Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:10

Prezident Barack Obama Əfqanıstanda prezident seçkisində namizəd Ashraf Ghani-yə deyib ki, ABŞ seçki saxtakarlığının hərtərəfli araşdırılmasını istəyir. Ağ Evin məlumatına görə, Obama iyulun 8-də Ghani-yə zəng edib.

Bir gün öncə Obama Ghani-nin rəqibi Abdullah Abdullah-a zəng edib, onu seçki prosesi bitməmiş qələbəsini elan etməməyə çağırıb.

İlkin nəticələr Ghani-nin 1 milyon səs üstünlüyü qazandığını göstərir. Ancaq Abdullah kütləvi saxtakarlıq olduğunu deyir.

Ağ Evin bəyanatına görə, Obama hər iki namizədi sakit davranmağa, milli birliyi zərbə vurmayan həll yolu axtarmağa çağırıb. Prezident xəbərdarlıq edib ki, «zorakı və qeyri-konstitusion» vasitələrə əl atılsa, Birləşmiş Ştatlar Əfqanıstana yardımı dayandıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG