Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:02

-

Akademik Milli Dram Teatrı 141-ci teatr mövsümünü iyulun 9-da saat 19:00-da «Xanuma» tamaşası ilə (quruluşçu rejissoru Mikayıl Mikayılovdur) bağlayacaq.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, 2013-2014-cü illər teatr mövsümü Akademik Milli Dram Teatrı üçün son dərəcə səmərəli yaradıcılıq prosesi ilə yadda qalıb.

Mövsüm ərzində dövlət sifarişi ilə 1, daxili imkanlar hesabına 9 yeni tamaşa hazırlanıb.

H. Cavidin «Əmir Teymur» (quruluşçu rejissor Mehriban Ələkbərzadə) tamaşası dövlət sifarişi ilə hazırlanıb.

Daxili imkanlar hesabına hazırlanan tamaşalar bunlardır:

1. M. Vişnek «Qoca kloun tələb olunur»

2. C. Patrik «Qocanı öldürməliyik» - quruluşçu rejissor Loğman Kərimov

3. «Biri var, biri yox…» - quruluşçu rejissor Loğman Kərimov

4. S. Bekket «Krepin son lent yazısı» - quruluşçu rejissor Oruc İzzətoğlu

5. B. Nuşiç «Nazirin xanımı» - quruluşçu rejissor Mərahim Fərzəlibəyov

6. Y. Şvarts «Kölgə» - quruluşçu rejissor Nicat Kazımov

7. «İlahi oyun» («Kitabi–Dədə Qorqud» dastanı əsasında), quruluşçu rejissor–Mikayıl Mikayılov

8. N. Dumbadze «Məqam» - quruluşçu rejissor Gümrah Ömər

9. A. Zuyev «Mən… biz…» - quruluşçu rejissor Günay Səttar

Kollektiv mövsüm ərzində 3 beynəlxalq teatr festivalında (Sabançı Beynəlxalq Teatr Festivalı - Türkiyə, Adana, Min nəfəs, bir səs – Türkiyə, Konya, Milli Teatrların Festivalı – Makedoniya, Skopye) iştirak edib.

Teatr ölkədaxili turnelərə də böyük önəm verib və «Anamın kitabı», «Zorən şorgöz», «Oliqarx» və «Danışan gəlincik» tamaşaları ilə Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir, Lənkəran, Astara, Cəilabad, Şəki, Zaqatala və Balakəndə qastrol səfərlərində olub.

Nəhayət, mövsümün son tamaşası - A. Saqarelinin «Xanuma» pyesi əsasında hazırlanmış eyniadlı tamaşa iyulun 9-da saat 19:00-da nümayiş olunacaq.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), Əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timoti), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Qoca Knyaz), Elnar Qarayev, Elçin Əhmədov, Vüsal Mustafayev, Əlləz Əhmədov (Kintolar) çıxış edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG