Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:27

Obama, Hollande Putinlə Ukraynadan danışıblar


Fransa və Birləşmiş Ştatların prezidentləri rusiyalı həmkarları Vladimir Putini çağırıblar ki, Ukraynanın şərqindəki moskvayönlü yaraqlılara Kiyevlə danışıqlar aparmaq üçün təzyiq göstərsin. Francois Hollande və Barack Obama Putinlə telefonla 45 dəqiqə danışıblar. Fransa prezidentinin ofisi bildirir ki, onlar «Prezident Putini separatçıların dialoqa razılaşması üçün təzyiq göstərməyə çağırıb».

Ağ Evin yaydığı ayrıca bəyanata görə, Obama və Hollande qərara alıb ki, Moskva Ukraynanın şərqində gərginliyin azaldılması üçün dərhal addımlar atmasa, Avropa Rusiyaya əlavə sanksiyalar qoymalıdır.

İyulun 7-də yayılan xəbərlərdə deyilir ki, Donetksdə separatçıların qərargahına gedən yollarda üç körpü partladılıb. Partlayışı separatçıların törətdiyi iddia olunur.

Bu arada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası rəhbərinin müavini deyib ki, hökumət qüvvələri Donetsk və Luqanskın «tam blokadasını» başa çatdırmaq niyyətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG