Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:39

«Halay» Dunayda...


Macarıstanın Kaloça şəhəri, XX ənənəvi Dunay mahnı və rəqs festivalı
Macarıstanın Kaloça şəhəri, XX ənənəvi Dunay mahnı və rəqs festivalı

-

İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə,

10-dan çox ölkədən 30-a yaxın milli rəqs ansamblının iştirakı ilə keçirilən festivalda Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Azərbaycanı bu populyar mədəniyyət bayramında təmsil edən Masallının məşhur «Halay» rəqs qrupu və xalq çalğı alətləri ansamblı festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərini nümayiş etdirib, folklor nümunələrinin təqdim edib.

Festival zamanı ayrıca «Azərbaycan musiqisi gecəsi» təşkil edilib.

Xəbərdə vurğulanır ki, minlərlə musiqisevərin iştirak etdiyi festivalda Azərbaycan təmsilçiləri öz fəallığı ilə seçilib, onları eyni anda 3 minə yaxın adam izləyib.

Kaloca şəhərinin meri Ferents Terek «Halay» rəqs qrupu və xalq çalğı alətləri ansamblına şəxsən təşəkkür edib, Azərbaycan rəqslərinin izləyiciləri valeh etdiyini bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG