Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:53

Serbiyada Cənub Axını kəmərini Qazpromun filialı tikəcək


Cənub Axını kəməri
Cənub Axını kəməri

Rusiyanın dövlət şirkəti olan Qazprom bildirir ki, onun filialı, Tsentrgaz Cənub Axını kəmərinin Serbiya hissəsinin tikintisi üçün tenderi udub. Bu arada Serbiyanın baş naziri Aleksandar Vucic Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb, enerji sektoru da daxil olmaqla əməkdaşlığı müzakirə edib.

Vucic danışıqlardan sonra deyib ki, kəmərin Serbiya hissəsinin tikintisi üzrə razılaşma bir neçə günə imzalanacaq. Onun sözlərinə görə, sazişi imzalamamışdan öncə yalnız texniki məsələlərin müzakirəsi qalır.

Cənub Axını Rusiya təbii qazını Qara Dəniz və Balkanlardan keçərək, Ukraynadan yan keçməklə Avropaya çatdırmalıdır.

Vucic onu da elan edib ki, Putin 2014-cü ilin sonunadək Belqrada səfər edəcək. Onun sözlərinə görə, bu səfər Rusiya – Serbiya münasibətlərinin yaxşı durumda olduğunu göstərir.

XS
SM
MD
LG