Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Ukraynanın şərqində, Luqansk yaxınlığında döyüşlər gedib


ATƏŞ SƏSLƏRİ GƏLİR

Şahidlərin sözlərinə görə, irikalibrli pulemyot atəşi və qranat partlayışı eşidilib. Hələlik itki barədə məlumat yoxdur. Çərşənbə günü o da bəlli olub ki, Luqansk aeroportunun atəşə tutulması nəticəsində mülki aviasiya ilə rabitəni təmin edən avadanlığa ziyan dəyib.

Eyni zamanda, Ukrayna ordusu son 48 saat ərzindəki hərbi əməliyyatlarda bir neçə yaşayış məntəqəsini, o cümlədən, Semyonovka və Konstantinovka şəhərlərini tutub. Rəsmi Kiyev hərbçilər arasında itki olmadığını deyir.

HƏRBÇİLƏRDƏ BÜTÜN MƏLUMATLAR VAR

Çərşənbə günü səhər Rusiyanın Rostov vilayətinə Ukrayna ilə sərhədin 800 metrliyinə mərmi düşüb. Ev heyvanına ziyan dəyib. “Kuybishevo” sərhəd məntəqəsi yaxınlığında atəş səsləri eşidilib. Bu barədə Rusiya sərhəd xidmətinə istinadla RİA Novosti məlumat verir.

Ukrayna ordusu Donetsk və Luqanskı, aviasiya və artilleriyadan istifadə etməməklə nəzarətə almağa çalışır. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lisenko söyləyib. Onun sözlərinə görə, hərbçilərdə yaraqlıların Donetsk və Luqanskın küçələrindəki bütün blokpostlar, eləcə də yerləşdirləri binalar barədə məlumatı var. Əməliyyatda Ukraynanın bütün xüsusi qüvvələri iştirak edəcək. Bunu deyən Lisenko detalları açıqlamayıb.

XS
SM
MD
LG