Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:02

Bu ilin birinci yarısında Əfqanıstanda dinc sakinlər arasında ölüm halları ötən illə müqayisədə 17 faiz artıb. BMT-nin yeni hesabatında belə deyilir.

Hesabata görə, yanvardan iyunadək 1.564 dinc sakin öldürülüb. Ötən ilin altı ayı ərzində bu rəqəm 1,342 idi. Onlardan 295-i uşaqlardır. Bu rəqəm ötən ildəkindən 21 faiz artıqdır.

Bu il, toqquşmalar, raket və minomyot hücumlarında daha çox dinc sakin ölüb, nəinki yol kənarına qoyulmuş bombalar və intiharçı hücumlarında. BMT bildirir ki, bu, döyüşlərin getdikcə yaşayış ərazilərinə yaxınlaşdığını göstərir.

Əvvəllər dinc sakinlər daha çox yol kənarına qoyulan bombalardan ölürdü.

BMT bildirir ki, Taliban və digər yaraqlılar dinc sakinlərin ölümünün əsas səbəbkarıdır.

Bu narahatedici tendensiya elə bir vaxtda açıqlanır ki, ABŞ və digər əcnəbi əsgərlər bu ilin sonunadək ölkəni tərk etməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG