Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:56

İyulun 8-də İsrail Qəzza zolağına hava hücumuna başlayıb, 30-dan artıq hədəfi bombalayıb. Ordu bildirir ki, bombalama İsrailə raket atan Həmas islamçı yaraqlılarına qarşı əməliyyatın bir hissəsidir.

Fələstin rəsmiləri bombalamanın sübh açılmamışdan baş verdiyini söyləyir. Qəzzanın cənubunda iki evə zərbə endirilib. Onlardan birinin Həmas üzvünə məxsus olduğu deyilir. 9 nəfər xəsarət alıb.

Öncə Qəzza zolağındakı Həmas yaraqlıları İsrailə onlarla raket atıb. İsrail ordusu iyulun 7-də 40-dan çox raket atıldığını deyir. İtkilər barədə hələlik məlumat yoxdur.

İsrail ekstremistləri fələstinli gənci öldürəndən sonra bölgədə gərginlik artıb. Öncə üç israilli yeniyetmə öldürülüb. İsrail buna görə Həması ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG