Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:48

-

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiya müxalifət lideri Aleksey Navalny-nın «Yves Rocher» kampaniyasında fırıldaqla bağlı iş üzrə ev dustaqlığına dair şikayətinə baxacaq.

Bu barədə Strasburq məhkəməsi Navalny-nın vəkili Olqa Mikhailova-nı məlumatlandırıb. Şikayət cəmi bir aydır göndərilib.

Rusiya hökuməti sentyabrın 15-dək Navalny-ya qarşı cəza tədbirlərinə dair məhkəmənin suallarını cavablandırmalıdır. Özəlliklə də ev dustaqlığının «lazımi və adekvat tədbir olması»na dair sorğusunu. Avropa Məhkəməsinə göndərilən iddiada müxalifətçi həbsinin siyasi motivli olduğunu bildirib.

Aleksey Navalny bu ilin fevralında ev dustağı edilib. O, «Yves Rocher» şirkətindən oğurluqda ittiham olunur. Müxalifətçi ittihamı qəbul etmir, işin uydurma olduğunu bildirir.

Navalny-ya qarşı bir neçə cinayət işi açılıb, Ancaq müxalifətçi onları siyasi motivli sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG