Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

2014-cü ilin iyun ayında BTC kəməri vasitəsilə 2,3 milyon Azərbaycan nefti nəql olunub. Bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb. Bundan başqa BTC ilə 302 min tona yaxın Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Bu ilin yanvarından indiyə qədər kəmərlə ötürülən Azərbaycan nefti 15 milyon tona yaxın olub.

Kəmər istifadəyə verilən gündən iyul ayının 1-ə qədər isə BTC-dən 250 milyon tona yaxın axıdılıb.

Bakı-Tbilisi-Ceyhan boru xətti, Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəmərdir. Uzunluğu 1773 kilometrdir.

BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanılıb və ilk neft Ceyhan terminalına 2006-cı ilin may ayının 28-də çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG