Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

Khamenei deyir ki, ABŞ və İsrail İranla «yaxşı oğlan, pis oğlan» oyunu oynayırlar


Ayatollah Ali Khamenei və İran prezidenti Hassan Rouhani

Ayatollah Ali Khamenei və İran prezidenti Hassan Rouhani

İranın Ali Dini lideri Ayatollah Ali Khamenei deyir ki, ABŞ və İsrail İranı nüvə məsələsində güzəştə getməsinə nail olmaq üçün onunla «yaxşı oğlan, pis oğlan» oyunu oynayırlar. İranın nüvə proqramına dair danışıqların yekun mərhələsi iyulun 3-də Vyanada başlanıb. İyulun 20-də son tarix başa çatır.

İsrail dəfələrlə İranın nüvə obyektlərinə hücumla hədələyib. Khamenei iyulun 7-də ölkə liderləri ilə iftar süfrəsində deyib:

«Ona görə hücum etmirlər ki, bu, çox xərc aparar. Düşmənin başqa variantı yoxdur, əlindən ancaq hədələmək, sanksiya qoymaq gəlir».

Prezident Hassab Rohani Qərbə mülayim münasibətə görə ittiham olunur. Khamenei onu dəstəkləyən bəyanat verib:

«Danışıq aparan komandamıza inanıram və əminəm ki, onlar ölkənin hüquqlarının müdafiəsində geri çəkilməyəcəklər».

Günün bütün mövzuları

XS
SM
MD
LG