Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:47

Futbol üzrə Dünya Kubokunda İtaliya yığmasının mışqçisi olmuş Cesare Prandelli Qalatasaray klubu ilə 2 illik müqavilə imzalayıb.

İyulun 8-də İstanbulda müqavilənin imzalanması mərasimində Prandelli deyib ki, onun məqsədi qalib komanda yaratmaqdır.

Prandellinin əsas maaşı ildə 2 milyon 295 min avro olacaq.

Əgər Qalatasary ölkə çempionluğunu qazansa, Prandelli əsas maaşa əlavə olaraq 735 min avro mükafat alacaq. Əgər Çempionlar liqasında qalib gəlsə, Prandellinin mükafatı 1,5 milyon avro olacaq.

Çempionlar liqasında yalnız 4-də1 finala çıxmağa görə Prandelliyə 350 min avro mükafat veriləcək.

56 yaşlı Prandellinin başçılıq etdiyi İtaliya yığması Braziliyada Dünya Kubuku yarışlarını elə birinci mərhələdən tərk etdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG