Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:43

ABŞ Əfqanıstanda seçki pozuntularına «yenidən baxmağa» çağırır


Seçki qutuları

Seçki qutuları

Vaşinqton Əfqanıstanda prezident seçkisində «bütün ağlabatan pozuntu iddialarına tam və hərtərəfli şəkildə yenidən baxmağa» çağırır. İyulun 7-də ilkin rəsmi nəticələr açıqlanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, bu yenidənbaxılma sayılmış səkkiz milyon bülletendən üç milyonuna təsir edəcək. Hər iki namizəd buna razılaşıb.

Müstəqil Seçki Komissiyası iyulun 7-də bildirib ki, iyunun 14-də keçirilmiş ikinci turda səslərin 56,44 faizini Ashraf Ghani, 43,56 faizini Abdullah Abdullah qazanıb.

Komissiya sədri Ahmad Yousuf Nouristani vurğulayıb ki, saxtakarlıq iddiaları nəzərə alınsa və ya səslərə yenidən baxılsa, nəticələr dəyişə bilər.

Ghani və Abullah bir-birini nəticələri saxtalaşdırma cəhdində ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG