Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:12

İslamçı Həmas hərəkatının silahlı qanadı bildirir ki, Qüdsə və İsrailin daha iki şəhərinə bir neçə raket atıb. Əbülfəzl Abbas briqadasının iyulun 8-də yaydığı bəyanata görə, Ayfaya bir, Qüdsə 4, Tel-Əvivə 4 raket atılıb.

Öncə İsrail Qəzza zolağına hava hücumu həyata keçirib, azı 23 fələstinli öldürülüb. Həmas komandirinin Xan Yunis şəhərindəki evi dağıdılıb, komandir daxil olmaqla, altı nəfər öldürülüb.

İsrail ordusu bildirir ki, iyulun 8-də ərazisinə 130-dan çox raket atılıb. Hökumət 40.000 ehtiyat əsgəri orduya çağırmaq icazəsi verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG