Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

Türk liseyləri şagirdlərinin valideynləri prezidentə məktub yazıb


Arxiv foto

Arxiv foto

Bağlanan türk liseylərinin şagirdlərinin valideynləri prezident İlham Əliyevə məktubla müraciət edib. Müraciətdə deyilir ki, «Azərbaycan təhsilində novator ənənələrini yaradan və uğurla tətbiq edən bu bilik, maarif ocaqları övladlarımıza mükəmməl təhsil-təlim verməklə yanaşı, onlarda düzgün, sağlam tərbiyəni, vətənpərvər, dövlətimizə sadiqlik ruhunu aşılayır, şagirdlərdə məntiqi dünyagörüş və təfəkkür formalaşdırır».

«Bu liseylərin şagirdləri ölkəmizə beynəlxalq fənn olimpiadalarından 100-lərlə medal gətirib, dövlətimizin adını daim yüksəklərə qaldırıb, dünyanın nüfuzlu ali məktəblərinə daxil olmaqla Azərbaycan adını şərəflə və qürurla tanıtmaqdadırlar.

«Bu liseylərin yaranmasında heç bir rolu olmayan, yalnız son 1 ildə əsas təsisçi kimi özünü təqdim edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) özü-özünü tam maliyyələşdirən, yalnız yüksək təhsil vermək prinsipi ilə fəaliyyət göstərən bu tədris müəssislərinin bağlanması qərarı dövlətimizin nüfuzuna, onun dünya təhsilinə inteqrasiya siyasətinə xələl gətirir.

Azərbaycan hökuməti 1000-dən artıq yeni orta məktəb tikdiyi, ölkəmizin I Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu yeni məktəb və digər təhsil-tərbiyə ocaqları tikməklə respublikamıza, onun hüdudlarından min kilometrlərlə uzaqda yerləşən onlarla dövlətlərə, onların xalqlarına və balalarına təhsil imkanları və şəraiti bəxş etdiyi halda, millətimizə, onun işıqlı gələcəyinə xidmət edən, dünya səviyyəli transmilli şirkət – SOCAR gözəl təhsil ənənələrini yaşadan liseyləri «əlavə maliyyə yükü» bəhanəsi ilə bağlamaq qərarı verir».

Müraciəti özəl türk liseylərində təhsil alan minlərlə şagirdin valideynlərinin imzaladığı bildirilir. Onlar prezidentdən mükəmməl təhsil verən bu liseyləri himayəsinə götürməyini, yeni ad və statusda bərpa etməyi xahiş edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG