsən, yoxsa virtual? Məni görürsənmi? Eşidirsənmi məni? Nə? Qonorar? Yoxsa yuxularına aldığın pulu qazanc bilirsən? - Sənin pul həsrətli olduğunu... – Nərgiz sözünü yarımçıq kəsdi: - İndi bil!

Arvadına olan qəzəb qiza istiqamətləndi, bunu duyan qızin yanaqlarına, Nərgizdə olan kimi, qizartı çökdu, daha da qəşəngləşdi, qəribədir, Nərgizlə küsəndə yuxumda mütləq yad və cəlbedici bir qız görürəm!.. Amma həqiqətənmi küsülüdülər, yoxsa yuxusunda olmuşdur bu?.. – Nərgiz təəccüblə Qələmin peşmançılığından doğan tövbəsini eşidib çiyinlərini çəkdi: nə ekstrasens, nə qız?.. Amma qonorar söhbəti olmuşdur! Nərgiz aralarında yaranmış ayrılıq səddi uçurmaq istəmədi, sadece Qələm deyil – özü də axtarışda olduğunu duyurdu.

Qələm yazısını gözdən keçirmək üçün mətbəxə çəkildi, yuxu dəftəri yerindəydi, amma vacib saydığı qizin kompüter ünvanı yazılmış kagiz parçası gözünə dəymədi, çox axtardı, otaqdan otağa keçdi... Nərgiz: - Nəyi axtarırsan? – soruşdu, Qələm, gizli bir iş görürmüş kimi, dinmədi, qaçdı sualdan... - yox, əvvəl srağagünku yuxusunu yazmalıdır, sabah tamam unudular!..

Ətrafdakılar onu Azadlıq meydanında qurulan tribunaya doğru itələyir, hey səhnəyə çıxıb toplaşan camaata nəsə vacib bir söz söylemesinə çalışırdılar: - Axı, bilirsən, de də!

Qələm də çaşıb qalmışdı: - Azmı demişəm? – bağırdı.

- Nə demisən ki?..

Meydan uğuldayır, dalğalanırdı... –

Qoruyun yəhudiləri!

Onunla masa arxasında üz-üzə oturanın məhz Beriya olduğunu Qələm qəti bilirdi – rəhbərlər səni rahat buraxmir, şüuraltı diqqətini yaman cəlb edir, yoxsa onlardan olmaq arzusundasan?

Qələm hakimin ayna gözlüyündə özünün əyri, eybəcər əksini gördü, burnu yamanca şişmiş, çənəsi əyilmişdi... - gözlüyünün arxasında çəpəki işıltı parladı, Beriyanın baxışı çancdı Qələmi. Və bu dəm eşitdiyi qadın səsi tanış gəldi ona... – Ella! Onun səsidir! Məktəb sevgilisi Krasavçenko!.. Tərsinə yazdığı eşq məktubunu xatırladı: İnəs mərives! – o zaman gülüş doğuran sevirəm səni indi lap ermənicə səslənirdi. İlk dəfədir onu yuxusunda görürdü.

Qız sevinə-sevinə: - Afərin Qələmə, - dedi Beriyaya, - cəsarət edib bizim ivrit dilimizi öyrənir!

Beriya, çəpəki olsa da Qələmin duyğularını dərk edib, niyyətindən xəbərdar oldu: - Dəqiqləşdirin, - tələb etdi qizdan, - ivrit yoxsa erməni?

Ella eşitdiyindən diksinsə də vecinə almadı, sualı cavabsız buraxı qalıb səslə ucadan elan etdi: - Qələmin arzusu mənimlə İsrailə getməkdir!

Beriya gözlüyünü sərt hərəkətilə çəkib təəcüb-narazılıq dolu baxışını Qələmə zillədi, o da dərhal Ellanın dediklərini zarafata çevirməyə çalışıb, Beriyanın xoşuna gəlmək üçün gülə-gülə: - Mən, Lavrentiy Pavloviç, - dedi, -eşq yolunda... – Beriya sözünü tamamlamağa qoymadan, amiranə tərzdə:

- Mənim qərarım, qəti dedi, budur: nə getmək lazımdır, nə də öyrənmək!

Qələmlə qız narahatçılıqla biri-birinə baxdılar: Qələm – məzəmmətlə, Ella isə günah işləmiş kimi, axı, sirr idi, öz aralarında bu fikrə gəlmişdilər, nahaq açdı gizlin olanı!..

İndi nə Ellanı buraxarlar getsin, nə də Qələmə icazə verirlər!..

Ella unutdumu yoxsa? Bilmırmi Qızıl meydanda edam gözlənilir?! Beş nəfər yəhudi - satqın cani-həkimklər dar ağacından asılacaqlar!.. Qırğinlar başlanacaq! Hökümət yəhudiləri guya xalqin qəzəbindən qorumaq üçün onları qatar-qatar Uzaq Şərqə, Sibirə sürgün edəcəkdir!..

Amma Qələm artıq başqa aləmdəydi, yuxu məkanı dəyişmişdi!..

El-Qüdsün merac meydanında Ömər məscidinin qizil gübbəsini seyr edir, incəbel gidi dinləyir... Qızın səsi çox tanış gəlir Qələmə, diqqətlə qıza baxıb... – bu ki Elladır!

Qeyri-ixtiyarı: - Ella! – deyir.

Qız təəcüblə Qələmə baxır: - Bağışlayın, - deyir, - mən sizi tanımıram.

- Ay xanım Krasavçenko, nə olub, niyə tanımırsan məni?

- Oy, Qələmçik, nə yaxşı ki, gəlmisən! Yox, bizdə qalacaqsan!.. Səni sürpriz gözləyir!

- Cocuqlarmı?

Ella duruxdu: - Anlamadım, hansı cocuqları deyirsən?

... Bura uçmadan öncə Qələm yuxuda Ellanı görmüşdü, onu Nərgizin xahişi ilə doğum evindən alıb gətirməliydilər, axı, əkiz oğlan uşağları bic doğulub, odur ki, şəfqət bacısı cocuqlari təntənəli şəkildə ata rolunu oynayan Qələmə təqdim etməli, necə deyərlər, onun qoltuğuna verməliydi!..

Təbii ki, bu anda Nərgiz eyham dolu baxışını Qələmə tuşlayıb: Bəlkə rol deyil, elə sən özün, – demişdi ona, -əsl atasan?

Qələmin yadında deyil: bu eyhamı eşidib susdumu? inciyib rədd etdimi dağ boyda olan bu böhtanı? yoxsa zarafata salıb günahını etiraf etdi?..

Sanki Ella onların bu söhbətinin şahidiymiş!..

- Sürpriz bildiyin çatdı mənə!.. Boşa çıxan ümidlərinə heyfslənirsən!

- Yaxşı tapdın – ürəyimdən keçənləri söylədin!

- İndi də gec deyil!.. – Gülüşdülər.

Bəlkə vəd etdiyi sürpriz budur?

Yox, bu dəfə yuxunun qıfılını sındırmaq gərəkdir, Qələm özü demişkən:

Yazını finallamaq – köhlən atı nallamaq kimi bir şeydir!..

Siyavuşun yadına (hələ qəti bilmir: işıq üzü görəcək bu yuxu ya yox?) köhnə anekdot düşdü.

Qocaman türk ağsaqqalına: - Ay dünya görmüş ulumuz, - sordu camaat, - bizə olan vəsiyyətin nədir? Söylə - eşidək!

Qoca: - Yəhudiləri, - dedi, - qoruyun!..

Pərt oldu qohum-əğraba: Ə, - fikirləşdilər, - yəhudilərin bizə nə dəxli?! Sarsaqlayır deyəsən ağsaqqalımız!..

Qoca duydu onu dinləyınlərin təhqirini, amma susdu, üz vurmadı, neynək, hələ kaldılar, dəyməmişlər!.. Yekunlaşdırmaq istədı fikrini, öz-özünə dedi:

- Nə qədər ki, yəhudilər vardır, yaşayır yer üzündə, bizi rahat buraxacaqlar! Dad o gündən ki... – fikrini tamamlamayıb dəyişdi qoca dünyasını.

İsveç kralı XII Karl

Bulvarda təsadüfən rastlaşdığı boyugödək enlikürək bığlı kişi sanki çoxdankı tanışı idi Qələmi söhbətə tutdu: - Təklifim var, - dedi, - gəl tarixdə baş verən savaş-müharibələri tərsinə oxuyaq! – Seyrək bəyaz bığları biz-biz idi, sanki davakar təbiətindən xəbər verirdi. – Misal üçün soldan sağa deyil, sağdan sola!

- Yəni güzgüvari?

Qələmə dik baxdı - eşitdiyi xoşuna gəldi:

- Hə, məhz sən dediyin kimi! Gəl rusların isveçlərlə olan Poltava döyüşünə nəzər salaq... - Qələm sözunu kəsib:Bunun, - demək istədi, - bizə nə dəxlı, ay dayı? Öz tariximizdən danışaq! - amma dinmədi. – Hə, təsəvvür edək ki, qələbə çalan Birinci Pyotr yox, isveç kralı Onikinci Karl oldu!.. Yaxud Qazan savaşında Moskva çarı deyil, Qazan xanı üstün gəldi.

Birdən Qələm duruxdu: bu ki onun kimya müəllimidir! Soy adı da, təsadüfi oxşarlıq, Mendeleyev idi!.. Mix(ail) Mix(ayloviç)in adını şagirdlər MıxMıx’a çevirmişdilər... İllər ərzində boynu çox-çox gödəlmiş, bədən elə bil kiçilmidi, üstəlik xoruz dimdiyinə oxşar burnu daha da itiləşmişdi. Onun bəzi tarixə aid müqayisə-təşbihləri o zaman dissidentvari səslənirdi, sanki kiməsə cəsarətini göstərmək, kiminsə diqqətini cəlb etmək (yaman vurulmuşdu tarix müəlliməsinə, hey pıçıldaşırdılar!) istəyirdi:

“Bizim İlahi qəzəbinə ducar olmuş qan rəngli məmləkətimiz heç cür fəlakət-faciələrdən yaxa qurtara bilmir, -deyirdi. – İki əsr ard-arda ölkəyə şiddətli şaxta gətirən qəddar başçılardan sonra, adlarini deməyəcəyəm, özünüz fikirləşib tapın (amma saniyə keçməmiş deyirdi: Birinci Nikolay və Stalin), bahar ümidimiz hər dəfə boşa çıxır, bunun da niyəsi-zadı yoxdur, belə olub beləcə də davam edəcək. Çünki qanla yapışdirilan ölkənin geci-tezi var, bir zaman parçalanıb dağılacaq!

Kimyaçının“Dediyimdən özünüz nəticə çıxarın!” kəlməsi vaxtilə onun şagirdi olan indiki Başqan’i təsirləndirmiş, evdə bunu atasına demiş, Qeal da oğlundan eşitdiyi bu ifadəni bəzi cüzi əlavə-dəyişiklərlə siyasət şüarına çevirib tabeliyində olanlara:“Mənim dediyim istiqamətdə fikirləşib asanlıqla çıxış yolu tapa bilərsiniz!” tapşırmışdı; bəzən isə elə mənalı-mənalı susurdu ki, demək istədiyi baxışlarından oxunurdu. Guya... – yox, Ziya-Elmar qətlinin bu kimi eyhamlı susmalara heç bir dəxli yoxdur: guya... və sairə (şair demişkən: Qıfıllayıb at açarı Xəzərə!..)

Eks-müəllim Qələmin xəyal yollarında azdığını görüb amiranə tərzdə ona: - Nə durmusan, - dedi, - çıxmeydana, eşitdiyin dərsimi təkrarlandır!

Qələm də tarixə aid eşitdiklərini ucadan təkrar-təkrar: - Ay məni dinləyən isveç, sənədir, - dedi, - sözüm! -Şeytanbazarda isveç nə gəzir? Amma deməlidir: - ! Xoş sözlə, ay isveç, Onikinci Karl kralını yad et! Qalib olan gününü bayram kimi qeyd et! Birdəfəlik imperiya iddiasından-xülyalardan yaxasını qurtardı! Qələbə çalan Rusiyanın – Allah göstərməsin – gününə düşərdin, ay isveç!.. Hər tərəfdən nifrət yağır galiblərə!

Eşit məni, ay fransıs! Tək-tənhadir məğlub olmuş Bonapart, yoxdur yaninda sevimli marşalları, qolları sinəsində çarpaz xəyala dalmış, tarixin gedişindən, məğlubiyyətinin faydalı olduğundan xəbərsizdir, bilmir ki, qələbə çalan Rusiyanın ağibəti uğursuzdur!..

Ay alman, vaxtilə haqqınızda deyirdilər: bir alman – bir əskər, iki alman – iki əskər, üç alman – üç əskərdir, indi isə... – səni devirən qaliblərin gününə ağla, özlərini bəxtiyar sanan bədbaxtlar gör nə gündədilər!

Ay tatar, nə yaxşı ki, neçə əsrdir qələbə eyforiyasından, üstünə yağan lənətlərdən uzaqsan, qaliblərə xas lovğalıq qudurğanlıq qurdu səni yemir!

Qələm MıxMıx’a ötəri nəzər salıb azca çaşdı: eks müəllimin gözləri kəlləsinə dırmaşmışdı, baxışından təəcüb yağır, narazılıq oxunurdu: bu nə yeni nəzəriyyədir? necə yəni uduzan qazanır?! bunu deyən ya qorxaq, ya boşboğaz, ya da satqındır... Üstəlik dinləyicilər də dilə gəldi:

- Biz ki tatar deyilik?

- Azlar kimi tanınsaq da... - tapdığı ad xoşuna gəldi, amma Qələmin sözünü dərhal kəsdilər:

- Az deyilik biz!

- Çox olsaq da, - sözünü tələsik davam etdi, - əslində azdan da azıq, bircə tayfadan ibarətdir indi millətimiz!.. O ki qaldı ayklara... dediyimi qoy eşitsinlər: zəbt etdiyin torpaqlarımıza nə ayaq basa bilirsən, çünki hər tərəf minalanmış, nə də rahat nəfəs alırsan, çünki hava gercəkləşə biləcək qarqışlarla doludur!..

- Bəs biz? Tamam utdunun bizi!

- Məsləhətimi eşitmək istəyirsinizsə... - bütün işlərinizi atıb, qayqılarınızı unudub meydanlarda toplaşın, ucadan “Sarı gəlin”i oxuyun, oxuyun, oxuyun, ta səsiniz günəş kimi batanacan oxuyun, oxuyun!.. – Ətrafa boylanıb mənzərənin tamam dəyişdiyini gördü – MıxMıx gənc alim Qələm Alışanovu elmi şuraya təqdim edir, onun hansısa ixtiralarının namizədlik dərəcəsini ötüb birbaşa tibb (bəlkə tarixi?!) doktoru adına layiq olduğunu vurqulayırdı.

Qələm təşviş içindəydi: nə ixtira?! Tibbə aid anasının qan təzyiqini ölçməklə bərabər bir də onu bilirdi ki, cəmiyyətin qızdırması 38,8-dir.

Bomba: - Oy, alışıb yanırsan, Qələm! – dedi.

Qələm könülsüz: - Soyadıma uyğundur! – zəifcə gülümsündü.

Bomba isə qızdırmanı kəsmək üçün cəld buz kimi soyuq, ağappaq və öpümlü yumşaq yarımkürə yanını Qələmin od kimi yanan alnına yapışdırdı. Qələmin əlləri Bombanın... – və birdən Qələmdə elə bir güclü istək-həvəs alovlandı ki!.. Bomba dərhal ana qayğısilə: - Yox, - dedi, - tərpəndi yoxdur, burax oyunlarını!

Bombardman

Qələmim yuxusu ərşə çəkilmlşdi – yalnız səhərə yaxın bu yuxunu görüb azacıq da olsa yata bildiyini dərk etdi: yuxu görübsə, deməli yata da bilmışdı.

Hansısa bazardadır, el-Qüds-Yeruşalaym bazarına da bənzəyir, Bağdad da ola bilər, hər iki şəhərdə olmuşdu, - darısqal, uzandıqca əyri-üyrü dolaşıq yollarla uzanan bazar idi. Özü də çox yüksək: üst-üstə, mərtəbə-mərtəbə ucalır, pillələr də ipdən hörülmüşdür – yelkənli gəmiydi sanki.

Amma qəribədir: alış-veriş ərəbcə deyil, türkçə gedirdi.

Bazarın uğultusunu nəzərə almayan Qələm camaatın diqqətini cəlb etməyə çalışır, Tanrının guya məhz ona bəxş etdiyi qələmin əhəmiyyətindən, müqəddəsliyindən, gələm cihadından danışırdı, hətta “dinləyin məni!” əmr edirdi.

Səsi gur, fikri aydın, cümlələri yığcam və məntiqliydi, özünü də təəcübləndirən həvəslə çıxış edirdi. “Amma etiraf edib deyirəm ki, mən özümü qələmim sahibi deyil, qulu sanıram, qələm ağamdır mənim, əslində elə adım da Qələm yox, Qələmqulu’dur, inanmırsınız pasportumu göstərə bilərəm!..”

Yaxında oturan satıcılardan birisi Qələmə qulpları olan ağır tunc qazan uzadir: Sözlərindən, deyir, dadlı xəşil bişirərsən!.. İstehzanı duysa da qazanı alır, qayıdanda artıq yük olacaq, nəyimə gərəkdir?! Təşəkkür edir, o isə üstəlik Qələmə bir ovuc rəngli qələm verir, al, deyir, götür, yuxularını (“oxlarını” eşitdi) rəngləyərsən!

Cavan bir oğlan Qələmə yaxınlaşıb rusca: Mən yəhudiyəm, deyir, çıxışınızı lentə yazdım, sürətini çıxarıb verə bilərəm. Aha, deməli Yeruşalaym bazarıdır... Oğlanin adı qəribədir – Zərifət: Bilirəm, dilinizdə zarafat kimi səslənir, üstəlik bu ad sizlərdə qadın adıdır.

Qələm, oğlanı sakitləşdirmək məqsədilə indicə ağlına gələni söyləyir: guya “at-ət” əlavəsi adın cinsı mənsubiyətini dərhal dəyişir... – “kişi” əvəzinə “erkək” sözünü işlətdi. Oğlan da nədənsə qürurla, hətta fəxrlə, bir daha: Mən yəhidiyəm! – təkrarladı. Bunun söhbətimizə nə dəxli? – soruşsa da, öz-özlüyündə Qələm oğlanın fərəhlənməyə haqqı olduğunu etiraf etdi, belə millətdən olmaqda bəxti gətirmişdir!.. Nə isə!..

Ətrafa boylanıb nə görsə yaxşıdır? Tanış simalar! Elə bil televizor ekranından yaxud kitab cildlərindən çıxmışlar: adları əzbər bir dəstə yazıçı, Badikübədən qonaq gəlmişlər, hamı da – ağsaqqal, həm əyani, həm də qiyabi; yox, sıralarında cavan bir qız da var, bəlkə tərcüməçidir?

Bazar əhli elə biləcək Qələm də onlardandır, bunu özünü azad yazarlar ocağından sanan Qələm nədənsə qətiyyən istəmirdi – qonaqlardan aralanmağa çalışdı, amma maraq üstün gəldi, nəsə deməlidir, hətta ürəyindən dəbdə olan yaltaqlanmaq keçdi, heç olmasa özünü tanıtdırmalıdır: guya yuxularını məhz onların fikrini bilmək üçün çapa verir.

Əzəldən (təbiətcə?) xoflu olan dəstə rəhbəri indicə eşitdiyində nəyisə xoşagəlməz eyham duyub (Qələmin yuxularından, demə, bixəbərmiş) mətləbsiz və bəyannamə kimi səslənən rəsmi tərzdə: Biz, dedi, bura ərəblə turkləri yəhudilərə qarşı qoymaq niyyətilə, yaxud İsraili İranla toqquşdurmaq üçün gəlməmişik, odur ki... – səsi birdən birə batdı, dodağları tərpənir, göz-qaşı oynayır, amma dediyi sözlər eşidilmirdi: başları üstündən qulaq batırıcı gurultu-uğultuyla bir sıra hacıleylək bənzərli, burnu uzun və vahiməli, geniş qanadlarında isə altıbucaq ulduzlar parlayan, yeri-göyü sarsıdan təyyarələr ardı ardınca asimanı yarıb vıyıltı-vızıltıyla şərqə doğru uçdular.

Və birdən birə bazara sükut qondu, tam sakitlikdə zil səs ox kimi sinələri deşdi:

- Dava başlandı!..

Arxasınca rəsmi səslə anlamadıqları dildə, Qələm: ivritcədir! – yəqin etdi, nəsə elan olundu, rusdilli yəhudi, demə, burdaymış, barmağını tuşlayıb:

- Eşidin! – dedi. - Nüvə məskəni nəhayət uçurulub darmadağın oldu! - Və qaliblər kimi sevinə-sevinə bazarı tərk edib bir andaca yoxa çıxdı.

Həyəcanla həmyerlilərinə ötəri nəzər salıb çaşdı, təəcübləndi: baxışlarda qorxu əvəzinə... sevinc parlayırdı! Bəlkə yanılır, çaşqınlıq əlamətidir? Amma dərhal: Axı mən də sevinirəm! – keçdi ürəyindən. Aha! Dirçələn ümidlər, arzular!

Birdən yazarlar dəstəsinin rəhbəri ağappaq üzünü cəld Qələmə çevirdi, par-par alovlanan gözlərini ona dikib amiranə tərzdə: - Nə durmusan?! – dedi. – Bir çarə qıl!

- Yaxşıca günahkar taptınız!.. - Qələm tərcüməci saydığı qiza nəzər saldı, o da eynəyini çıxardıb diqqətlə Qələmə baxdı, bir müddət gözlərini biri-birindən ayırmadan baxışdılar, sonra qız, sanki başçının acığına, mülayimcəsinə: - Siz, - dedi Qələmə, - tamamilə haqlısınız!

- Mən ki bir söz demədim, ay ceyran qız? ... – belə bir müraciət, bunu özü də duydu, yersiz səsləndi, amma vəziyyətin gərgin olduğundan dediyinə fikir verən olmadı:

- Yuxu sahibisiniz, hər halda əl-ələ verib bizi yuxunuzdan təcili çıxara blərısınız! – Qiz Qələmə yaxın durub qolundan möhkəm yapışdı, Qələm də qızı bərk-bərk qucaqlayıb var gücünü topladı, yuxu pərdəsini qırıb qızla bərabər yuxudan çıxa bildı.

Oyanıb özünü çarpayıda tək gördü: qızın yaxınlığı elə açıq-aydın idi ki, tək-tənha qaldığına inanmadı, inanmaq istəmədi, tələsik ovcu ilə yorğanı-balışı gəzdi... - yox idi qız!

Gözu pəncərələrindən görünən reklama sataşdı – yeniliklər lenti sürətlə yeriyir, son xəbərlər bir-birini qova-qova yürüyürdü: hədələr! bağırtılar! toqquşmalar! qarqışlar!

Evdən çıxdı.

Xiyabanın başında ucalan canlı ekranın mənzərəsi də büsbütün dəyişmişdi: meydanda fərəh içində dalğalanan camaatı əbədi gülərüzlə salamlayan Bəh-Bəh ekranda artıq görünmürdü, peykin çox-çox hündürlükdən çəkib göstərdiyi mənzərə tamam başqaydı – qara nöqtələrdən yaranmış insan seli nazik mavi sapa bənzər çayı keçib o taydan bu taya dalğa-dalğa axırdı.

Bəlkə yuxu davam edir, bitməmişdi?

Təşkil olunmuş oğurluq

Qələmin narahatçılığı oyandıqdan sonra yarandı: gecə yataqda tamam yad bir qadınla bərabərdilər. İndi isə - Nərgizin özü, heç də təəcüblənmədən onun səhər yeməyini hazırlayırdı.

İştirak etdiklıəri iş adamları konfransı bitmiş, az sonraysa səfərdən evə qayıdacaqlar. Qonaqları mehmanxanada deyil, komunal evdə yerləşdirmişdilər, hətta onların bütün yol xərcini çəkən qonşu oliqarx da mehmanxanada deyil, onlarla bərabər burada qalırdı... – koridorda göründü, demə, pul dolu qalın portmanesini qapı ağzında qoyub unutmuşdu.

Qələm yarıməzəmmət tərzdə: - İtirə bilərdin... – dedi.

- Canın sağ olsun.

- Hər halda...

- Cəld tərpənsəydin, sənə qismət olardı. Həyatımda o qədər pullar itirmişəm ki!..

Az bir müddətdə koridorda qalmaqal başlandı, konfrans iştirakçıları hərəkətə gəldilər, tualetə və vanna otağına növbə durdu... Qələmin gözləməyə hövsələsi çatmadı, bu basa-basda nəinki yuyunmağa, heç saqqalını da qırxmağa macal olmayacaq, odur ki, təcili vağzala getməyi qərara aldı, Nərgiz də razılaşdı: Görürəm darıxırsan, orda göruşərik, - dedi, - yoxsa həmişəki kimi əsəbilikdən səni allergiya tutar, asqırığından baş-beynimiz gedər!..

Qələm tez-tələsik şey-şüylərini, kağız-kuğazını çantasına atıb küçəyə çıxdı, maşın tutub, keçən əsrdən qalma köhnə “Moskviç” idi, Sür vağzala! – dedı. Sürücü bir-iki tin dolayı yollarla keçib maşını kiçikcə meydanda saxladı,bir dəqiqəliyə çıxdı, Qələm də oturub gözləməli oldu.

Vaxt keçir, sürücü isə görünmürdü... – birdən yanından bahalı markalı bəyaz bir maşın şırıltı ilə keçib sürətlə uzaqlaşdı. Qələm ötən maşının ardınca baxıb yan-yörəsinə boylandı, gözü oturduğu maşının arxasına sataşdı, yük bölməsinin qapısı açıq idi! Şübhə-təşviş içində çəld maşından çıxdi: çantası yox idi! Oğru da, dərhal anladı, həmən bahalı maşını sürüb əkılən “Moskviç” sürücüsüydü!.. Şey-şüyü heç – kompüter oğurlanmışdı!..

Təcili polisə xəbər verməlidir. Harada yerləşdiyini dedilər, Qələm maşini tərk edib, sürücünün adamları yəqin ki buradadılar, göstərilən səmtdə irəlilədi... Dar yollar, zibilli həyətlər, qapıları küçələrə açılan kiçik evələr... Polis idarəsi yarıqaranlıq bircə otağda yerləşirdi, uzun masa ətrafında iki nəfər polis oturmuşdu, Qələm başına gələni danışdı. Polislər susub mat-mat Qələmə baxdılar, sonra girdəsifət birisi şübhəli-şübhəli dilləndi:

- Yəni, çantanı apardı, maşını da atıb getdi, eləmi?

- Bəs mən nəyi deyirəm?

- Təklifin nədir, deyirsən bütün işlərimizi atıb çantanı axtaraq?

- İçində kompüter, vacib yazılarım... Əlbəttə, hər şey şərti, nisbidir...

- Allaha şükür elə ki, - qıfılladılar söhbəti, - sağ-salamatsan!

Qəribədir: polisin biganəliyi Qələmin halını heç də pozmadı – kompüterini onsuz da dəyişməliydi, proqramı köhnəlib, bütün yazılar da fleşdədir, odur ki, polislə razılaşaraq: - Hər halda, - dedi, - gec-tez oğru tapılacaq, mənim telefon nömrəmi yazın... – amma yazmaq üçün bir parça kağız da tapılmadı: - Onda, - dedi, - öz nömrənizi söyləyin, yazım!.. - Nədənsə bu da baş tutmadı, baxışlardan “əl çək bizdən” oxunurdu.

- Yaman, - dedi, - qəzetə yazılası əhvalatdır!.. – Hədə kimi səsləndi, amma heç veclərinə də almadılar:

- Yaz, - dedilər, - ürəyini boşalt, həvəslə oxuyarıq!..

Küçələri qarmaqarışıq qəribə şəhərdir: yenə yollarını qarışdırdı, meydança da elə bil yoxa çıxmışdı – hey gedir, nə bir tanış ev, nə də... – yox, ona yol göstərən paltaryuyan qadın yerindəydi, amma bu dəfə Qələmi sanki tanımır, hətta ona baxmaq belə istəmirdi.

Qələm tələyə düşdüyünü zənn etdi və bu dəm başında şübhə alovlandı: Təşkil olunmüş oğurluqdur!.. Dəftər! Sülaləyə aid daxili intriqalar!

Qələmə bütünlüklə və müfəssəl ailə sirrlərini dünənki ziyafətdən sonra nəyinsə təsirindən oliqarxın qorucusu pıça-pıç xəlvətçə danışmışdı... Arada hətta Qələmin təəcübləndiyini görüb: Xəbərçiliyin mənasızdır, -demişdi, - çünki faydası yoxdur, mənım dilimdən eşitdiyin hamıya bəllidir, təkçə sən bilmirdin!

Otağa qayıdıb tez-tələsik eşitdiyini detalları ilə qələmə aldı, beləliklə ehtiyat üçün saxladığı şagird dəftərçəsini bomba kimi partlayıcı yazısi ilə doldurdu.

Nərgizin səsi eşidildi: - Bəsdir yazdın, yoxsa tezliklə məni dul eləməkmi istəyirsən?

- Çevrilişə yaman hazırlıq gedir! Bizim oliqarx başda olmaqla!

- Sən də inandın?

- Qudurğanlıq və paxıllıq! Və bir də görməmişlik! Yadındadır, demişdin: milyon – heç, amma milyarddan sonra adamın duyğu-düşüncələri büsbütün dəyişir, insanlara xas keyfiyyətlər itib batır, dərk edilməz təmaslarla əvəz olunur.

Çantasını açanın qarşısına ilk-əvvəl həmən bu dəftər çıxacaq!..

- Gec-tez basacaqlar səni qazamata!

- Onları yox, məni?..

Təşviş içində oyandı və dərhal heç bir şeyi itirmədiyini görüb sevindi, hətta dəftərçənin reallığına inandı, indicə çanasını açıb üzə çıxaracaq!..

Kompüter yerindədir! Dəftərcə isə... – Nərgizin işidir bu!.. Məni dul eləməkmi istəyirsən?!

Siyavuş Qələmi kabinetinə salıb qapını qıfılladı və xəlvətcə həmişə və hamıya dediyini yeni bir sirr kimi təkrarladı: - Zəlzələ təsiri yaradan bir yazıni ortalığa çıxar! Misal üçün... – Qələm ərknən Siyavuşun sözünü ağzinda yarımçıq qoyub gülə-gülə:

- Başqanla, - dedi, - müsahibə!

- Bəs necə?!

Dəftər tapılsaydı!.. Yazdıqları iki-üç müsahibəyə yarardı.

Yoxsa Siyavuş onu yuxu dalınca göndərmək fikrindədir?

«Urus səni neynəsin?..»

- Yoxsa fikrin Başqanla müsahibə yapmaqdır?.. Vaxt gələr özü xahiş edər!

Demə, Siyavuşun çoxdankı arzusu Ağsaqqal’la, necə deyərlər, ilgili idi: yad diyara çəkilib son vaxtlar dinib-dillənmir, bu dünyadan köçmüş kimidir – onu dilə gətirmək gərəkdir! Və dalbadal üç-dörd yazı dərc etmək, özü də öldürücü sərlövhə altında:Nəhayət, ağsaqqal yazıçımız zəhər dolu dilini, – məhz belə sərt, kobudcasına! –millətimizə göstərdi!

- Bildin kimi nəzərdə tuturam?.. Tələbəlik illərindən tanış olduğun MəmmədOviç’i! Min təyyarəyə - uç yazıçılar qəsəbəsinə!

O zamanlar əcaib soyadını eşidən Qələm onun dağlı cüudu, yaxud bosniyalı müsəlman olduğunu zənn etmişdı (Səlimoviç adlı bosniya yazıçısının “Dərviş və ölüm” romanini çox bəyənmişdi). Sonralar soyadların sonluğunda viç və skiy əlavələrin oyun olduğunu bilmişdi – guya avropalaşma əlamətidir.

İlk dəfə MəmmədOviç’ə ağsaqqal adını, özu də yarıironik tərzdə, deyəsən, TeVe yapışdırmışdı: onun hansı bir yazısındasa işlətdiyi “millət batır, bizdə əsl ziyalı yox dərəcəsindədir” cümləsi hərtərəfli hücum-ittihamlara səbəb olmuşdu, bu kompaniyaya misilsiz gözəlliyi ilə TeVe’nin sevimlisi olan Ceyran-xanım da qoşulmuşdu, özünün şöhrət qazanmış dava-dalaşlı özəl verilişində: Ay ağsaqqal, - demişdi, - əl çəkin bizdən, necə yaşamağı bizə öyrətməyin! Mühacirəttə gizlənib bizə daş atmanız yetər!.. –zalda oturan TeVe aparıcısının əmrinə müntəzir tamaşaçılar (həm milləti təmsil edir, həm də iştirak etdiklərinə görə qonorar alırdılar), Ceyran-xanımın coşqun və ilhamlı nitqini sürəkli alqışlalarla qarşıladılar, o cümlədən Qələmin anası Esma da (aldığı qonorar onun sərbəstliyini təmin edən az-çox qazancdır) .

Qələm ağsaqqalın qonağıdır, mənzərəli bir yerdir, yaşıl yamaclar, meşəlik, dumduru suyu olan çay axır, ev deyil – qaladır sanki, MəmmədOviç qonaqların diqqətini sahədə olan qaya daşlarına cəlb edib fəxrlə: Əyyam dövrundən qalmadılar, - deyir, - o zamanin nişanələridir!..

Qələmi saqqal basıb, qonaqlardan çəkinir, xəlvətcə kənara çəkilib evə daxil olur, saqqalını qırxmaq üçün razetka axtara-axtara özünü MəmmədOviçin kabinetində görür, çox arzuladığı geniş yazı masasına qibtə ilə baxır... Üstü kağız-küğazla doludur, cürbəcür qələmlər-kitablar dağılmış və səliqəsiz halda... Gözü ikiprofilli şəkil olan qalın bir kitaba sataşır, aha, sülalə piarçıları buraya da əl atıblar, təbliğat yolunda yaxşı çalışırlar!..

Birdən MamedOviç’in yaxınlaşdığını gördü, pıçıltı zümzüməsilə, amma sözlər aydın eşidilirdi: Marusa, Marusa, Toy idi, döndü yasa... – otağa daxil oldu, Qələm əlində elektrik ülgüc gözlərini döyə-döyə ev sahibinə baxıb,Üzr istəyirəm, - dedi, - razetka axtarirdım... – Və dərhal sözün istiqamətini dəyişib: İnciməyin, amma oxuduğunuz mahnıda səhv ifadə işlətdiniz.

- Səhv?!

- Anamın dilindən eşitmişdim, yadımdadır: “Marusa, Marusa, Səni verim urusa”.

- Bəs sonrası?

- Davamı, məncə, belədir: “Urus səni neynəsin...” – və dərhal sysdu.

- Aha! Görürəm bilirsən, susmağından duydum, deməyin ayıb olardı, amma mənə olar, çox dadlı sonluqdur: “Urus səni neynəsin? Məmələrin çeynəsin!” – Gülümsünüb əlavə etdi: - Hə, insanı həvəsə gətirən eşq-erotik mahnılar indi siyasətləşdirilib, hətta... yox, mahnı deyil, gördün? – cild-cild üst-üstə qalanmış qalın kitabları göstərdı. - Bu Bəh-Bəh’lə Başqan’a aid siyası yazılardır, amma roman kimi təqdim olunublar, hər kitabın çəkisi iki kilo, başdan ayağa yalan (diffamasiya sözünü işlətdi) və ürəkbulandırıcı yaltaqlıq!..

- Siyasətsiz olmur, Mikayıl-müəllim, nə yazırsan dərhal siyasi rəng alır. Siz özünüz də vaxtilə... – Sözünü ağzında qoydu:

- Nə deyirsən de, amma millətimizin bədii istedadına söz ola bilməz – həm mədhdə birinciyik, həm də tənqiddə!.. Hey camaatı aldadıb deyirik: “Lazım gəlsə onu da yaparıq, bunu da edərik, rüşvətə-oğurluğa son qoyarıq, bütün problemlərimiz həll olunar və sairə”. Ədə, edin də! Yapın da! Görün də!.. O gün eşitdim, ləzzət verdi: “Lazım, gəl! gəl!” Bəs “Bazarbaycan” qafiyəsinə nə deyirsən?! Sadə, lakin dahiyana tapıntıdır: torpaq da satılır, vicdan-namus da!.. Eşitdiyimə görə sən də siyasi mövzulardan çəkinmirsən.

- Mən... – çaşib susdu: etiraf edib nə desin?

- Elə bilmə ki, yazılarından xəbərsizəm, hərdən oxuyuram, əvvəllər Qələm’i ləğəb sanırdım, hətta belə bir maraqlı icada qibtə oyanmışdı məndə, sonralar bildim ki, əsl adındır, bəxtin gətirdi, sənə təxəllüs-flan gərək deyil!..

- Heç gözləməzdim ki, Sizin kimi... – Yenə sözünü kəsdi:

- Görürəm mühit səni də tərifləmə yollarına salmaq istəyir – dön, uzaqlaş o yollardan!.. Hə, demək, yazırsan, süjetin də ikiprofilli rəmzə bağlıdır, eləmi?

Qələm duruxdu: kim deyib? haradan bilir?..

- Hətta hadisələrin detektiv inkişafından da məlumatlıyam, deyimmi? Səbri tükənmiş camaatın qiyamı, vertalyot və təyyarə meydanlarına basqın, qaçıb əkilmək istəyənlərin həbsi, təcili qurulmuş məhkəmələr və... Sonluğunu da deyimmi?..

Qələmi təşviş bürüdü: mənim süjetimdir!..

- Amma nahaq vaxtını bu yazıya sərf edirsən, çünki şəxsən mən bu haqda yazmışam, romanım hazırdır, gecikmisən!

Dərhal yuxudan ayıldı, elə bil aldanmışdı! Hətta MəmmədOviç’in yuxudaki son cümləsi də Qələmi çaşdırmışdı, heç gözləməzdi ondan:

- Qanını heç də qaraltma, - dedi. - Axı bilməlisən: bir var sən roman yazırsan, bir də var mən, fərqi anlaya bilirsənmi? – Uca zirvədə duran ağsaqqal bir andaca gözündən düşdü: belə bir lovğalıq?!

Qabaqladılar Qələmi! Lakin birdən birə bütün onun ah-vaylı nidaları sual işarəsilə ilə əvəz olundu: nədə onu qabaqladılar? nə roman? ortalığa çıxarılası samballı bir yazısı varmı?

Amma... Yuxuda MəmmədOviçin söylədiyi bəsit və hamıya məlum hadisələr yığınınından fərqli olaraq Qələmi maraqlı detallarilə, səhnə-dialoqları ilə başqa bir orijinal süjet cəlb etmişdi! Və bu nadir süjet indi tamamilə yaddaşından silinmişdi - bu idi onu ən çox sarsıdan! İsti-isti, unutmasın deyə, yazmalıydı!.. Yuxudamı?! Ağsaqqalın evindəmi?!

O ki qaldı yuxuda saqqal qırxmaqa... – bunun tezliklə evlənmək kimi yozulduğunu Qələm bilirdi. O, həm subaydı, onda evlənmək lap yerinə düşərdi, həm də evli kimidir, onda evlənmək söhbəti mənasızdır. Amma bərbərçiliyi yadında deyil, odur ki... – birdən necə oldusa, boş-boş fikirlərdən maraqlı bir tapıntı doğdu: şüuraltı yuxu vasitəsilə MəmmədOviçin sirrini açmışdı: yazdığı roman röya deyil, həqiqətdir!.. Müsahibə alınmadı, lakin roman – gerçəkdir! onu hissə-hissə çap etmək olardı!.. Siyavuş razı qalacaq!..

- Lap dəli edəcəksən məni! Anlat, bu nədir? - Siyavuş Qələmə bugünkü qazetdə çap olunmuş şəkil göstərir. -Bax, bu sənsən, bu da MəmmədOviç, bəs əlində tutduğun nədir, tuşlasmısan ağsaqqala? Tapançadır yoxsa?

- Görmürsən? Adicə elektrik ülgücdür.

- Hədiyyə kimi ona təqdim edirsən? Yoxsa ağsaqqalı saqqalsız qoymaq istəyirsən? Amma bütün bunlar heç!.. De görüm, onunla necə görüşə bildiniz? Bəlkə müsahibə də hazırdır? Niyə susursan, de də!..

- ?!

Həmrəylik nağılı

TeVe verilişlərində xalq adından show-proqramlarda iştirak edən Esma bütün yeniliklərdən, camaat arasında dolaşan şaiyələrdən birinci bilirdi. İndi də amnistiya xəbərini oğluna çatdirib: Sabah-birigün, dedi, Xodorkovskini buraxırlar!

- Çoxdan olmalıydı! Yarımmilyon camaatın etiraz nümayişini necə dayandırasan?

- Nə nümayiş? Nə milyon? Bizim Xodorkovskini deyirəm ey! Unutdun yoxsa?

Bilmirsən: sevinir? kədərlənir? TeVe’nin təsiridir – sevinclər saxta, qeybət kimi səslənir, kədər də elə deyilir ki, eşidənin gülməyi tutur ya da ağlamağı gəlir.

- Var-yoxunu əlindən alandan sonra azadlığa da buraxmaq olar!

- Peşəmiz onu-bunu yamsılamaqdir!

Məmləkətin ən varlısıydı (təbii ki, rəhbərlərdən sonra) və seçmə Fərhad adını daşıyırdı (kimdir indi Nizamini oxuyan, Eşq əfsanəsi’ni yad edən?) – Esma onunla qohumluğunu lap o zamanlardan nəinki bəyan etmir, üzə çıxarmır, hətta gizlədirdi də, sanki nədənsə utanırdı; elə də yaxın qohumluq olmasa da, hər halda qohum idi – nənəsinin qardaş nəvəsinin əriydi. Soyadı da – şəraitə uyğun: həm çox yayılmış, həm də seçmələrindən! ən mötəbər!.. Tanışlardan birisi tez-tez eşidilən bu soyadından təngə gəlib onu dəyişməyə qərar verdi, böyük əngəl-çətinliklərdən sonra istədiyinə nail ola bildi – demə, dava-dalaş iki-üç hərfin üstüdəymiş:Əliyev Əliyarov oldu, vəssalam! O ərəfədə Esma həmən o mərd tanışına: Soyadın nə günahı? demişdi. Şöhrətləndirmək də mümkündür, alçaldıb taptalamaq da!.. - Fikrimdən döndərmək istəyirsən yoxsa?! - İndiyədək küsülüdür. Əslində məsələ ayrı cür idi, Qələm mübahisədən vaz keçdi.

Ana-bala üçün belə bir qohumluq, təəsüf, istifadəsiz qaldı: faydalanardılar!.. Amma qohum da axı, bir dəfə də olsun Alışanovlarin üfuqunda görünməmişdi!.. Esmanın giley-güzarı mənasız olsa da Qələm anasının demək istədiyini bəlkə də ürəyində qoydu, indi isə çarpayısında uzanıb özünü məzəmmət edirdi – bəzən Qələm sarsaqlasa da, anası son dərəcə diqqətlidir, qayğıkeşdir... - günahını yumağa çalışaraq: - Ay ana, - yerindən dilləndi, - görəsən, mülkləri necə olacaq? Sən bilən qaytararlarmı?

- Gözlə ha! Amma kim bilir? Rusiyada Xodorkovskiyə münasibət necə - bizdə də elə!

Bu dəfə də etiraz etmək istədi, amma dinmədi: Bizimkini onunla müqayisə etmək nə dərəcədə haqlı olardı?Xodorkovskinin nəhəng neft-qaz imperiyasını yırtıb dagıtdilar, zəbt etdilər, oğurladılar!.. Onun geniş yayılıb inkişaf etmiş saysız-hesabsız xeyriyyə işlərinin üstündən yağlı xətt çəkdilər! Bizdə isə... - biznesini demir, çünki bilmir, amma mülk!.. Təkcə ata-baba evi heç bir qiymətlə ölçülə bilməzdi!.. neft imperiyası adlanan paytaxtın nadir yaraşığıdır!.. Guya bərpa olunmuş bu binaya – genişləndi, bir mərtəbə artırıldı – ailədən kimsə göz qoymuşdu: ucaldığı yeri də - mərkəzin lar göbəyi! Yadında saxla, - dedi oğluna, - bütün İçəri şəhəri həmən bu ailə mənimsəyəcək!..

Böyük gəmiyə bənzər mülkün baş hissəsı İçəri şəhərin vaxtilə uçurulmuş Qala divarından çıxıb sanki Avropaya, onun bəzəkli-büzəklü geniş küçələrində üzməkdədir, arxa hissəsi isə Qalanın içində, İçəri şəhərin əyri-üyrü və dar yollarında ilişib qalmışdı (Esma da buraya hər dəfə iç qapıdan daxil olurdu). Evin yaxınlığında da Qız qalası!.. dəniz!.. bulvar!..

Qələm anasının dediklərini artıq eşitmir – Vaşinqtondan Moskvaya, oradan da vətənə uçurdu. Neçə saatdır göydə idiər, alışmışdılar, uçduqlarını belə unutmuş, sanki bulvarda gəzişirdilər. Rusiyada yaşayan tanınmış həmyerlilərini gördü: budur – şıxışlarından doymayan, yeri gəldi-gəlmədi hey tribunaya tələsən kino alverçisi, yaxınlaşıb salamlaşa bilər... Özünü bütün yazı sahələrində birinci sayan dazbaş... – bəsdir, yoxsa paxıllığın tutub?! Ay bəxtəvər, Vaşinqtondan uçursan ey, unutma bunu!.. Təyyarəyə minəndə nədənsə onları görməmişdi, VİP sərnişinlər olduğuna görəmi? Növbədə duran iki nəfərin pıçıltılı danışığı Qələmin qulağına dəydi, birisi: Gördün? – soruşdu. O birisi: Kimi? – İndicə Xodorkovski keçdi! – Öz təyyarəsi ola-ola!..

Qələmi təəcüb bürüdü: Yoxsa buraxıblar?! Başqa fikir də oyandı: Bəlkə hələ heç həbs edilməyiblər, azaddır?Və təyyarədə Xodorkovskini gördü, əvvəl tanımadı, çünki gözlüyü günəş şüalarını əks edirdı: başını azca əyibkiminləsə söhbət edirdi, daha doğrusu, diqqətlə danışanı dinləyirdi, hərdən başı ilə eşitdiyini təsdiqləyir ya da nəsə qısaca deyirdi və bu dəm həmsöhbətçisi daha da qızışır, coşurdu. İkisi də qarayanız, nazik bığlı, birinin saçları azca da olsa bəyazlaşmiş, o birisininki – zil qara.

Bu ki mənim qohumumdur!.. İndicə yaxınlaşıb özünü Fərhad-müəllimə təqdim edəcək, sübut üçün də anasıEsma-xanımın adını çəkəcək!.. Onlara tərəf beşcə addım atmamış... – ikisi də yox oldu, hətta Qələmdə onu heç də təəcübləndirməyən qəribə bir fikir də oyandi: Yoxsa öz təyyarələrinə keçdilər?

Ətrafa boylanıb salonun tamam başqa yerində qohumunun tək durduğunu gördü, ona yaxınlaşanda yanıldığını anladı: Xodorkovskiydi!

- Üzr istəyirəm, icazənizlə... – Qoruyucu dərhal Qələmin yolunu kəsdi, Xodorkovski: Mane olma, burax gəlsin, - dedi. Qələm qohumunu soruşdu: Siz indicə onunlaydınız, hara getdiyini bilmirsınızmi?.. Aha, gördüm onu! Bağışlayın!..

Fərhada sarı tələsdi, amma yeyin yerimək mümkün olmadı, gəzinti tündləşmişdi, hətta səbrini yığıb dayanmalı da oldu... Birdən arxadan öz adını eşitdi, cəld boylanıb qohumunu gördü: - Ola bilərmi Esmanın oğlunu tanımayasan? Niyə səsini eşitmirəm? Nə bir sözün, nə bir xahişin, belə də qohumluq olar?! Amma arzularından xəbərim var, kitabını deyirəm, biclik işlətməli oldum! Eyhamımı anladınmı?

Dərhal Qələmə çatdı: tanış naşirin Qələmi təəcübləndirən kitab təklifi! müqavilə də hazır idi, imzalamalıydı!.. – demə, Fərhadın təşəbüsüymüş!.. Amma qonorarın az olduğu Qələmi çaşdırmışdı!.. Soruşdu, Fərhad: Ola bilməz! – dedi, və Qələm indi-indi bunun səbəbini yəqin etdi: axı, qazamatdaydı! nə bilsin indiki qiymətləri?

Xodorkovski yerində oturmuş Qələmə sarı əyilib: - Nəsə demək istəyirdiniz, eləmi? – soruşdu, aydın baxışından mehribançılıq yağırdı.

- Həmsöhbətiniz sizə yaman oxşayır, sizin təkrarınız, eyninizdır elə bil!

- Sözləriniz çox müammalıdır, - gülümsündü.

Birdən uşaqlıq illərindən Qələmin yadında qalan: Ölüm ya təslim! - şüarı səsləndi.

Qohumu Xodorkovskini kənar edib ifadəyə ayrı rəng verdi: - Nə ölüm, nə də təslim!

Xodorkovski: - Tapmacadır elə bil! Anlamadım, - dedi.

Bu dəm həmyerliləri – kəmərləri bərkidin yazısı heç veclərinə deyildi – Qələmin başı üstündə toplaşdılar, kimsə xırıltılı səslə: Xodorkovskinin özü ilə tanışsan demə, xəbərimiz yoxdur! – təəcübləndi.

Qələm etiraz etdi: - Xodorkovskinin türmədə olduğunu bilmirsiniz?!

O birisi ucadan, hamı eşitsin deyə elan etdi: - Əcəb eləyiblər! Onun əsl yeri qazamatdır!

- Mən qohumumlaydım, görmədinizmi?!

- Onun da məkanı zindandır, gizlədırsən bizdən!

- Yalan sözdür! Amnistiyadan görünür xəbərsizsiniz, azaddır indi!

MiniTeVe söndü, güzgüləşmiş boz ekranda Qələm öz əksini gördü, diqqətlə baxıb dəhşətə gəldi: ekrandan ona baxan Fərhad idi! Xodorkovskinin gözlüklərində!

Geriyə boylandı: arxasında kimsəni görmədi.

Oğrun-oğrun, tələsmədən bir daha ekrana nəzər saldı: özü deyil, ona baxan Fərhad idi! Vahimələndi: Fərhad kimi görünürsə, çıxanda da!... Anasının: Əcaib güzgü oxşarlığıdır, ikisini də təyyarədən enəndə, trapda yaxaladılar!..sözləri, gec-tez səni tutacaqlar! xəbərdarlığı yadına düşdü... Ekran yavaş-yavaş hərəkətə gəlib bağlandı.

Qələm gözünü təyyarəyə qovuşan pilləyə dikdi: aşağıda, trapın son pilləsindən azca kənarda bir-birinə bənzər boz geyimli iki nəfər durmuşdu... – Qələm iradəsini toplayıb yuxudan çıxdı.

Səhərki gazetlərin birinci səhifələrində Həmrəylik bayramı təbrikləriylə yanışı iri hərfələrlə Demokratiya qalib gəldi! vəÇevrilişi hazırlayan baş cinayətkara amnistiya azadlığı verildi! sərlövhələr altında yazılar çap olunmuşdu. Ammademokratiya, çevriliş və cinayətkar sözləri dırnaq içindəydi. Təkcə Gündəlik’də cinayətkar əvəzinə rəqib çap olumuşdu.

Qələmin təyyarədə həmyerlilərinə dediyi və o an məntiqsiz səslənən: İki Xodorkovski – iki Prezident! sözləri rəngarəng libasda göründü, qəribə məna aldı.

Ağsaqqalın küçükləri

Rəhmətliyimizin adını yük kimi daşıyan mərkəzi hava limanından MəmmədOviçə dolaşıq məzmunlu təcili teleqram göndərdiyi Qələmin yaxşıca yadındadır: Лечу самую длинную ночь тчк жажду встречи, yəni Sizinlə görüşmək arzusuyla ilin ən uzun gecəsində uçuram.

Oralarda tufandır-borandır, dedilər poçtada, qar dizəcən, aparan olmayacaq... - eybi yoxdur: məzmununu telefonla çatdırarlar.

MəmmədOviç şübhəsiz teleqramın zarafat olduğunu zənn edəcək. Bəlkə də sevinəcək: bu, onun Qafiyəsiz sətirlər silsiləsinin vətəndə məşhur olduğuna subutdur; ilin ən uzun qaranlığında buz bağlamış saqqal-bığlar və sairə:21 dekabırda doğulmuş gorbagor Stalinə aid çeynənilmiş eyhamdır!..

Az sonra – ikinci teleqram: Москва не принимает тчк сообщу дополнительно, yəni Moskva qəbul etmir. Və – üçüncüsü, bir həftədən sonra: Извините за назойливость дело не терпит отсрочки лечу празднику Шайтана красной шубе - Narahat etdiyimə görə üzr istəyirəm, amma görüş vacibdir Qırmızı libaslı Şeytan günündə uçuram.Şeytanla yanaşı Qar qızı’nı yazmaqdan çəkindi: Ağsaqqal cavan olan yoldaşına işarə duyub inciyə bilərdi.

- ... Mikayıl-müəllim, mənəm, Qələməm, Domodedovdayam, yeni iliniz mübarək!.. - Özü də bilmir necə oldusa (qalmağa yeri yoxdur zənn edə bilərdi Ağsaqqal): Elçiliyin, - dedi, - qonaq evində yer almışam... Görüşə bilərikmi?

- Lap elə indimi?!

- Rica edirəm!

- ... Metro ilə Kiyev vağzalına, qatarla Vnukovaya qədər, sonuncu vaqondan çıxıb... Kərpiç evim yadindadır?! Onda gəl!

İtlərin bir-birinə qarışan səs-kuyu aləmi bürümüsdü!.. Günah işləmiş kimi: - Görürsən də! – dedi Ağsaqqal: -Muşka itimiz balalayıb!.. Qarnını çox erkən dolduran, - bic-bic gülümsündü, - bizim köpəyimiz Aleks oldu... Cinsi? –təəcübdən seyrəkləşmiş qaşı biz-biz oldu: itin cinsinə aid Qələm nədənsə Bremen sözünü eşitdi. Küçüklər hürə-hürə biri birinin arxasınca qaçışır, qapma təcrübəsini qazanırdılar – uşaqlıq illərində eşitdiyi Hürə-hürə it oldu atalar sözu Qələmin yadına düşdü.

Muşkanın qəzəbli baxışı Qələmi diksindirir, fikrini yayındırırdı. MəmmədOviç iti iç otağa saldı, zarafatla: -Sən ondan qorxursan, o da səndən, elə bilir balalarini aparmağa gəlmisən, - dedi.

Liya göründü: - Bağışlayın, işim çoxdur, sizin söhbətinizdə iştirak edə bilməyəcəyəm. Az sonra yüngülcə və şux yerişlə, sanki babanın Qar qızıydı, çay dəsgahıyla qayıtdı: - Əncir mürəbbəsi vətəninizin hədiyyəsidir, - dedi; Qələm bu sözləri özünə aid edib qızardı-bozardı, əliboş gəldiyi üçün utandı.

- Hə, indi de görüm nədir səni bu qarlı gündə səfərə çağıran... – və Qələmin cavabını gözləmədən... belə bir dəliqanlılıqmı?! Qələmin bütün vücudu bir anda alışıb yandı – Ağsaqqal ona doğru əyilib gizli xəbər söyləyirmiş kimi qulağına pıçıldadı: - Mən seçmə küçüklərimə, zırpı köpəklərdir, sizin rəhbərlərin adlarını qoymuşan, amma bu öz aramızda qalsın!

Öz aramızda?! Gözlə ha!.. – sevincinin həddi-hüdüdu yox idi: səfəri uğurlaşdı! arzuladığı material alındı!.. Siyavuşu gördü – uşaq sevinciylə işçilərini təcili səsləyib: “Baxın, dedi, qəzetimizı necə alırlar!.. Tapşırdım əlavə tiraj çap olunsun!..”

- Mikayıl-müəllim, - söhbətin istiqamətini dəyişmək istədi, - camaat arasında bizim məktəbimizə “yəhudu məktəbi” deyirdilər... – Ağsaqqal birdən kobudcasına Qələmin sözünü kəsdi: - Yox, yox, siyasətdən uzaq!..

- Mən ki...

- Yox dedim, vəssalam!

MəmmədOviçin sərtliyi Qələmi çaşdırdı:

- Bəs küçüklərin adları siyasət deyilmi?!

Ağsaqqal hirslənib Qələmin üstünə çığırdı: - Ə, utanmırsan?! Sən demə, yamanca uydurma ustasısan!

- Elədirsə, cəsarətləndi, müsahibəni məhz küçüklərin adqoymasından başlayacağam! – və uca səsindən ayıldı, amma röyadan çıxmadı, sanki hipnoz olunmuşdur: - Belə bir təhqir?! - küçüklərəmi aid idi dediyi, adlaramı?..

Muşqa birdən necə oldusa hürə-hürə otağdan çıxa bildı, vəhşicəsinə Qələmin üstünə cumdu.

Qələm vahimə içində özünü şaxtalı çölə atdı, ayaqları dərhal qara batıb islandı, bədəni üşüdü, darvazaya sarı yürüdü, qapıya çatar çatmaz Muşka ayağından qapdı...

- Ey, - Nərgizin səsini eşitdi, - itələmə məni!..

Amma yuxu davam etməkdəydi:

Qələm Moskvadan yox, Bremen şəhərindən vətənə uçurdu, oturacağa mıxlanmışdı sanki, həyəcanı get-gedə artırdı: təyyarə nədənsə çox aşağıdan, uca evlərin arasıyla uçur, heç cür buludları yarıb açıq səmaya qalxa bilmirdi, az qala qanadları ilə divara dəyib fəlakətə uğrayacaqdı... – oyandı:

- Nərgiz? Sənsən?!

Esma təəcübləndi: - Görmürsənmi ananı?

Qələmi birdən gülmək tutdu: - İt məni yamanca yaxalamışdı, elə qapdı ki!..

Ayağı, demə, çarpayının iti, kəsər qırağına yapışıb zədələnmişdi.

- A... ayağın lap şişib ki?! İtin qapması təhlükəlidir, təcili həkimə...

- Yaxşı, başlama!..

- Stolbnyak... – Anasının sözünü kəsdı:

- İndicə gedərəm, bəsdir, ay ana!

- Hə, yadımdan çıxa bilər, Siyavuş səni axtarırdı, təcili işi var, Ağsaqqala zəng çalmalısan, telefon nömrəsını dedi, yazmışam, masanın üstündədir.

Yuxunu yozmaq istədi. Qərb aləmində yuxuda it-küçük görmək, hürən it də ola bilər, qapan da, fərqi yoxdur, sədaqətli dost qazanmaq deməkdir. Bəs iti murdar sayan Şərqdə necə?..

Amma yozulmaqdan asılı olmayaraq piar – piardır: Ağsaqqal sağ ikən yuxudan bolluca istifadə etmək lazımdır.

Qəzetin ön səhifəsində iri hərflərlə yazılmış sərlövhə canlandı:

Mühacirətdə yaşayan Ağsaqqal yazarımız öz küçüklərinə rəhbərlərimizin nadir və təkrarolunmaz adlarını qoymuşdur!

Puç olan dayaq

Heç kim heç nə demədi, amma Qələmin edamı Saray salonunda toplaşanlara bəlliydi. Qazet əməkdaşları da (Siyavuş gözə dəymir) elə davranırdılar ki, guya hər şey öz qaydasındadır... Qələm Liyanı gördü, MəmmədOviçsiz tək-tənha camaat arasında narahat gəzişir, sanki kimisə axtarırdı. Məni xilas etməyə gəlib yoxsa?! Gözlə ha! Nədənsə bu gəlişin edama bağlı olduğuna əmin idi, amma tanış olduqlarını gizlətməyə çalışırdı, guya birinci dəfədir onu görür, halbuki... MəmmədOviçin telefonda səsini eşidib təəcübləndiyini xatırladı: Qələm sanki onunla deyil, özü-özüylə danışırdı.

- Çox sağ ol, vaxtilə yazdığımı lap yerində yadıma saldın: “Deyilməyən sirr qalmadı, Alçalmayan ər qalmadı”.Nə kimi yeniliklər? Mənimçün ən maraqlı yeniliyi deyim – yaz: bizim Muşka itimiz balalayıb! - Və Qələmin: Gördüm küçüklərinizi! - xəbərini eşidib heç də təəcüblənmədi. - Siz hətta mənə dediniz, yadınızdamı, Mikayıl-müəllim? “Kimin adını küçüyümə qoysam – bəxti gətirəcək!..” Sonra isə... – MəmmədOviç Qələmin sözünü kəsdi:

- Yaxşı başlanqıç tapmısan, yaz!

- Aramızda kiçikcə mübahisə də qopdu, bəzi suallar cavabsız qaldı: insan adını daşıyan küçükmü təhqir olunur, adı küçüyə verilən ləyaqətli insanmı?

- Layiq, ləyaqətli... Danışığımıza görürəm siyası rəng vermək fikrindəsən!

- Nə zamandan siyasət böyük yazıçımıza ziddir? – yağlı tərif yaxşi nəticə verir, istədiyinə tez nail ola bilirsən.

Müsahəbəyə oxşar yazısını internetlə təbrik kimi MəmmədOviçə göndərdi: Qazet əldən ələ gəzir! Bizi incidən tikanı çıxardınız xalqın qəlbindən!..

Dəqiqə keçməmiş... – bu az müddətdə yazını oxumaq olmazdı, amma kəsərli sərlövhədə verilən Başkanın çoxları tərəfindən unudulan ilk adı (ilana bənzər apostroflu Qe’al’ın güzgüvari La’eq əksi) MəmmədOviçi, deyəsən, coşdurmuşdudu: Qələmin qulağına yapışan telefon dəstəyi tapancaya dönüb güllə zərbəli rus-türk qarışıq sözləri onun beyninə yağdırdı:

- Malçişka!.. Bu nə hoqqadır? Ya krepko nakaju vas za eto xuliqanstvo! – və heç cür gözləmədiyi: - Rəhbərliyə qəti etirazımı bildirəcəyəm!.. – Qələmin içərisi alışıb yandı, eşitdiyinə inana bilmirdi. Onların ümid yeri bir anda yox oldu! yıxılmaz dayağ uçub dağıldı! – Opozorili naşu nasiyu!..

Budurmu onların qorxmaz söz ustası?!..

Birdən çox tanış, tez-tez eşitdiyi və həmişə mehriban dolu, amma bu dəfə qorxunc və hədələyici başqa bir səs qoşuldu söhbətə, girdi onların arasına: Ə, küçük, yenə sənsən?! Bu nə hoqqabazlıqdır?! Elə susduraram ki, izin-tozun qalmaz!..

Kimsə elə bil silkələdi Qələmi: Nə durmusan? Qaçmaq, əkilmək lazımdır!

Yaxında duranlardan birisi: - Bilmirsənmi, soruşdu, kimin edamıdır?

Toy kimi səsləndi edam, və Qələm sualın ahənginə uyğun qürurla: - Bu dəfə, - dedi, - edam mənə qismət oldu!

- Zarafat yeridirmi? – təəcübləndi.

- Gercək sözümdür!

- Onda niyə burda key-key durmusan? Qaç də!

- Hara?

- Lap elə... Argentinaya!

- Bəlkə Çiliyə?

- Hara olursa, amma uzaq olsun!

- Bəs yol xərcim?

Birdən üzünü camaata tutub ucadan: - Cənablar, - dedi, - Argentinaya təcili uçmaq üçün bu cavan oğlana kim yardım edə bilər?

- Oyundursa mən! – dedi birisi.

- Yox, ölüm-dirim söhbətidir!

- Vizası varmı? – Səs tanış gəldi, amiranə idi. – Prezident təyyarəsində pullu yer ala bilərəm!

- İki yer olsa valyit xərci məndən!..

- Məni də nəzərə alsanız, - bir başqasının yoğun səsi eşidildi, - lap indicə üç yerin pulunu verməyə hazıram!

Auksion alveri birdən birə kəsildi – hamı qapıya sarı boylandı:

- Ey, çəkilin yoldan!..

Fəhlə libaslı iki nəfər iri və görünür çox ağir olan qutunu səhnəyə doğru apardılar, bir anlığa aralanan pərdə arxasında Qələm əliində balta tutan nəhəng bir kişini gördü – ağappaq ağaran baltanın itiliyi uzaqdan duyulyrdu.

Cəlladdir!.. Qələmin bədəni birdən birə süstləşdi, ayağları gücdən düşdü, yıxılmasın deyə divara söykəndi, alnından tər su kimi axdı. Qələmə elə gəldi ki, hətta baxışdılar cəlladla!.. Köhnə üsullu edam?!

İki tərəfdən Qələmin qollarından tutub səhnəyə sarı süründürdülər, ayaqları yer tutmurdu, sonra qalstukundan kobudcasına çəkib, az qaldı boğulsun, yerə atdılar, köynəyini sinəsinə qədər cırıb boynunu əydilər, başını zorla kötüyün üstünə basdılar... – yox, buna necə dözəsən? Təşviş içində Qələm oyandı.

Zülmət gecəydi. Ayılsa da oradan ayrıla bilmirdi, hələ də balta tilsimidən çıxmamışdı, ürəyi guppu-gup vurur, boğazı büsbütün qurumuşdu. Özünü sakitləşdirib vahimədən də heç cür çıxa bilmlirdi.

Birdən vaxtilə sınaqdan keçirdiyi faydalı bir üsul yadına düşdü: dərindən ağ ciyərini hava ilə doldurub nəfəsini dərmək, hesab aparıb: bir-i, iki-i, üç-i, dörd-i... - qırxa qədər sayıb, tələsmədən içəridə saxladığı havadan yavaş-yavaş azad olmaq... Sübhə yaxın sakitləşdi, amma yuxuya getdıyi an yadında deyildi.

Qələm hansı kitabdasa oxumuş ya kimdənsə eşitmişdi:

Yuxuda öz edamını görən şəxsin ömru çox uzun sürəcək...

Yozu gülməli səslənir, Qələmə heç də aid deyil: başqaları yox – özü özünü edam etməkdədir!.. Baxmayaraq ki, qəzetlərində bundan da betər yazılar çap olunmuşdu! Hətta məhkəmə yolu ilə iki dəfə gözə soxulan apostroflu adlara görə,qadağandır axı! cərimə də kəsmişdilər.

Amma edamdan da dəhşətlisi Ağsaqqalın gözlənilməz xəyanəti oldu!

Son dayaq bildiyi uca bir dağ bir anda uçub puç oldu!..

Kəpənək dosyesi

- Görürəm, dediyim sənə çatmir ya da vecinə deyil!.. – Qələm nədənsə onu sorğu-suala tutan kişi maskası arxasında gizlənən məmurun əslində qadin olduğunu yəqin etmişdi: üzündəki maska sanki dəri ilə bitişmiş, lap elə üzün dərisinə çevrilmişdi, bilmirdi, cənabmı desin, xanım-xatunmu?

Yuxuda olsaydı, yerindən atlanıb sol pəncəsiylə yapışardı maskadan, onu var gücüylə çəkib çıxarar, əsl simasını görərdi: Gizlənmə maska arxasında! Kışı sifətini göstər! - tələb edərdi.

- Bax, - mülayimcəsinə qadin üslubunda dedi, - bu sənin lətifə və yuxularınla dolu dosyendir, - cildin üstündə qırmızı hərflərlə Qələm yazılmışdı, - lətifələrə sözüm yoxdur, hərənin öz şəxsi işidir, amma!.. – kişi üsuluna keçdi, - böyük əmması var: təbliğat deyilsə!.. O gün səni İçəri şəhərdəki Pirqulu kababxanasında Moskvadan gəlmiş yerlimizlə görüblər, danışığından provokatora bənzəyirdi.

- Qorxan gözə... – Dərhal Qələmin sözünü kəsdi:

- Bunu mən yox, bizim adamımız yazır: Moskvalının bizi, millətimizi, adımızı təhqir edən lətifələrini sevinə-sevinə eşidən Qələm hey qəhqəhə çəkib dəqiqəbaşı gözü yaşaranacan gülürdü. Bəlkə danışasan, biz də gülək? Yox? Onda oxuyum, eşit! Danabaş kəndinin sakininə dedilər yeni pasport üçün foto gətir, yalnız başın görünməlidir, o da istənilən foto üçün boğazazacan qazdığı quyunun içinə girmiş... Bunun nəyi gülməlidir?! – Dediyində kişiyə xas nidalar eşidilirdi.

- Lətifə yerində söyləndiyində... – sözünü ağzında qoydu:

- Danabaş kəndində ağızı-burnu zədələnmiş atasını dəmir yolu vağzalında qarşılayan oğul təəcüblənir.

Ata: “Günah məndədir, yerim yuxarıdaydı, tez-tez yıxılırdım”.

Oğul: “Aşağı yerə dəyişsəydin də!”

Ata: “Kiminlə? Axı, kupedə tək idim!”

Mənasız bir əhvalat!

- Bəs mən nə deyirəm? Dosyedə Məmməd haqqinda da nəsə olmalıdır. Yoxdur? Onda deyim, Rusca daha canlı səslənir: “Kak Mamed jivyot?” “Xaraşo jivyot Mamed, Maskva jivyot Mamed, tyrma sidit”.

- Yaxşı, yaxşı, yetər təhqirlərin!.. Lətifələr – heç, onları qoyaq kənara! Bəs yuxularına nə deyirsən?! Ay səni belə-belə olasan, Bəh-Bəh hara, sən hara? Guya dəvət olundun, mehribancasına qarşılandın... Bəs deyilmı?

- Yuxudur da, istədiyini göstərir. Elə bir böyük şəxsin mehribançılığına necə də sevinməyəsən?

O gün ürəklənib: Sizi, dedim ona, hamı uzaqgörən zənn edir, strategiya ustası kimi tanıyır, elədirsə, niyə ətrafınızda toplaşanlarin riyakarlığına dözürsünüz, nə kimi oyunlardan çıxdığını görmürsünüzmü? Demə, özü də bütün bunları yaxşı bilirmiş – təəsüflə dediyimi təsdiqləməklə yanaşı təkliflərimi yumşaqcasına rədd etdi: Mən, - dedi, - nə şaham, nə də sultanam!.. Düzü, belə bir cavab çaşdirdı məni.

- Yoxsa analoqu olmayan demokratiyamıza şübhən var?! – Qadın ki, qadın!..

- İstərdim inanam, amma dosye söhbəti inamima soğan qatdı.

- Bütün bunlar qayğıkeşliyimizin nişanəsidir, hətta səni bir həftə-on günlüyə seçmə istirahat evi olan zirzəmizdə yerləşdirmək fikrimiz var, azca mühitindən uzaqlaşıb dincələrcən.

- Qazamata gözəl ad tapmısınız!

- Təcrübədən keçmiş yaxşı tərbiyə vasitəsidir.

O gün bazarda eşitdim: guya məhkəmə-prokuror idarələri ləğv olunur.

– Səbəbi? – soruşdum. - Rüşvətxorlarla mübarizə! Məhkəmə yox, prokuror yox – kimə verəcəksən rüşvəti?

- Son yuxularımdan birisini də deyim, düşsün dosyemə.

Bazar meydanındakı çayxanada özünü peyğəmbər kimi təqdim edən iranlıya oxşar bir şəxs Ayişə haqqinda, bilirsiniz də, Məhəmməd peyğəmbərin ən sevimli qadınıydı, ağzından gələni deyirdi, gəzəyən və sairə!.. Guya şəxsən onun bu kimi biabırçı hərəkətərinin şahididir (!?). Ətrafdakılar şiyədilər də, sünnüləri söy, təhqir elə, hamı razı-razı dinləyəcək. Dözməyib: Ay min neçə yaşında olan... – “kaftar! deməyə dilim gəlmədi, “fırıldaqçı” sözünü qısaldıb“firfira” dedim, - utanmırsanmı? Ləkəsiz Ayişəni təhqir edəndə Allahın qəzəbindən qorxmursanmı?!

- Aparatımıza yeganə mömim vakansiyası var, hələ də boşdur, adam tapa bilmirik, bəlkə gələsən?

- Bəlkə, - maskalının təklifini sanki eşitmirdi, - yeni yuxularımdan birisini də deyim: Qanadlanıb uçurdum... - heç də çətin deyil, istəsəniz göstərə billəm, kabinetiniz genişdir, imkan verir. Yürüş üçün azca da olsa məsafə lazımdır, indi, - dedi, - göstərərəm!

Oturduğu yerdən qalxdı, hacıleylək sayağı atılıb düşdü, əl-golunu hərəkətə gətirdi: - Əlbəttə, - dedi, - uça biləcəyinə möhkəm inam olmalıdır, zərrəcə şübhələnsən hoppana-hoppana qalacaqsan, hətta məhv ola bilərsən!..

- Uç da, kimi gözləyirsən?!

Balkona çıxan geniş pəncərəyə yaxınlaşdı, xeyli aşağıda olan küçəyə baxdı... Pəncərənin təkcə kiçik bir gözü açıq idi. Birdən elə bil Qələmi ildrım vurdu: arxaya dönüb qapı ağzında iki nəfər polis gördü, oynaq baxışlarını Qələmə dikmişdilər, əllərində tutduqları zəncir... təsbehə bənzəyirdi, halqaları çevirə-çevirə dodaqlarıyla nəsə – polis duası idi bəlkə?! – pıçıldayırdılar...

- Təhlükə sorağındaydın, bu da çoxdan arzuladığın təhlükə! – Maskada çəkilmiş bığların ucları hətta mıx kimi ıtiləşdi.

Bir anın içində... –

Qələm pəncərəyə sarı atılıb qarşısına çıxan səddi qolları ilə qırdı və yerə düşməyib açıq səmada qanadlandı, uçdu... Nədənsə tez qaranlıq çökdü, sıraya düzülmüş sərv ağaclarına bənzər evlərin pəncərələrı işıqlandı, havanın soyuqlaşmasından bədəni üşüdü, balkonların birisinə enmək istədi... – kim onu isti evinə buraxar?..

Kəpənək yadına düşdü, çoxdan olmuş əhvalatdır, Piter yataqxasında qalırdı, qaranlıq bir gecədə tək-tənha kəpənək özünü pəncərə şüşəsinə çırpır, soyuq və üşüdücü bayırdan isti və işıqlı otağa uçmağa can atardı. Vurnuxur, çabalayır, qanadları ilə şüşəni vururdu... İndi də peşmandır: kəpənəyi içəri buraxmadı.

Amma bir günlük ömrü olan kəpənəyin arzu-istirablarını duyub onun gözüylə zülmət gecənin, isti və işıqlı aləmin nə olduğunu bilmək istəyilə Qələm çölə çıxdı, pəncərənin əks tərəfinə keçdi: kəpənək yorulmadan var gücü ilə hey vuruşmaqdaydı!

... Qələm yuxarılarda uçur, batan günəşin şüalarını görürdü. Birdən... – qəribədir, heç kim xəbərdar etməmişdi! – günəş sürətlə sönməyə başladı, sonra birdən birə alışıb parladı və sönüb qara dairəyə döndü.

Qələm özünü quruca yerdə gördü: nə balış, nə yorğan, yaman üşümüşdü.

Pozusuz yazı

Qələmin bədəni – irili-xırdalı ləkə-ləkədir, sağlam yeri yoxdur, elə bil döyüb yaxşıca əzişdiriblər, zərbələrin izi qalıb. Burnu da – əl-üzünü yuyanda divardan asılmış kiçikcə güzgüdə gördü – şişmanlaşmış, sərxoşlarda olduğu kimi qıpqırmızıdır.

Qara ləkələrin bəziləri azca bozarıb bəyazlaşmış, bədən rəngini almışdır. Amma, düzü, yadına sala bilmırdi: onumu döymüşdülər? özünün zərbələrindəndirmi bu izlər? Bəzən təhlükəli yuxunun yuxu olduğunu bilib saktləşdirmək üçün yumruqlayır özünü, burnunu sıxır-dartır.

Həmən gecə ardarda iki yuxu gördü.

Üç nəfər zırpı kişi əl-qolundan tutub onu yumruqlayır, təhqir edir, söyuşlər yağdırırdılar üstünə.

Qələm tab gətirməyib: - Unutmusunuz yoxsa, - dedi, - kim olduğumu?!

Duruxdular, azacəq kənara çəkildilər:

- De, biz də bilək!

- Allahin seçmə adamıyam mən!

Güldülər.

- Sizin hamınızı elə qarqışlayaram ki, ömrü boyu cəzamdan çıxamazsınız!

Dəstə böyukləri: - Qudurub hədələyirsən hələ bizi?! – hirsləndi. – Nə durmusunuz? – çığırdı tabeliyində olanların üstüna. - Vurun ağzından!

Yumruqlar başı üstündə oynadı, və elə bu dəm Qələm var gücü ilə elə inamla bağırdı ki, divalar silkələndi, pəncərə şuşələri cingildədı, az qala yerindən qopub daş döşəməyə dəyib çilik-çilik olacaqdı.

- Daş olun! – Əmr etdi Qələm.

Birdən otaqda gulaqbatırıcı sükut yarandı.

Qələmin gözləri iriləşib təəcüb-həyəcanla doldu: dəstə başçısı durduğu yerdə daş kimi quruyub hərəkətsiz qalmışdı, o biriləri isə daşa dönsələr də baxışları canlıydı.

İnamla, qətiyyətlə, amiranə tərzdə: İnsani hisslərindən, - dedi onlara, - nəsə qalmışdır qəlbinizdə, odurki tamam daşa dönmədiniz!..

Bilir: toxunsa daş tilsimindən qurtarar, amma sonrası yadında deyildi.

Arxasınca başqa bir yuxu: yenə üç nəfər, amma birincilərdən fərqlənirlər, üçünün də əynində pencək-qalstuq, davranışları isə eynidir: təhqir-söyüşlər, birinin əlində hətta tapanca var, tuşlayıb lüləsini Qələmin sinəsinə, indicə (oyuncaqdır yoxsa?) vuracaq.

Hədələyici tərzdə: - Mənimlə zarafat?! – deyir əlində tapanca tutana. Yox, hədəsi daha sərt, daha kəsərli səslənməlidir, qorxutmalıdır onları, yoxsa vurub öldürərlər: - Avamsınız?! Bilmirsız mənim kim olduğumu?!

Tapancalı gözlərini döyə-döyə baxdı dəstə üzvlərinə, hətta narahat qığılcımlari işıldadı baxışında, hər halda Qələmə elə gəldi ki, hərif duruxub, nə edəcəyini bilmir, odurki söz təzyiqini artırmaq məqsədilə: - Yer kürrəsini, - dedi, - dayandırıb sizi elə hala salaram ki!..

Başçı şübhə ilə Qələmə baxıb: Göstər, - dedi, - məharətini!

Qələm birdən var gücünü toplayıb inamla: Dayan, - bağırdı, - ey Yer kürrəsi! Tapancalını qeyri-adi səslənən müdhiş bu çığırtı elə diksindirdi ki, tapanca çıxdı əlindən, daş döşəməyə dəyib Qələmə sarı fırlana-fırlana sürüşdü. O andaca hansı bir qüvvənin təsiri ilə üç nəfərin üçüsü də yerindən qopub divardan divara dəydilər, guppultuyla döşəməyə yıxıldılar.

Qələm nədənsə yerindən tərpənmədi, amma təşviş-qorxu içində: - Olan işdirmi bu?! – dedi öz-özünə. – Yer kürrəsi dayana bilməz! Fəlakət baş verər onda!.. – Qələm ücün ən böyük fəlakət artıq olmuşdur: peşəsi ləkələnib, qazamatdadır... Çarəsizlikdən... – sonrası yadında deyil: təkcə tapancaya yaxın oturduğu və əlini ona sarı uzatdığı yadındadır...

Qulağına qəribə bir səs dəydi, elə bil kimsə yeri qaşıyırdı. Siçandırmı? Bəlkə, - halı pisləşdi, - sıçovuldur?..

Günün şüarı altında gözə bir parça narıncı-kürən parıltı dəydi – tez də yox oldu!... Tarakanmış!.. Nənəsi bəzəntarakan əvəzinə, onu otaqda görəndə, qarafatma sözünü işlədərdi, mətbəxdə isə rastlaşanda: Bu mətbəx böcəyi bizdən nə istəyir? Heç olmasa hədiyyədən-zaddan nəsə gətirəydi!..

Budur tarakanın hədiyyəsi: yuxunu yazmağa Qələm üçün əl boyda kağız sürüyüb-kətirib!.. Yox, əməlli-başlı rəsmi vərəqdir, hətta əvvəlcədən möhürlənib-imzalanıb, nə istəyirsən – yaz, təqdim et, çıx qazamatdan: Azadlığa buraxılsın Qələm Alışanov!..

Hanı qələmi?

Özün Qələm ola-ola neynirsən qələmi?

Dili də şişib qupquru qurumuşdu, ha çalışır – heç cür tərpətə bilmirdi açıq qalmış ağzında, hardansa eşitdiyidilim-dilim oldu dillim misrası da yapışıb beyninə... Misranı qova-qova hey çalışırdı dilini dişlərilə qıfıllasın, qalın dodaqlarlını yumub sağaltsın (bəlkə sakitləşdirsin?) narahat dilini.

Demə, əzab verən dil deyilmiş, karandaş dediyimiz qələmin içində yerləşən qara daşmış - harda olursa olsun nəsə yazmağa can atırdı, qoy lap qazamat divarı olsun, nə fərqi var?

İti qara daş divara toxunan kimi həm yazan ucu sındı, həm də divar ovulub sökülməyə başladı, demə, ıçi boşmuş!.. Bəs vacib sənəd? Onu yazmağ artıq mənasızdır – rahatca azadlığa çıxa bilər!

Ətraf təmiz hava dolu çöllük-çəmənlik idi, uzaqlarda – silsilə dağlar, başı üstə - buludlu səma və buludları zəncirləyən qırmızı lent yazıları.

Çalışdı girsin qələmin çeçələ barmağı boyda olan qara daşı ilə yazı cərgəsinə - bir şey çıxmadı: yazilar çox sıx idi, halbuki... Yox, deyək ki, sala bildi vacib saydığı yeniliklərini bu lent axınına: onları kim oxuyacaq? Hanı o mələklər ki, lentin o tərəfində tərsinə oxunan fəryadından baş çıxarsın?

Sonsuz asimanın guya dibi yoxdur... Bəs yoxdursa – onda necə olub ki, dibəcən doludur yalan məlumatlara bizim asimanımız? Qələmin könlündə hallandırma həvəsi oyandı: Vaxt gələr uçaram asimanıma... – hara uçacaqsan, ay zavallı? Boş-boş sözlər, aldadıcı vədlər, uydurmalarla zibillənib asiman.

Ey, varmı məni eşidən?

Əzzzail

Son dəfə nə zaman qələm tutmuşdu əlində?

Kiminlə yaxud nə ilə bu əlaqədar idi? Ağsaqqallamı? onun küçükləriləmi? köhnə üsullu cəllad edamı iləmi? yoxsa Qələmin diqqətini oda vurğun və odda alışıb yanmaq arzusu ilə yaşayan pərvanəmi cəlb etmişdi?

Ağri – fərqi yoxdur, onunmu, başqasınınmı, çünki ağrı ağridir – daş kimi nəfəsini kəsir, incidirdi qəlbini. Və lənət qarışıq ahu-zarlar asimana çəkilib (onları kim eşidəcək?) yığılır, yalanların qurbanı olub mənasızlaşır, göyün yeddi qatını dibəcən zibilləmişdi.

Bu anda qızmar dəmir parçasına dönmüş yorğun kompüter sanki qapalı və qadağan olan sahələri-mətləbləri açıqlamaq həvəsinə düşdüyünə görə cəzalanaraq siradan çıxdı: ekran, yazıları tutub saxlaya bilmirdi, səhifələr bir birinin ardınca yürüyür-qaçışır, ay kəhlən at, - mahnı düşdü yadına, - dayan, dur, hara çapırsan?! Hərflər-sətirlər tora düşmüş balıqlar kimi qaynaşır-çabalayır, Qələm də çaşıb ekrandakı qaçışı dayandırmağa çalışırdı. Sanki qələminin göyərçin dimdiyinə oxşar ucu sınmışdı.

… valehedici sözlər çatdı qulağına – ekran dumanlaşdı, pərdə arxasında şəffaf vücudunu tez-tez dəyişən vahiməli bir kölgə göründü - şübhəsiz Əzzzail idi... - adını qəsdən təhrif etdi, istəmədi açıq söylənilsin!

- Səni xilas edib məndən qoruyan bilirsənmi nədir? İkimiz də səninlə dahiyanə ayənin vurğunuyuq!

Qələm Əzzzailin nəyə işarə etdiyini tərif bilib ilhamlansada, dili əsə-əsə onu qabaqlayıb cəsarətlə: “Meşələr qələm olsa, dedi, dənizlər mürəkkəbə çevrilsə...”, - və dərhal susdu, titrəyən dodağları qıfıllandı – davamını Əzzzailin özü söylədi: “bircə qəlbin iztirablarını da, bircə ürəyin ağrılarını da yazıb qurtaramazsan, eləmi?

Qələmin qorxusuna təəcüb-maraq qarışdı, qəribədir: olan işdirmi? Əzzzail olasan və belə bir yanlışlığa yol verəsən?! İlahi kəlamlar əvəzinə... – qoy olsun, bunun Qələmə dəxli yoxdur, hər halda çaşqınlığının səbəbi başqaydı: demə, Əzzzail kişi deyil, qadınmış!.. Təbii ki, Əzzzail onun primitiv düşüncələrini (bəyəndiyi sözlərdəndir) asanlıqla dərk etdi: qorxu – öz yerində, məni görüb qorxmayasan? Tir-tir əsməyəsən?!

Amma marağa bənzər hisslərin yaranması Qələmin qorxusunu azca da olsa əridə bilərdı, bunu isə Əzzzail qətiyyən istəməzdi, odur ki... yox, bu dəfə üz vurmadı: - Haqlısan, - dedi Qələmə, - kişilər məni zəif qadın, qadınlar isə - güclü kişi zənn edirlər, belə hallarda işim xeyli yüngülləşir, canı asanlıqla bədəndən qoparıram! – Və birdən gözlənilmədən sərtləşib amiranə tərzdə Qələmə: - Eşit və agah ol, – dedi, - qoy yadaşında mismarla cızılsın! Bəh-Bəh’lə işin olmasın! Başqan’dan da əlini çək! Əyrilikləri düzəltməyi, pozuntuları ifşa etməyi sənə kim tapşırıb?! Mən cavabdehəm bu işlərə!..

Əzzzailin bisavadlığı, hətta nadanlığı Qələmi əsəbiləşdirdi – necə ola bilər ki, yuxarılara qulluq edənin qələm cihadından xəbəri olmasın?!

- Mən-mən dediyin gülünc səslənir, sən ki, adi məmursan, ağa kimi aparma özünü!

- Yaxşı, kim olduğumu unutma, əslində mən də çaşıb qalmışam! Adlarını çəkdiyim şəxslər mənim üçün hələ də tapmacadırlar, ələlxüsus birincisi – indiyəcən baş aça bilmirəm, analoqu olmayan möcüzədir, hələ də aldanmağıma inana bilmirəm: budur, canı artıq əlimdədir, rahatca və ağrısız onu bədənindən ayırdım, Allah, dedim, rəhmət eləsin, amma nə dəfn gözümə dəyir, nə də yas var, kimi ona “ölü diri” deyir, kimi tərsinə “diri ölü”, əl-qolu tərpənməsə də sərəncamlar, əmrlər, qərarlar imzalayır: budur, öz xətti, öz golu!.. Nə isə, uzun sözün qısası: hamıya məlum olan saytımı açıb bu haqda müfəssəl oxuya bilərsən! Deyimmi? Dablyu, dablyu, dablyu nöqtə, semeynix_tayn@net. – Və: Yuxunda ol! - deyib, yox oldu.

Ba! Təntənəli yığıncaq!.. Bu ki Bəh-Bəh’in özüdür!..

Əzzzailə söz vermişdi toxunmasın, bəlkə sınayır Qələmi?!

Əl-ələ verib – bizimki Hulliver, qonşu hakimi isə Liliput, adı da – WW, yaxud bizin hərflərlə VeVePe – çıxırlar bərbəzəkli səhnəyə, indicə bizimkinin boynunan vaxtilə hamımızın ağası olan şimal qonşumuzun ən yüksək qızıl zəncirli nişanı asılacaq!..

Nəzakətli Hulliverimiz qonşu Liliput pərt olmasın deyə belini ikiqat əydi ki, daş-qaşla bəzənmiş – yalnız uzaqdan görmüşəm, yaxın qoyarlarmı baxım-toxunum? - nişan zəncirini boynundan keçirə bilsin.

VeVePe’dən nəsə doğma və əziz istilik yayıldı, şirin xatirələr oyandı Bəh-Bəh’də: ikisi də axı imperiyanın keşiyində duran, ona can-qəlblə qulluq edən, daha doğrusu qul olan nadir və qapalı bir yuvadan pərvazlanmışdılar!..

Ani sevinc birdən Bəh-Bəh’i tərk edib imperiyadan qalma genetik təşviş-qorxu hissilə əvəz olundu: VeVePemənalı-mənalı (bic-bic?) gülümsünüb Bəh-Bəh’ə: Bizdən Sizə yadigardır! - deyib, təntənəli şəkildə ona kiçikcə bir qovluq təqdim etdi – demə, onun kursantlıq dovründən qalma dosyesi idi, qoruyub saxlamışdılar: dürüst tərcümeyi-halı və təbii ki, doğum ili (elə çıxmasın ki, atasının vəfatından iki il sonra dünyaya gəlmişdi!.. özünü cavanlaşdırmaq azarı bizdə dəbdədir), sənədlər-raportlar, andlar-vədlər, imperiya şərəfinə yapılan gizli əməllər... – və ildən ilə dosyeyə yeni materiallar əlavə olunurdu.

Vərəqələr kseroksdan çıxarılıb garadaş-karandaşla nömrələnmişdi, amma qəribədir: çatışmayan səhifələr də az deyildi, altıncıdan sonra doqquzuncu gəlirdi, on üçdən on yeddiyə qədər və 37, 55, 88-ci vərəqələr də dosyedən çıxarılmışdı, yox idi... Sanki qovluq dil açıb: unutma, deyirdi, mükəmməl məlumatlıyıq haqqında, yerişini-duruşunu bil, özünü elə apar ki, açmayaq sandığı, tökməyək pambığı! “Divi” də yad edə bilərdilər: onun canı şüşədə olduğu kimi,sənin də canın bu dosyeyə bağlıdır!..

Qırılmaz dostluq telləri və sairə... – sürəkli alqışlar Qələmi diksindirdi.

Əzzzaillə söhbəti yarımçıq qalmışdı.

Çox istərdi bir də görüşsün.

Amma bir şərtlə (!?): bu görüş son görüş olmasın. Yoxsa görub-eşitdiyini kimsəyə danışa bilməzdi.

Əzzzail hara - yuxugörmə hara?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG