Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:49

Qalatasaray Prandelliyə ildə 2.2 milyon avro verir


Cesare Prandelli 2014 Dünya Kubokunda İtaliya yığması ilə
Cesare Prandelli 2014 Dünya Kubokunda İtaliya yığması ilə

-

Futbol üzrə Dünya Kubokunda İtaliya yığmasının məşqçisi olmuş Cesare Prandelli Qalatasaray klubu ilə 2 illik müqavilə imzalayıb.

İyulun 8-də İstanbulda müqavilənin imzalanması mərasimində Prandelli deyib ki, onun məqsədi qalib komanda yaratmaqdır.

Prandellinin əsas maaşı ildə 2 milyon 295 min avro olacaq.

Əgər Qalatasary ölkə çempionluğunu qazansa, Prandelli əsas maaşa əlavə olaraq 735 min avro mükafat alacaq. Əgər Çempionlar liqasında qalib gəlsə, Prandellinin mükafatı 1,5 milyon avro olacaq.

Çempionlar liqasında yalnız 4-də1 finala çıxmağa görə Prandelliyə 350 min avro mükafat veriləcək.

56 yaşlı Prandellinin başçılıq etdiyi İtaliya yığması Braziliyada Dünya Kubuku yarışlarını elə birinci mərhələdən tərk etdi.

XS
SM
MD
LG