Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

-

Rafael Hüseynovun «Məhsəti Gəncəvi» portret-oçerki 7 dildə (italyan, çex, alman, yapon, ispan, tacik, urdu) işıq üzü görüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çıxan kitablarda Məhsətinin həyat və yaradıcılığından bəhs edilir, rübailərindən parçalar verilir.

Portret-oçerk daha öncə də bir sıra xarici dillərdə nəşr olunub. Ötən il mayın 16-da Parisdə UNESCO-nun Baş qərargahında keçirilmiş yubiley tədbiri zamanı iştirakçılara təqdim edilib.

«Şərq-Qərb» nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitablar Nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər qurumlara paylanılacaq.

2013-cü il yanvarın 16-da «Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin keçirilməsi» haqqında Prezident sərəncamı imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG