Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:26

Ukrayna Rusiyanı təyyarəçi qadını buraxmağa çağırır


-

Ukraynanın Xarici İşlər Nazirliyi ukraynalı təyyarəçi qadın Nadejda Savchenko-nun Rusiyaya aparılmasına etiraz edib.

Ukrayna mediasının məlumatına görə, Savchenko Voronejdə təcridxanada saxlanır. O, rusiyalı jurnalistlərin ölümündə şübhəli bilinir. Bu gün məhkəmənin ilk iclası olmalıdır. Bu barədə jurnalistlərə onun bacısı məlumat verib.

31 yaşlı Savchenko «Aydar» könüllü batalyonunun tərkibinə daxil idi. Bir həftə öncə Luqansk vilayətində Schastye şəhəri yaxınlığında itib. Onu separatçılar tutub. Savchenko-nun buraxılması üçün danışıqlar bir neçə dəfə alınmayıb.

Kiyev Moskvanın təyyarəçi qadını buraxmasını, onun ölkədən çıxarılması şəraitinin araşdırılmasını, günahkarların cəzalandırılmasını və Ukrayna vətəndaşının konsula çıxışının təmin olunmasını tələb edir.

UKRAYNA XƏBƏRLƏRİNİ BİZİM CANLI BLOQDA İZLƏ

XS
SM
MD
LG