Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09

-

Azərbaycan Dövlət Musiqili Teatrı Novosibirskə dəvət alıb.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, «Rus-Azərbaycan Evi» Regional İctimai Təşkilatı teatr kollektivini Novosibirskdə yaşayan azərbaycanlılar və yerli sakinlərlə görüşdürmək üçün Sibirə dəvət edib.

Azərbaycan Dövlət Musiqili Teatrı və «Rus-Azərbaycan Evi» arasında yaradıcı əməkdaşlıq bu ilin aprelindən başlanıb.

Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki «Rus-Azərbaycan Evi»nin Bakıda keçirdiyi silsilə mədəniyyət tədbirləri yerli sakinlərin yaxşı yadındadır.

Bu tədbirlərdən biri də Üzeyir Hacıbəylinin «Arşın mal alan» tamaşasının Musiqili Teatrın səhnəsində nümayişi olub.

İkihissəli operetta Novosibirsk Dövlət Teatr İnstitutunun 4-cü kurs tələbələrinin ifasında bakılılara təqdim edilib.

Teatrın direktoru Əliqismət Lalayev dəvətin ürəkaçan olduğunu və səfərdə iştirak etmək arzusunu mətbuat xidmətinə belə ifadə edib:

«Təbii ki, «Rus-Azərbaycan Evi»nin bu təşəbbüsünü yüksək qiymətləndiririk. Apreldə Bakıda keçirilmiş tədbirlər də sübut etdi ki, Novosibirskdə həmyerlilərimizin, xüsusən «Rus-Azərbaycan Evi»nin və bu təşkilata rəhbərlik edən Mais Məmmədovun Sibirdə nüfuzu çox böyükdür. Ona görə də bu səfərin ən yüksək səviyyədə baş tutacağına inanırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG